İslam Peyğəmbərindən dəyərli məsəhətlər…

İslam Peyğəmbərindən dəyərli məsəhətlər...

1. Ehtiyacı duyulan bir şeyin əldə edilməməsi, alçalaraq əldə edilməsindən daha yaxşıdır

2. Kərəm sahibi, böyük kişi olanda da , cəza verməyə hüququ çatanda da , günahı bagışlar, nöqsandan keçər

3. Adəm evladlarının gözünü ancaq torpaq doyurar

4. Həqiqətəndə Adəm oglu qadagan olunan şeyə nə yaman hərisdir

5. Hədiyyə hikmət sahiblərinin gözlərini kor edər

6. Şübhə yox ki, qiyamət günündə ən çox peşman olan axirətini, başqasının dünyası üçün satmış olan adamdır

7. Yaxşı xasiyyətlər cənnətə aid əlamətdir

8. Gözəl xasiyyət insanın xoşbəxtliyi, pis xasiyyət isə bədbəxtliyidir

9. Kimin xasiyyəti pis isə özünü əzaba salır. Dərdi çox, sıxıntısı çox olanın bədəni rahatlıq tapmaz, xəstələnər, insanlarla çəkişənin böyüklüyü itib gedər, adamlıgı qalmaz.

10. Qıldıgı namaz adamı pis emellerinden çəkindirmirse, həmin namaz onu ancaq Allahdan uzaqlaşdırır. ( Deməli insanın əməlləri ibadətinə uygun olmalıdır )

11. İncildə yazılıbdır : nə əkərsən, onu biçərsən, başqasını necə dartarsansa, o ölçüdə özün də dartılarsan.

12. Böyüklük pislikdən çəkinməkdədir, ucalıq könül xoşlugunda, zənginlik isə düzlükdə, inamdadır.

13. Oturulan yerin yaxşısı ən geniş olandır.

14. Həlimlik agıla nə gözəl bəzəkdir.

15. Dilinin sahibi ol, zənginləşdir, şirinləşdir, yava danışmaqdan çəkin.

16. İki acgöz vardır ki, doymaq nə oldugun bilməz : bunlardan biri biliklərə yiyələnmək istəyənlərdir, biri isə dünyanı fəth etmək niyyətinə düşənlərdir.

17. İnsanlar öz qardaşları iıə birlikdə qüvvətlidir.

18. Elə bir xəstəlik varmı ki, xəsislikdən daha pis olsun.

19. Xeyir işlərlə məşgul olmagın daha xeyirlidir sənə.

20. Bir işə görə peşman olmaq, əslində tövbə etmək deməkdir.

21. Ələm, kədər, sıxıntı qocalıgın yarısıdır.

22. Tanrıdan bagışlanmagını diləsən, böyük günahların belə qalmaz, lakin kiçik günahlara yol verməkdə dayanıb qalarsansa, o günah böyüyər,kiçik qalmaz.

23. Axmaq adamlardan uzaq olun, beləsinin yanına getməyin, onunla oturub – durmayın.

24. Biləndə ki, bir işi görəndən sonra axərda üzr istəmək məcburiyyətində qalacaqsınız, o işə baş qoşmayın.

25. Tanrı sənə necə nemət veribsə, sən də nəfsini o nemətə sal.

26. Şəhərlər Allahın şəhərləridir, qullar da Allahın qullarıdır, harada xeyir görürsənsə, orada qal, orada yurd sal.

27. Yer üzünü qoruyun, çünki o sizin ananızdır, yer üzündə elə bir iş görən yoxdur ki, o xəbər tutmasın ondan.

28. İnsanlarla xasiyyetlerine görə uzlaşın, lakin pis əməllərini qəbul etməyin.

29. Təmiz şeyləri istəyin, təmiz olmayanlardan çəkinin.

30. Öyünməkdən çəkinin , onu xasiyyətinizdə birdəfəlik kənar edin.

31. İnsanların, özlərini öyməyi onları kar edər, kor edər.

32. Könlündən keçən hər şeyi yeməyə çalışmaq israfçılıqdır.

33. İnsanın, mənim bu şeyim var deyib, öyünməsi xoşuma gəlməz.

34. Üzünə baxa – baxa təriflənən və təmiz oldugu söylənilən kişi yaralanmış kimidir.

35. Susmaqda böyük hikmət var, lakin susan azdır.

36. Susmaq xasiyyətlərin agasıdır, kim lag – lagılıq edərsə, onunlada lag – lagılıq edərlər.

37. Başqalarının eybini deməkdənsə, öz eybini anla başa düş.

38. Dogru – düzgün yolu agıllıdan öyrenin, onun sözünü qulaqardına verməyin. Dediklərinə qarşı çıxmayın, əks təqdirdə peşman olarsınız siz.

39. Ulu, yetgin adam xəsis olmaz.

40. Qohumların bir – birinə hayan olması, bir – biri ilə oyurub durması gözəl xasiyyətdir, yaxşı qonşu ömür uzadır.

gulshan

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    Allah razi olsun…deyerli ve haminin oxuyub emel etmeli oldugu hedislere gore cox sag ol…
  2. Angelocka dedi ki:

    34. Ьzьnə baxa – baxa təriflənən və təmiz oldugu sцylənilən kişi yaralanmış kimidir.
    35. Susmaqda bцyьk hikmət var, lakin susan azdır.
    36. Susmaq xasiyyətlərin agasıdır, kim lag – lagılıq edərsə, onunlada lag – lagılıq edərlər.
    37. Başqalarının eybini deməkdənsə, цz eybini anla başa dьş.

    Mukemmelll...Cooooxx beyendim..Tewekkurler baciwim..Ellerine sagliq…Bizlerle paylawdigin ucun minnetdaram.. opucuk
  3. New_Moon dedi ki:

    1. Ehtiyacı duyulan bir şeyin əldə edilməməsi, alзalaraq əldə edilməsindən daha yaxşıdır
    Cox Sagol Xebere Gore Minnetdaram give_rose

  4. ...::EMERALD::... dedi ki:

    YAXSI XASIYYETLER CENNETE AID ELAMETDIR

  5. DaRk_AnGeL dedi ki:

    Allah razi olsun cooox maraqli idi

  6. gulshan dedi ki:

    rey yazan elleriniz var olsun

  7. bakili qaqas dedi ki:

    Allah razi olsun .elin – qolun var olsun.coooox maraqlidi.coxsagol

  8. ZakonLubvi dedi ki:

    tewekkur edirem cok maraqliydi oxudum ,,,exxxx gozel xasiyetim var amma nedense hec bextim getirmir

  9. BuBLiK dedi ki:

    ALLAH razi olsun!!emiya Hormet!

  10. taliya dedi ki:

    ALLAH razi olsun bacim.

  11. BEAUTIFUL_LIFE dedi ki:

    Allah razi olsun!yarisin oxudum

  12. ayka21 dedi ki:

    cooox sagolun ALLAH razi olsun….

  13. МиниК_Сердце dedi ki:

    Allah razi olsun applause

  14. KIVANC dedi ki:

    Allah razi olsun…deyerli ve haminin oxuyub emel etmeli oldugu hedislere gore cox sag ol..THANKSS

  15. _Cinbala_ dedi ki:

    Allah razi olsun

  16. Ayselka dedi ki:

    cox sagol maraqliydi adama xow gelir bele cumleler oxumaq