Həzrət Peyğəmbərin mübarək ramazan ayi ərəfəsində söylədiyi xütbə

alt

Ey insanlar! Artıq ALLAHın ayı bərəkət, rəhmət və günahları bağışlamaqla sizə yetişmişdir. Bu ay ALLAH yanında bütün aylardan fəzilətlidir. Bu ayın günləri ən üstün günlər, gecələri ən üstün gecələr və saatları ən üstün saatlardır. Bu ayda siz ALLAHın ziyafətinə dəvət olunur. ALLAHın möhtərəm bəndələrindən sayılırsınız.

Bu ayda nəfəsləriniz zikr, yatmağınız ibadət, əməlləriniz təqdirəlayiq sayılıb, dualarınız qəbul olunur. Bu ayda Rəbbiniz olan ALLAHdan səmimi niyyət və pak qəlblə diləyin ki, oruc tutub kitab (Quran) oxumağa sizi müvəffəq etsin. Bilin ki, bu əzəmətli ayda ALLAHın əvfindən məhrum olan kəs bədbəxtdir. Bu ayda keçirdiyiniz aclıq və susuzluq ilə qiyamət gününün aclıq və susuzluğunu xatırlayın.

Fəqir və yoxsullarınıza sədəqə verin, böyüklərinizə hörmət, kiçiklərinizə mərhəmət göstərin və qohumlarınızla əlaqə saxlayın. Dilinizi (yalan və nalayiq) sözlərdən, gözlərinizi baxılması qadağan edilən və qulaqlarınızı dinləməsi haram olan şeylərdən qoruyun. Digərlərinin yetimlərinə nəvaziş göstərin ki, sizin də yetimlərinizə nəvaziş göstərsinlər. Etdiyiniz günahlara görə ALLAHa tövbə edin. Namaz qıldığınız vaxtlarda (qunut tutarkən) əllərinizi ALLAHa tərəf qaldırıb dua edin. Həqiqətən, bu (namaz qıldığınız vaxtlar) ən fəzilətli vaxtlardı. Uca və qüdrətli ALLAH bu vaxtlarda Öz bəndələrinə rəhmət nəzərilə baxır, münacat edərlərsə, onlara cavab verər, çağırarlarsa, onlara səs verər, dua edərlərsə, qəbul edər. Ey insalar! Bilin ki, sizin canınız (pis) əməllərinizin girovudur. Bağışlanmağınızı diləməklə canınızı (girovluqdan) azad edin. Beliniz günahlarınızla ağır yüklənmişdir. Onları (belinizdəki yükləri) nuzun-uzdı səcdələrinizlə yüngülləşdirin. Xəbəriniz olsun ki, şəni uca olan ALLAH, bütün insanların aləmlərin Rəbbi hüzurunda (dünyadakı əməllərinə görə haqq-hesab vermək üçün) dayanacaqları gün (qiyamət günü) namaz qılıb səcdə edənlərə əzab verməyəcəyi, onları cəhənnəm odu ilə qorxutmayacağına dair Öz izzətinə and içmişdir.

Ey insanlar! Bu ayda sizdən hər kəs oruc tutan möminə təam yedirdərsə, ALLAH yanında onun savabı bir qul azad etməkdir. Bundan başqa keçmişdə etdiyi günahları bağışlanar. (dinləyənlərdən biri: )

“Ey ALLAHın Peyğəmbəri, axı bunu etməyə hamımızın gücü çatmaz”, -dedi.(Peyğəmbər: )“Yarım xurma və ya bir içim su ehsan etməklə olsa belə, cəhənnəm odundan həzər edin. Əgər (bir kəsin) bundan artığını etməyə gücü çatmazsa, ALLAH bu az əməli edən kəsə də savab verər”, -deyə cavab verdi.

Ey insanlar! Bu ayda sizdən hər kəs əxlaqını yaxşılaşdırsa, ayaqların sürüşəcəyi gün (qiyamət günü, qorxusuz, hürküsüz) Sirat körpüsü üzərindən ötüb keçmək üçün ona izn verilər. Bu ayda hər kəs sahib olduğu kənizin üzərindəki yükünü yüngülləşdirsə, qiyamət günü ALLAH da onun haqq-hesabını yüngülləşdirər. Bu ayda hər kəs pisliyindən əl götürərsə, qiyamət günü ALLAH onun üzərindən qəzəbini çəkər. Bu ayda hər kəs bir yetimə ehtiram göstərərsə, qiyamət günü ALLAH da ona ehtirsm göstərər. Bu ayda hər kəs qohumlarına baş çəkərsə, qiyamət günü ALLAH öz mərhəmətilə onun dadına yetişər.Bu ayda hər kəs qohumları ilə əlaqəsini kəsərsə, qiyamət günü ALLAH sa öz mərhəmətini onun üzərindən götürər. Bu ayda hər kəs (vacib namazdan başqa) könüllü olaraq (müstəhəb) namaz qılarsa, qiyamət günü ALLAH onun cəhənnəm odundan bəraət qazanmasını vacib bilər. Bu ayda hər kəs bir vacib əməl yerinə yetirərsə, digər aylarda yerinə yetirdiyi yetmiş vacib əməlin savabını qazanar.

Bu ayda hər kəs mənə salavat göndərsə, tərəzilərin yüngül gələcəyi (yaxşı əməllərin pis əməllərdən az olacağı) gün (qiyamət günü) ALLAH onun tərəzisini ağır (yaxşı əməllərini pis əməllərindən çox) edər. Bu ayda hər kəs Qurandan bir ayə oxuyarsa, digər aylarda tam Quran xətm etmiş kəsin savabını qazanar.

Ey insanlar! Bu ayda Cənnətin qapıları (bəndələrin üzünə) açılar. Rəbbinizdən o qapıların üzünüzə bağlanmamasını diləyin. Şeytanlar (qandallanıb) bağlanar. Rəbbinizdən onları üstünüzə açıb buraxmamasını diləyin…

KIVANC

Şərhlər:

  1. BEAUTIFUL_LIFE dedi ki:

    cox twk!!!Allah razi olsun!!!!

  2. KIVANC dedi ki:

    BEYENDINIZSE SEVINDIM UREKLER

  3. Angelocka dedi ki:
    Amin inwAllah..Bu ay bol savab ederik..GUnah iwlerden elimizi cekerik..Allah qatina yukselib daha savab emellerimizle onun konlunu xow ederik..Oruc tutanlarin orucu namaz qilanlarinin namazi qebul olar inwAllah…Butun dua ve niyyetlerimiz qebul olsun AMin..Xebere gore cox sag ol wirinim..Allah savaba yazsin
  4. DaRk_AnGeL dedi ki:

    tewekkurler Allah razi olsun

  5. ZakonLubvi dedi ki:

    tewekur edirem

  6. ayka21 dedi ki:

    cooox sagol ALLAH razi olsun….

  7. МиниК_Сердце dedi ki:

    Allah razi olsun!!

  8. New_Moon dedi ki:

    Ey insanlar! Bu ayda Cənnətin qapıları (bəndələrin ьzьnə) aзılar. Rəbbinizdən o qapıların ьzьnьzə bağlanmamasını diləyin. Şeytanlar (qandallanıb) bağlanar. Rəbbinizdən onları ьstьnьzə aзıb buraxmamasını diləyin…
    Xebere Gore Cox Sagol Minnetdaram Ayqa

  9. BuBLiK dedi ki:

    VAZ_2107,
    Allah bu ramazan gunlerinde butun oruc tutanlarin oruclarini qebul etsin.


    AMIN!!cox sagol hebyare gore ALLAh razi olsin!

  10. VAZ_2107 dedi ki:

    Allah bu ramazan gunlerinde butun oruc tutanlarin oruclarini qebul etsin. thank_you

  11. ...::EMERALD::... dedi ki:
    SUPER MEQALEDİ ELLERİNE SAGLİQ
  12. Mix-Girl dedi ki:

    Allah razi olsun!Butun oruc tutanlarin Namaz qilanlarin Ibadetlerini qebul elesin!