Cəbrayıl və Füzulinin işğalından 17 il ötür (23 avqust)

alt

Füzuli rayonunun işğalından 17 il keçir. 23 avqust 1993-cü ildə ümumi sahəsi 139 393 hektar olan rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunub.

Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:

1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb.

2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.

3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb.

4. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.


Sahəsi 104 980 hektar olan Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni işğalçıları tərəfindən zəbt olunub.


Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.
Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır.


Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.


Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.


2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.


Cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. Ölkənin 58 bölgəsinə səpələnən cəbrayıllılar daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar.

Leonel-207

Şərhlər:

  1. TORANLIQ dedi ki:
    inwallah QARABAG geri qayidacaqq
  2. ayka21 dedi ki:

    cooox sagolun xabara gore. applause

  3. Leonel-207 dedi ki:
    ne deyesen duzelmiyeceyikdee..ele bil eylenceli xeberdir bu hec oxumamiw cox sag ol yazilir…ondansa rey yazmayinnnn!!!! qoy xeber reysiz qalsin eybi yoxdur…amma ki xeberi tam oxuyun!!! oyrenin bilin ve her hansi bir yere duwende sabahsi gun subut ede bilin ki heqiqetende o torpaqlar bizimdir!!! birini kimse deyende boynumuzu bukub durmayaq,bewini biz deyib susduraq amma havayi yox subutlarla deyek onun ucunde tariximizi bilek!!! axi heqiqetende bizim tariximiz var,axi heqiqetende o torpaqlar bizimdir,axi heqiqetende murdar ermeniler terefinden iwgal olunubdur,axi heqiqetende…,axi heqiqetende….((((….!!!
  4. cool girl dedi ki:

    INWALLAH TORPAQLARIMIZ ALACAYIQ………………………

  5. BEAUTIFUL_LIFE dedi ki:

    Allah Lenet Elesin ermenilere inwallah qayidacaq o torpaqlar oz sahiblerine-bizlere!bu aci xatireleri her defe yadimiza saldigin ucun cox twkler leo

  6. ...::EMERALD::... dedi ki:

    İNSALLAH HEMİSELİK BİZE QAYİDAR

  7. KIVANC dedi ki:

    XEBERIN ADINA BAXIRAM MENI QERIBE HISSLER BURUYUR.ISGALDAN 17 IL KECIR.NIYE?NIYE KECIR.???NIYE VAXTINDA BUNA MUDAXILE OLUNMAYIB.DEMIRI ISTI-ISTI DOYERLER.DUNEN XEBERLERDE ESITDINIZMI?ARTIQ BIR YOX 2 DUSMENIMIZ VAR RUSLAR O SEREFSIZLERE HERTEREFLI KOMEK EDECEK.BUDA BIZE ACIQ AYDIN TORPAQLARIMIZIN YAXIN ON ILLIKDEDE GERI QAYITMAYACAGINI BILDIRIR.SAG OL RUSKA YADIMIZA SADIN.BELKEDE BUNU BU GUN BILMEYEN COXDUUU.

  8. dangerous_angel dedi ki:

    tesekkur edirem

  9. DaRk_AnGeL dedi ki:

    INWALLAH TORPAQLARIMIZ GERI QAYTARILACAQ!

  10. New_Moon dedi ki:

    Inwallah torpaqlarimizi geri alacayiq >>>AMIN<<<
    Xebere gore cox sagol

  11. RED DEVIL dedi ki:

    INSALLAH GELEN IL TAPDAQ ALTINDA OLAN BUTUN TORPAQLARIMIZ GERI QAYIDAR,AMINNNNNNNNNNNNNNNN,XEBERE GOREDE COOOOOOOOX SAGOL!!!

  12. gulshan dedi ki:

    Allah ermenilere lenet elesin((((

  13. МиниК_Сердце dedi ki:

    ewi. garabag getdi uje.