Razısanmı?

Razısanmı?

Evinin səni içinə sığdıra bilməyəcək qədər dar olduğunu hiss edəcəksən… Küçəyə atılacaqsan.Küçələr də dar gələcək.
Eynilə bədəninin ürəyinə dar gəldiyi kimi.Nə dənizin mavisi açacaq içini, nə tərtəmiz səma.
Özünü daşıya bilməyəcək qədər çox böyüyəcək, bir tərəfdən də itəcək qədər kiçiləcəksən.
Bəziləri sənə bir şeylər izah edəcək dayanmadan.
‘Vacib olan sağlamlıq.’
‘Yaşamaq gözəl.’
‘Boş ver, hər şey unudular.’
Sən heç birini eşitməyəcəksən.Gözyaşlarından ətrafı görə bilməz hala gələcəksən.Ondan ölməsini istəyəcək qədər nifrət edəcək.Az sonra qollarında ölmək istəyəcək qədər çox sevəcəksən… Həmişə ondan bəhs etmək istəyəcəksən. ‘Ölümə çarə tapıldı’ ya da ‘Sabah qiyamət qopacaqmış’ desələr başını qaldırıb Nə dedin? ‘ deyə soruşmayacaqsan.
Tək qalmaq istəyəcəksən. Həm də milyonların arasında itmək.İkisi də çatmayacaq. Keçmişi düşünəcəksən. Haradasa dəqiqə dəqiqə. Amma pisləri unudaraq.Onunla keçdiyin yerlərdən keçmək istəyəcəksən.Getdiyin yerlərə getmək. Bu sənə heç yaxşı gəlməyəcək. Amma bilə-bilə edəcəksən.Biri sənə içindəki ağrını söküb ata biləcəyini söyləsə, qaçacaqsan.Əslində xilas olmaq istədiyin halda, o ağrını yaşamaq üçün müqavimət göstərəcəksən.
Həyatinin geri qalanını onu düşünərək keçirmək istəyəcəksən.Əksinəni iddia edənlərdən nifrət edəcəksən. Hər kəsi ona bənzədib.Kimsəni onun yerinə qoya bilməyəcəksən. Heç bir şey əyləndirməyəcək səni. Bir neçə saat başı bulandıran amma əsla onu unutdurmayan. Bütün mahnılar sizin üçün yazılmış kimi gələcək. Boğazın düyünləniləcək, dinləyə bilməyəcəksən. Yatmaq çətin, oyanmaq asan olacaq.Səhəri iplə çəkəcəksən… Bəzən də ‘Heç günəş doğulmasa’ deyəcəksən. Nə gecələr rahatlaşdıracaq səni nə gündüzlər. Ölməyi istəyib, ölə bilməyəcəksən.Yuxular görəcəksən, gerçək olmasını istədiyin. Hər sıçrayaraq oyandığında onun adini söylədiyini hiss edəcəksən… Telefonun çalmasını gözləyəcəksən. Axtarmayacağını bilə-biləBir daha sevməməyə and içəcəksən.Həyata dair heç bir şey etmək gəlməyəcək içindən. Onun səsini bir dəfə daha eşitmək üçün yanıb alovlanacaqsa. Dəfələrlə axtardığı günlərin qiymətini bilmədiyin üçün özündən nifrət edəcəksən.Yaşadığın şəhəri tərk etmək istəyəcəksən.Amma bir ümid. Onunla bir gün bir yerdə qarşılaşma ümidi.Bu ümid səni getməkdən saxlayacaq.
Razısanmı bütün bunlara?
Hazırsanmı sonunda ölüb ölüb dirilməyə?

meymunka

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Radost spasibo za trud, no ya potom pro4tu, was dela est sorry

  2. MILAQROS dedi ki:

    Spasibo memushum ocen stranniy i krasiviy rasskaz spasibo goodgood

  3. HosT (aLLiAnCe) dedi ki:

    superdi dostik halaldi

  4. VeFaSiz_Giz dedi ki:

    MILAQROS,
    HosT (aLLiAnCe),

    ya_za goodgood

  5. meymunka dedi ki:

    vefasiz_giz,
    MILAQROS,
    HosT (aLLiAnCe),cox sag olun sizi cox cox isteyirem siz menim biricik dostiklarimsiz

  6. IzYuMinKa dedi ki:

    meymunka,
    spasibki ok

  7. L_U_N_A_T_I_K dedi ki:

    YOX 🙂

  8. Devil_666 dedi ki:

    weklin yeri var

  9. BLACK STAR dedi ki:

    super cox saol..maraqlidi