Dialoq

alt

[Dialoq]

Bir gün, bir adam Peyğəmbər Əfəndimizin (s.a.s) yanına gələrək: “Sizdən dünya və axirətlə əlaqəli soruşacaq suallarım var” deyər.

Bunun üzərinə Peyğəmbər Əfəndimiz (s.a.s) o kimsəyə: “Nə istəyirsənsə soruş” buyurarlar və bir çox dərslər çıxara biləcəyimiz bu dialoq yaşanır:

– Insanlarin ən zəngini olmaq istəyirəm. Nə etməliyəm?

– Qənaətkar olsan insanların ən zəngini olarsan.

– Insanlarin ən xeyirlisi olmaq istəyirəm. Necə ola bilərəm?

– Insanlarin ən xeyirlisi, insanlara ən faydalı olandır. Sən də insanlara faydalı ol.

– Insanlarin ən ədalətlisi olmaq istəyirəm. Ədalətli insan necə olar?

– Özün üçün istədiyini insanlar üçün də istəsən insanların ən ədalətlisi olarsan.

– Insanlar içində Allaha ən yaxın, O-nun ən sevimli qullarından olmaq istəyirəm.Nə edim?

– Allahı çox zikr edib yada salsan, o zaman Allahın sevimli qulu olarsan.

– Imanımı kamala çatdırmaq istəyirəm.Nə edim?

– Gözəl əxlaqlı olsan imanin kamala çatar.

– Insanlarin ən kərimi olmaq istəyirəm.Necə ola bilərəm?

– Allaha qullarını şikayət etməzsənsə insanların kərimi olarsan.

– Qiyamət günü nur içində olmaq istəyirəm.Nə edim?

– Heç kimə zülm etmə, qiyamət günü nur içində olarsan. Əvvəl özünə və insanlara mərhəmət et ki, Allah da sənə mərhəmət etsin.

– Ruzimin bol olmasini istəyirəm.Nə edim?

– Təmizliyə davam etsən ruzin bol olar.

– Dualarımın qəbul edilməsini istəyirəm.Necə edim?

– Haramlardan qorunsan duaların qəbul olar.

– Allahın məni başqalarının yanında biabır – alçaq etməməsini istəyirəm.Nə edim?

– Namusunu qoruyub iffətli ol ki, insanlar yanında alçaq olmayasan.

– Allahın eyiblərimi, qüsurlarımı örtməsini istəyirəm. Nə edim?

– Müsəlman bacı və qardaşlarının eyiblərini örtsən Allah da sənin eyiblərini örtər.

– Allah yanında ən böyük günah hansıdır?

– Pis əxlaq və Allahın əmrlərinə üsyan.

– Mənim günahlarımı nə silər?

– Göz yaşların, huduun (hörmətlə Allaha qulluğun) və xəstəliklər.

– Allah yanında hansı xüsusiyyətlər daha fəzilətlidir?

– Gözəl əxlaq, təvazökarlıq, bəlalara səbr və qəzaya razılıq.

– Allah və Elçisi tərəfindən sevilmək istəyirəm.

– O zaman Allah və Rəsulunun sevdiklərini sev, sevmədiklərini də sevmə.

gulshan

Şərhlər:

  1. New_Moon dedi ki:

    Xebere Gore Cox SAgol Minnetdaram

  2. gulshan dedi ki:

    rey yazan elleriniz var olsun

  3. МиниК_Сердце dedi ki:

    raziyam emerald

  4. ...::EMERALD::... dedi ki:
    COX BEYENDIM.SAG OL
  5. NEZRIN_92 dedi ki:

    COX SUPERDIR.

  6. Ayselka dedi ki:

    – Dualarımın qəbul edilməsini istəyirəm.Necə edim?
    – Haramlardan qorunsan duaların qəbul olar.

  7. DaRk_AnGeL dedi ki:

    cox saol maraqli idi

  8. _Cinbala_ dedi ki:
    bu xeberleri oxuduqda ureyim acilire

    Bir gun mende Namaza baslayacam insallah Allahin komekliyiyle ve sizlerin sayesinde
    girl_ang girl_ang girl_ang

  9. BEAUTIFUL_LIFE dedi ki:

    book book book book book book book book

    Super
    Cox Ibretamiz Dialoqdu

  10. _Aynur_ dedi ki:
    Gozel xebere gore coooooox saq ol…Cox maraqla oxudum…Tewekkurler Allah Razi Olsun!!!
  11. ZakonLubvi dedi ki:

    [b]ALLAH RAZI OLSUN[/b]

  12. Single Girl dedi ki:

    Cox sagol Allah razi olsun Oxudum ve cox beyendim Ramazan ayinda bele xeberlerin xususiyle yeri var

  13. BuBLiK dedi ki:

    Спасибо малишкам opucuk очень понравилось некоторые украла тёте дам почитать=)

  14. aznetin_gozeli dedi ki:
    cox xosuma geldi, copy edib saxladim hetta..tesekkurler ..Alllah savaba yazsin insaallah paulasdiginiz ucun!
  15. KIVANC dedi ki:
    Sag ol minnetdaram.Oxudum.Nece deyerler ,lezzet eledi.Cox xosuma geldi…
  16. ceka dedi ki:

    COX BEYENDIM.SAG OL