Bir Gedişin Əhvalatı

Get. Üzümə belə baxma get. Heç dayanma, bir gedənin bir daha əsla girə bilməyəcəyi qapı orada , get. Heç bir şey açıqlamaq məcburiyyətində deyilsin. Gedərkən söyləyəcək şey tapa bilməz insanlar. Sən bəhanələrin arxasına sığınanlardan olma get…

(Halbuki daha doya bilmədim sənə… Qoxunu kifayət qədər çəkə bilmədim içimə… edəcəyimiz nə çox şey vardı… nələr planlamışdıq… İndi nə edəcəyəm mən? Necə dayanacağam ayaqda? Qal desəm qalarsanmı yar? Necə istəyirəm yalan belə olsa “Bu gediş yalnız zərurətdən gözlə məni dönəcəyəm” dəməni…)

Hər eşq bitər sən də get. Həm onsuz da bitəcəyi daha başdan müəyyən bir eşq idi bizimkisi. Sən gitmessen aydındır ki bir gün mən gedəcəkdim. Hər kəs öz seçimini yaşar və sən seçimini etdin. Rahat ol get. Ağılın qalmasın burada Dramatik vidaların qəhrəmanları olmayaq get.

 (Mənim ağılım səndə qalacaq. Yalnız ağılım deyil ürəyimdə… Bitməzdi bizim eşqimiz. Əsla tərk etməzdim səni. Mənliyimi varlığımı həyatımı həsr etmişdim mən bu eşqə. Məni seçməyini istəyərdim mənimlə həyatanı istəyərdim. İndi kimi ya da nəyi seçdiyinin nə əhəmiyyəti var artıq? Ağlayacağam ardından qəhr etsin ağlayacağam…)

İstəsən dost ola bilərik, xəbərləşərik bir-birimizlə. Xoşbəxt olmağını istəyərəm. Sən xoşbəxtliyi haqq edən edən bir insansan. Əlbəttə mən də xoşbəxt olacağam maraqlanma get. Həyatımıza başqaları girəcək və biz bəlkə də birlikdə yaşadıqlarımızı bir müddət sonra xatırlamayacağıq belə get. Hansı yara qabıq bağlamamış ki bu günə qədər? Hansı atəş sönməmiş ki? Etməyin lazım olanı et get.

(Sənsiz xoşbəxt ola bilərəmmi mən yar? unuda bilərəmmi bu qədər asan? Yaşadığımız o qədər şeyi silə bilərəmmi? Mümkün deyil, səni içimdən çıxardıb atmam mümkün deyil. Bilirəm heç bir dərman yaxşılaşdıra bilməyəcək sənin açdığın yaranı. Sənin yandırdığın sevda atəşi heç bir zaman sönməyəcək. Sənin xoşbəxt olmağını istədiyimdə yalan. Xoşbəxt olma yar, mənim kimi səndə xoşbəxt olma. Bəlkə o vaxt yenidən dönərsən mənə…)

Haydı zaman keçir artıq, get. Həm niyə sifətin asıq? Sevinməlisən getdiyinə. Əslində sənə təşəkkür etməliyəm. Məni bu eşqin yükünü daşımaqdan qurtardığın üçün. Rahatladım bilirsənmi? Məndə qalan bir neçə parça əşyanı da göndərərəm ardından. Fürsət tapdıqca axtararam səni haydı. get.

(Getmə mənim gözəl sevdalım, getmə. Məni bu axmaq dünyada bir başıma buraxıb getmə. Gedib ürəyimi öldürmə. İçim ağrıyır, ürəyim sıxılır. Mən əsl sənsizliyin yükünü daşıya bilməm getmə. Nə olar, getmə…)

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Dostik za trud, ogromnoye spasibo, no na azeri 4teniye ya pas (((((((((

  2. MILAQROS dedi ki:

    ex kash ki hec kesin heyatinda sonu pis olan gedish olmasin this

  3. UMNAYA dedi ki:

    geden gedib.hec kesi saxlaya bilmezsen.neinki sen,hec kes

  4. Admin dedi ki:

    Heyat + zaman = her bir weyin dermani

  5. IzYuMinKa dedi ki:

    Admin,
    ya_za

    sps

  6. meymunka dedi ki:

    sposibo za novost!!!

  7. L_U_N_A_T_I_K dedi ki:

    atalar yaxshi deyib gedeni saxlamaq olmaz qalani qovlamaq 🙁

  8. meymunka dedi ki:

    L_U_N_A_T_I_K,
    kimi qovlamaq isteyirsen bela?

  9. mikus dedi ki:

    HE ELA IDI SPASIBI4KI. GEDE SAXLAMAZLAR QOY GETSUN!!! smile

  10. emrah dedi ki:

    OLUM HAMIYA QISMET OLACAQ AMMA ALLAH HEC KIME AYRILIQ QISMET ELEMESIN

  11. МиниК_Сердце dedi ki:

    Get. Ьzьmə belə baxma get. Heз dayanma, bir gedənin bir daha əsla girə bilməyəcəyi qapı orada , get. Heз bir şey aзıqlamaq məcburiyyətində deyilsin. Gedərkən sцyləyəcək şey tapa bilməz insanlar. Sən bəhanələrin arxasına sığınanlardan olma get…