Azərbaycandan “Eurovision-2009” müsabiqəsinin iştirakçılarına səs göndəriləcək sms nömrəsi açıqlanıb.

Azərbaycandan “Eurovision-2009” müsabiqəsinin iştirakçılarına səs göndəriləcək sms nömrəsi açıqlanıb.

Azərbaycan vətəndaşları “Eurovision-2009” müsabiqəsinin iştirakçı ölkələrin təmsilçilərini 9750 sms nömrəsi ilə dəstəkləyə biləcəklər. Bunu APA-ya açıqlamasında “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib. O bildirib ki, iştirakçının çıxış edəcəyi nömrəni yazıb bu sms nömrəsinə göndərməklə arzu etdiyin təmsilçiyə səs vermək olar: “Bu sms nömrəsindən ancaq Azərbaycanda yaşayanlar istifadə edəcəklər. Yəni bu sms nömrəsi ilə Azərbaycan təmsilçiləri Aysel və Araşı dəstəkləmək mümkün olmayacaq. Göndərilən 1 sms-in qiyməti 50 qəpik olacaq. Azərbaycan təmsilçilərinə bu sms nömrəsi ilə göndərilən səslər sayılmayacaq. Ona görə də tamaşaçıların diqqətli olması lazımdır”.

Səsvermədə ancaq iştirakçı ölkələrdə yaşayan soydaşlarımız iştirak edə biləcəklər. Xaricdə yaşayan həmvətənlərimiz Aysel və Araşı yaşadıqları ölkənin sms nömrəsinə onların sıra nömrəsini yazmaqla səs verə biləcəklər.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək ikinci yarımfinalda 12 nömrə altında çıxış edəcəklər. Təmsilçilərimizi digər iştirakçı ölkələrdə yaşayan soydaşlarımız dəstəkləmək hüququna malikdirlər. Aysel və Araş final mərhələsində iştirak hüququ qazansalar, təmsilçilərin yeni sıra nömrəsi olacaq.

HosT (aLLiAnCe)

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Mmmmmm cox saq ol, xebere gore )))

  2. HosT (aLLiAnCe) dedi ki:

    Sitat: L_U_N_A_T_I_K
    mene ele gelir ama bu siyasetdi proqram yox 🙂


    men senin fikrinle tam raziyam

  3. L_U_N_A_T_I_K dedi ki:

    mene ele gelir ama bu siyasetdi proqram yox 🙂

  4. IzYuMinKa dedi ki:

    HosT (aLLiAnCe),
    COOX SAG OL XEBERE GORE

  5. meymunka dedi ki:

    cox sag ol thank_you

  6. HosT (aLLiAnCe) dedi ki:

    Azerbaycan yekkkkkkkkkkk

  7. MILAQROS dedi ki:

    HosT (aLLiAnCe),
    ela xeberdi cox sagol dostik

  8. HosT (aLLiAnCe) dedi ki:

    men Turkiyeye ses verecem