Qədr gecələrinin fəziləti

alt

Qədr Quranın nazil olduğu gecələrə deyilir. Qurani-Kərimdə dəqiq günü qeyd olunmasa da, Peyğəmbər (s.ə.s) və Məsum imamlardan (ə) nəql olunan hədislərdə Ramazan ayının 19, 21 və 23-cü günlərinə təsadüf etdiyi göstərilir. Qədr gecələrinin dəqiq olaraq hansı günə təsadüf etdiyini bildirməməkdə məqsəd müsəlmanların Qədr gecələrinə daha çox önəm vermələri, onun həsrətində olmaları, eləcə də, ibadətlə mümkün qədər çox məşğul olmağa sövq etmələri olub. Quranın bir neçə ayəsində Qədr gecələri barədə buyurulur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik” (“Qədr” surəsi, ayə 1).

Qədr gecələrinin əməlləri

1. “Əhya gecəsinin qüslünü edirəm, qürbətənə iləllah” niyyətini etdikdən sonra qüsl almaq. Bu zaman əvvəlcə baş, sonra sağ, daha sonra isə sol tərəf yuyulur. Bu qüslün böyük savabı var.

2. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Bunun mənası insanın sanki Quranı qarşılamasıdır.

3. Əhya gecələrini məscidlərdə qeyd etmək daha yaxşı olar. İmkan olmadıqda evlərdə də qeyd etmək olar, amma boş və mənasız söhbətlər əvəzinə Quran oxuyub, dualar etmək, Qədr gecələrinin ya da qəza namazlarını qılmaq yaxşı olar.

4. Qədr gecəsinin namazını qılmaq. Qədr gecəsinin namazı işa və sübh namazları arasında qılınır. Sübh namazı kimi iki rükət qılınır. Lakin hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi bir dəfə deyil, yeddi dəfə oxunur. Namazı qılıb qurtardıqdan sonra alını yerə qoyub 70 dəfə “Əstəğfürullah Rəbi və ətubu iləh” zikri deyilir.

5. Quranı başa qoyub Allaha, Onun peyğəmbərinə (s.ə.s) və Məsum imamların (ə) adlarına and vermək.

6. İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarətnamələrini oxumaq.

7. 100 rükət sübh namazı kimi 50 müstəhəb namaz qılmaq. Qəza namazları olanlar hər gecə 6 günlük qəza namazlarını qıla bilərlər.

8. Həzrət Muhəmməd (s.ə.s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək.

9. Cövşən-kəbir duasını oxumaq.

10. 100 dəfə İmam Əlinin (ə) qatilinə lənət oxumaq (Allahumməl ən qətələtə Əmirəlmuminin). Yəni İlahi, İmam Əlinin (ə) qatilinə lənət et!

11. 100 dəfə “Əstəğfürullah Rəbi və Ətubu iləhü” zikrini deyib edilən günahlara görə tövbə etmək.

Deyilənlərin hamısını yerinə yetirmək çətin olsa da, imkan daxilində qeyd olunanlara əməl etmək lazımdır. Unutmayaq ki, Qədr gecələri ilin hər gecəsi tək hər gün təkrarlanmır. Bu gecələri xüsusi olaraq qarşılamaq və qeyd etmək lazımdır. Allah bütün oruc və dualarınızı qəbul etsin. Amin!

Leonel-207

Şərhlər:

  1. TORANLIQ dedi ki:

    hmm tesekkurr

  2. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  3. BLACK STAR dedi ki:

    cox saol qaqam…..ALLAH razi olsun….

  4. МиниК_Сердце dedi ki:

    SAG OL

  5. Ayselka dedi ki:

    cox sagol xowu gelir bele sohbetlerden quran kitabim yoxdu alsam qalib oxuyacam

  6. New_Moon dedi ki:

    Xebere Gore Cox Sagol Allah Razi Olsun

  7. Leonel-207 dedi ki:
    rey yazan elleriniz yorulmasin…Allah etdiyiniz dualari,tutdugunuz orucu qebul etsin…
  8. RED DEVIL dedi ki:

    ALLAH RAZI OLSUN

  9. ...::EMERALD::... dedi ki:

    MARAQLI XEBERE GORE SAG OL

  10. DaRk_AnGeL dedi ki:

    Cox saol dosi Allah razi olsun angel

  11. KIVANC dedi ki:
    HEEE URYİM QAQASİM BUNLARİ BİLMİRDİM SAG OL ALLAH SENİ QORUSUN….
  12. Cristi dedi ki:

    Allah Razi Olsun

  13. ADMIRAL-711 dedi ki:

    cox sag ol xebere gore.ellerin var olsun.

  14. taliya dedi ki:

    ALLAH RAZI OLSUN! surprised

  15. Wounded_Heart dedi ki:

    cox sagol eladi

  16. BEAUTIFUL_LIFE dedi ki:

    allah razi olsun oxudummm

  17. ayka21 dedi ki:

    cooooox sagol ALLAH razi olsun

  18. Angelocka dedi ki:
    Coox sag ol Rusim..Oxudum Allah razi olsun..Tewekkur edirem.. opucuk
  19. gulshan dedi ki:

    cox saq ol ruslan mene lazimiydi bele xeber….Allah razi olsun senen

  20. _Cinbala_ dedi ki:

    men calisacam bu 3 qedr gecelerini oyaq qalim

    Allah razi olsun senden