Azərbaycan «Kurtlar Vadisi»ndə «vuruldu»

Türkiyənin «Şhow» telekanalında yayımlanan məşhur «Kurtlar Vadisi-Pusu» serialı bu ölkədə olduğu kimi, Azərbaycanda da maraqla izlənilir. «PanaFilm» tərəfindən ərsəyə gətirilən bu serialda gündəmin siyasi hadisələrinə toxunulur.
«Kurtlar Vadisi-Pusu»nun sonuncu bölümündə Polad Ələmdarın «sağ qolu» hesab edilən Memati Baş tərəfindən Azərbaycanın ünvanına ciddi tənqidlər səsləndirilib.
Azərbaycandan olan Nazir adlı bir nəfərlə silah ticarətinə girən Memati Azərbaycanda Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı rəsmi Ankara əleyhinə olan bəyanatlara etirazını bildirir. O deyir ki, Türkiyədən sərhədləri açmamağı tələb edən Azərbaycanın hərəkətlərindən heç nə anlamır: «Biz bilirik ki, türkün türkdən başqa qardaşı, dostu yoxdur. Türkiyədən sərhədləri açmamağı tələb edirsiniz, digər tərəfdən torpaqlarınızın işğalında böyük rolu olan Rusiyaya «böyük qardaş» deyirsiniz. Bu türkə yaraşmaz».
Mematinin bu sözləri qarşısında cavab verməyən Nazir isə başını yelləməklə onunla razılaşdığını ifadə edir.
Yenilənib:
Cox saq ol dostik,,,,
mende mematinin fikriynen tam raziyam
HosT (aLLiAnCe),
cox sagol xebere gore maraqlidir
he bilirem amraqlidir acida olsa heqiqetdir
hec xosum gelmir ne kinodan ne de aktyordan amma zehmetine gore cox sag ol dostikim!
HosT (aLLiAnCe),
XEBERE GORE THANKSS
Turplar vadisi qushu az sonra
🙂
duzdu de