Qaranliq…
Doğan günəşdən belə qaçar oldum zamanla…Uşaq ikən kabuslarla oyandığım zaman qaranlıqları deşən günəş sanki qurtarıcımkən artıq hüznlə izlədiyim və arxamı dönüb qaranlığa qaçdığım bir alov topunun kənarında bir şey deyil artıq mənim üçün…Gecənin ruhumu örtən bədənimi sarmalayan qaranlığından qalma gözlərimi yandırdığı, yorulmuş zəif bədənimi yaxan günəşə lənətlər olsun…Heç doğulmamasını təmin edə bilsəydim…Əgər imkanım olsa, onu sonsuza qədər öldürə bilsəm…Əlimdən gəlsə.. Edərmiydimimi?…Hər şeyə baxmayaraq, insanlığa baxmayaraq, gözyaşlarına baxmayaraq…Cavabını vermirəm, diləyirəm elə bir qüdrət ruhumu tapmasın…
Hər şey nə qədər qəribə gəlir bir anda? Heç bir kənara oturub insanları izlədinizmi? Onların gərəksiz və əhəmiyyətsiz mübarizələrini? Mədəniyyət nizamına baxmayaraq hökm sürən hərəkətlərini hiss etdinizmi? Qarışıqlığı,dəliliyi hiss etdinizmi onları izləyib? Yaxşı heç izləməyə məhküm oldunuzmu?…
Bax mənim dünyadakı cəzam bu!…Onların əhəmiyyətsiz hərəkətlərini izləmək məcburiyyətindəyəm…Ömürüm boyunca, sonu gəlməyən ömürüm boyunca…Əsla qatıla bilməyəcəyimi bilərək…Əsla özümü qapdıra bilməyəcəyimi bilərək…Sonu gəlməyəcəkmi heç?…Cəzam bitməyəcəkmi heç?…Mərhəmət mənə üzünü göstərməyəcəkmi? …Ürəyimə işgəncə edən qaranlığa necə qarşı qoya bilərdim?…Artıq günəşin batışı gecənin qaranlığını salamlayırdı….Bütün iti sükunəti mənim bədənimi biçərkən qışqırıqlarımı kim eşitdi?…Göz yaşlarımı kim sildi?…Bilməyirəm…Zamanla quruyurmuş, yaralar qabıq bağlayırmış,amma ürəyimin yarası çox dərin…
Amma heç düşünmədim ürəyimə işgəncə edən qaranlığı ürəyimə həbs edə biləcəyəmmi…Ruhumu udan qaranlıq artıq mənim əlimdə…Doğulmayacaq səhərlər gözləyirəm,batmayacaq bütöv ay üçün dua edirəm…Qorxularımızla tanış olmaq üçün,təkrar qorxa bilmək üçün…Təkrar mən ola bilmək üçün,o kiçik uşaq üçün… Nə bir işıq işıqlandırar yolumu,nə də qürurlu günəş…Mənim gözlərimdəki qaranlıq keçmədən, nə bir mələk kömək edə bilər mənə, nə də təmiz bir ürək…Nəmli gözlər ya da səssiz hıçqırıqlar…Mənə məndən başqa kimsə kömək edə bilməz…Mənə kimsə kömək edə bilməz…Qışqırıqlar yoldaşlığında,günəşin işığı yoldaşlığında, gözyaşlarım yoldaşlığında…Gecənin zadəganlığı yoldaşlığında mən yıxıldım…Tamamilə…
Kimsə bilmədi, kimsə öyrənə bilmədi…Bir sirr oldu gecə ilə mənim aramda, bir baxış oldu hiddətli günəşlə aramda, bir günah oldu özümlə öz aramda…Bu mənim izah edilməmiş hekayəm… Bunları yazdım,çünki məni məndən sonra gələnlərin mühakimə etməsi üçün,ibrət götürüb qorxması üçün,ağrıması üçün deyil: inanması üçün… Və gün gələcək, qaranlıqdan çıxıb çirklədilməmiş arıdıcı və istilədən günəş ruhuma dəydiyində varlığım məqsədinə çatmış olacaq…Çox dəfə ölümü düşünərək oyandım səhərlərə…Kim bilər neçə dəfə öldüm bu son dedim…Heç ölə bilməyəcəyimi bilərək…Və artıq əhəmiyyətsiz hesab edirəm…
Yenilənib:
Maraqli Idi Cox Sagol
TORANLIQ,
New_Moon,
…::EMERALD::…,
МиниК_Сердце,
DaRk_AnGeL,
Leonel-207,
ADMIRAL-711,
dangerous_angel,
RED DEVIL,
rey yazdiginiz ucun twkler…beyendiyinize sevindim…
MARAQLIDI,TWK
twkler
cox sag ol hekaye ucun.
superdi ellerine sagliq oxudum
sag ol.
ELLERINE SAGLIQ.COOOX MARAQLIDIR
esasende heriflerin rengi ne qeseng deyisirler
qaranliqdan coox qqorxura xebere gore tesekkurr
_Cinbala_,
gulshan,
KIVANC,
hec,
ayka21,
dangerous_angel,
cool girl,
TWK………….MARAQLI IDI
tesekkurler
xabara gore coox sagolun
tesekurlerr maraqli idii
cox saq ol xeber ucun ellerine saqliq