SATANIZM

alt
Satanizm şeytana ibadət, onu tanrı kimi qəbul etmək mənalarını bildirir. Satanizm eyni zamanda insanın özünü ilahiləşdirməsi, istək və arzularını həyatın yeganə məqsədi hesab etməsidir.
Tarixdə satanizmə oxşar cərəyanlar olsa da, onlar əsasən gizli fəaliyyət göstərirdilər. XX əsrin əvvəllərində nisbətən açıq fəaliyyət göstərən Alister Krouli sehrbazlıqla məşğul olur, qanlı ayinlər təşkil edərək heyvanları öldürürdü. O, şeytan tərəfindən təlqin olunduğunu iddia etdiyi “Qanun Kitabı”nın müəllifidir. Krouleyə görə, insan nə istəsə, nəticəsini fikirləşmədən etməlidir. Ümumiyyətlə, bu fikir satanizmin əsas fəlsəfəsidir. Krouley həmçinin müqəddəs olan bütün məfhumlara həqarət etməyi, cinayəti və təcavüzü təbliğ edirdi.
Satanizmin geniş yayılmasında və rəsmən kilsə kimi fəaliyyət göstərməsində Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində doğulmuş və sonralar Kaliforniyaya köçmüş Anton Szandor La Vey əsas rol oynamışdır. O, müasir satanizmin banisi hesab olunur. La Vey əvvəllər musiqiçi kimi fəaliyyət göstərmiş, sonralar sirkdə işləmiş və nəhayət morqda polis fotoqrafı vəzifəsində çalışmışdır. O, 1966-cı il aprel ayının 30-da Şeytan Kilsəsini qurmuşdur. Az sonra vahiməli filmlər çəkən bir rejissor tərəfindən filmə dəvət almış, orada iblis rolunda çıxış etmişdir. Qorxulu səhnələrlə dolu bu film onun şöhrətlənməsi üçün tramplin rolu oynamış və onu maraq dairəsinə çevirmişdir.
La Vey həm də satanistlərin əsas kitabları hesab olunan “Şeytani İncil” kitabının müəllifidir. Dinə nifrət edən, müqəddəs dəyərləri təhqir etməyi xoşlayan, macəra axtaran çoxlu şəxs onun ətrafında toplanmışdır. La Vey və tərəfdarları dəhşətli ayinlər icra edir, insanları şeytana qurban verərək, onların başını, bədən üzvlərini kəsirdilər. Bəzi ayinlər zamanı qurbanın ətini yeyirdilər. Əsasən də uşaqlar, gənc qadınlar hədəf seçilirdi. İnsanlarla yanaşı, heyvanlar, o cümlədən pişiklərin kəsilməsi halları üstünlük təşkil edirdi.
La Vey 1997-ci ildə vəfat etdi. Buna baxmayaraq, satanistlər onu unutmur, özlərinin idealı sayırlar.

Satanizm İslamda
Qurani-Kərimdə şeytanın insanı yolundan azdırmağa çalışması ilə bağlı bildirilir: “Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı”.
(Allah İblisə) “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis) Mən ondan daha yaxşıyam (üstünəm), çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.
(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. (Oradan) Çıx, çünki sən alçaqlardansan!”
(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”
(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”
(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
Sonra onların qarşılarından və aralarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!”
(Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!” (Əraf surəsi, 11-18-ci ayələr)
Ayələrdən də aydın olur ki, şeytan insanı düz yoldan çıxartmağı qarşısına məqsəd qoymuşdur.

Satanistlərin həyata baxışları. Satanistlərin həyat fəlsəfəsi aşağıdakı kimidir:
Gücünü itirməmək üçün zəiflərə və acizlərə hörmət göstərmə.
Daxilində uğur gizləndiyi üçün gücünü həmişə sına.
Xoşbəxtliyi sülhdə deyil, qələbədə axtar.
Uzunmüddətli dincəlməkdənsə istirahətlərini qısa et.
Yeni bir şey yaradanda köhnəni tamamən məhv et.
Ölümünü görə bilməyəcəyin heç nəyi çox sevmə.
Bünövrəni qumun yox, qayanın üstündə inşa et. Çünki o təkcə bu gün deyil, hər zaman lazımdır.
Həmişə indiyədək edilməyəni kəşf etmək üçün daha çox səy et.
Boyun əyməkdənsə, öl.
Dəmirçiliyin ölüm qılıncı hazırlamaqdan başqa, sənət dəyəri yoxdur.
Hər şey üzərində müvəffəqiyyət qazanmaq üçün özünə hakim ol.
Yaşayanların qanı yeni toxum yaratmaq üçün gözəl gübrədir.
Soyuqqanlı (daşürəkli) başlardan təşkil olunmuş piramidalar üzərində dayanan adamlar daha uzaqları görə bilirlər.
Sevgini bir kənara atma, amma onu həmişə təhdid et. Çünki o, saxtakardır.
Bütün möhtəşəmliklərin əsasında əzab durur.
Öndə durmaqdansa, üstdə dayanmağa çalış. Çünki əzəmət oradadır.
Keçmişdəki əngəlləri məhv etmək üçün yeni və güclü qasırğa kimi ol.
Qoy sevgi həyatında məqsəd olsun, amma hədəfin böyüklük olsun.
Kişidən başqa heç bir şey gözəl deyildir, amma hər şeydən gözəl qadındır.
Gücə mane törətdiyinə görə bütün aldanmaları və yalanları rədd et.
Daima fərdi təminatın üçün çalış!
Həyatı canlı yaşa!
Düşmənə nifrət et, səni vuranı yox et!
Sadə həyat yaşa, heyvan kimi ol!
Günahları müdafiə et!
Özünü əsla aldatma!
Göründüyü kimi, satanizm insanlara müqəddəs dəyərləri inkar etməyi və şeytana uymağı təlqin edir.

Satanistlər insanın heç bir qadağaya tabe olmasını qəbul etmir, daxildən gələn hər bir hissi reallaşdırmağı vacib sayırlar. Ürəkdən qarşıdakı adamı öldürmək keçirsə, onu heç bir məhdudiyyət qoymadan, istənilən formada həyata keçirməyi məqbul hesab edirlər.
Satanizmə görə, pislik insanın təbiətində mövcuddur və buna görə də o, heç kimin qarşısında məsuliyyət daşımır.
Məsuliyyət yoxdursa, onda kiməsə pislik etməmək üçün heç bir səbəb yoxdur.
Satanistlər insanı inkişaf etmiş heyvan hesab edir, cəmiyyətin meşə qanunları ilə idarə olunmasını istəyirlər.
“Güclülər zəifləri əzməlidir” prinsipi əsasında yaşayırlar. Ayinlərində qurban kimi pozğun qadınlardan aldıqları körpələri öldürüb qanını içirlər.
Satanistlər görə, səbəbindən asılı olmayaraq, istənilən adamı hər hansı satanistin xoşlamaması onun qurban kimi seçilməsinə əsas verir.
Quran-Kərimdə şeytana uyanlar haqqında deylir:
“Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!”
(əl-Mucadələ surəsi 19-cu ayə)
Satanizmin yayılması və təbliğat formaları. Satanistlər dünyanın bir çox ölkələrində yayılıblar. Əsasən Norveçdə, ABŞ-da, Polşada, Rusiyada Almaniyada və Türkiyədə fəaliyyət göstərirlər. Çoxlu gəncləri ayinlərinə cəlb edir, onları intihara sövq edirlər. Dinə görə özünü öldürən şəxsin cəhənnəmlik olmasını nəzərə alan satanistlər intihar etməyi ibadət hesab edir, öldükdən sonra cəhənnəmə gedərək, orada şeytana xidmət etmək imkanı qazanacaqlarını düşünürlər. İnternet vasitəsilə çox fəal təbliğat aparırlar. Bu istiqamətdə fəaliyyət göstərən satanist saytlar mövcuddur.

Satanistliyə qoşulanlar əsasən mənəvi cəhətdən boşluq hiss edən gənclər, narkotik aludəçiləri, ailələrində pis münasibət görən uşaqlar, məktəb şagirdləri və universitet tələbələridir.
Satanistlər əsas təbliğatlarını internetdə aparırlar. İnternet forumlarında iştirak edir, özlərinə qarşı maraq yaradır və insanları təsir altına salmağa çalışırlar. Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu dövlətlərdən olan Rusiya və Türkiyədə satanistlərin törətdiyi dəhşətli cinayətlər tez-tez mətbuatda öz əksini tapır. Yeniyetmə qızlar və oğlanlar toplaşaraq qrupun üzvlərindən birini, yaxud tanımadıqları adamları işgəncə verərək öldürür, bundan zövq alırlar.
Satanistlərin təsiri altına düşən insanlar cəmiyyətdən qaçır, qeyri-adi davranışlar nümayiş etdirirlər. Tək qalmağı xoşlayır, qara paltarlara üstünlük verirlər. Cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına nifrət edir, özlərinin hamıdan güclü olduqlarını sübut etmək üçün əllərindən gələni edirlər.
Satanizmin cəmiyyətə yaratdığı təhlükə ona qarşı çox diqqətli olmağı tələb edir. Xüsusən də azyaşlı və yeniyetmələrin internetdən istifadəsi zamanı onların zərərli saytlara daxil olmamaları və belə təbliğatların təsiri altına düşməmələri üçün onlara nəzarət edilməsi böyük əhəmiyyət kəsb edir. Gənc nəslin zərərli vərdişlərdən çəkindirilməsi və əxlaqlı yetişdirilməsi onların mənfi təsirlərə məruz qalması riskini də azaldır.

Quran Kərimdə qeyd olunur:
Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!” “Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!”
(ən-Nəhl surəsi 99-100-cü ayələr)

cool girl

Şərhlər:

  1. KIVANC dedi ki:

    To respect weak and helpless for not losing strength.

  2. fanya_ya dedi ki:

    Man da evallar satanistka olmaq istamiwam potom emo galdi havasim oldu….

  3. merry-girl dedi ki:

    cooox sagolun xabare gore. cooox maraqli idi.

  4. Angelocka dedi ki:
    shock Boyyyyy Allah uzaq etisn men qorxuram bunlardann:((((
  5. DaRk_AnGeL dedi ki:

    oyyyy dehwet weydi eeee cry

  6. New_Moon dedi ki:

    Quran Kərimdə qeyd olunur:
    Həqiqətən, iman gətirib yalnız цz Rəbbinə təvəkkьl edənlərin ьzərində Şeytanın heз bir hцkmь yoxdur!” ”Şeytanın hцkmь yalnız ona itaət edib Allaha şərik qoşanlar ьzərindədir!”
    (ən-Nəhl surəsi 99-100-cь ayələr)
    Xebere Gore Cox Sagol

  7. ...::EMERALD::... dedi ki:

    SATANISTLEREDE LENET>SHEYTANADA

  8. ayka21 dedi ki:

    cooox sagolun xabare gore. cooox maraqli idi.

  9. _Prens dedi ki:

    4ox sagol urey))

  10. R_O_S_H_K_A dedi ki:

    Satanizm Mene Maraqli Deyil Amma Bizde De Var Az Deme k Olmaz Choxdu heqiqeten Elelerini Yaxwi Taniyiram !!!Amma Yene De Her Wey Allahin Elindedi !!!

  11. pink_panther dedi ki:

    coxxxxxxxxx sagolllllllllllll xosum gelirde bele xeberlerii oxumaqdann superrra

  12. cool girl dedi ki:

    BEAUTIFUL_LIFE,
    AHA AZERBAYCAN DA DA VAR AZ IDI UJE YAYILIRLAR

  13. BEAUTIFUL_LIFE dedi ki:

    Allah bunlara lenet elesin!!!!gic-gic iwlerle mewgul olurlar ve dovlet bawcilari islam agsaqqallari bunlari gore -gore,bile-bile hec ne etmirler!!!goresen AZERBAYCANda da var bu vehwi canilerden?

  14. МиниК_Сердце dedi ki:

    satanizm fu bad