Dua et

Dua et

Əgər duanın faydasına inanmirsansa, heç faydasını görməzsən də. Dua bəndənin öz dərdlərini, ehtiyaclarını ALLAHA deməsi və kömək istəməsidir. Dua bir tərbiyə məktəbidir, insanin öz RƏBBİ qarşısında acizliyini etiraf etməsi və Sonsuz Qüdrət Sahibindən yardım istəməsidir. Dua ilə ALLAHA yalvarmayan, insanlar qarşısında aciz qalar, ALLAHA qul olmayan qula qul olar. Ona görə də, duanı dilinizdın ək etməyin, və əmin olun ki, sizin duanız eşidilir. ALLAHDAN bir şey istəyəndə də iki məqamı unutmayın: əvvəla, nə istəyirsinizsə, xeyirlisini istəyin və bir də israrlı olun. Peyğəmbərimiz buyuru ki, dua edəndə dilənşi bir şeyi almaq üçün nə qədər israr edirsə, siz də ALLAHDAN bir şey istəyəndə o cür davranın. Bir də, duanın ədəbi var. Çığiraraq, bağıraraq bir şey istəmək olmaz. ALLAH bizim qəlblərimizi də görür, ehtiyaclarımızı da bilir. Bir də yetimin, zülmə uğrayanın duasını almağa çalışın, onlar sizin üçün dua etsinlər və siz əmin olun ki, ALLAH onların duasından sizə xeyir-bərəkət verəcək. Yalnız hamımız üçün bir vacib dua varki oda, ANA DUASIDIR. . .

Səhər yerinizdən duranda ” ALLAHIM, bu günümü xeyirli elə” deyin, işə, dərsə gedəndə ” ALLAHIM, əməllərimi xeyirə çevir” deyə dua edin, maaş alanda ” ALLAHIM, bu puluma xeyir nəsib elə” deyə yalvarın. Bir sözlə, hər işdə bir dua oxuyun. Hər duanıza da, ALLAHIN və RƏSULULLAHIN adını qoşun ki, istəyiniz qəbul olsun. Dua etməkdən çəkinməyin, dua ibadətdir və ALLAH dua edən qullarını sevər. Sonda bir məqamı xatırlatmaq istərdim. Əgər ALLAH sizə sizin istədiyiniz yox, başqa bir şey verirsə, fƏryad etməyin, onun daha xeyirli olduğunu düşünün. Ay niə filankəs bahalı maşin sürür mən yox,o niə işdə daha uğurludu mən yox, niə universitetə qəbul oldu mən yox, niə ailə qurdu mən qaldım,yəqin ALLAH məni cox istəmir. Belə sözlər deyib günaha girməkdənsə əlinizdə olanlara şükür edin..
ALLAH DUALARINIZI QƏBUL ETSİN.. AMİN!!!

gulshan

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Allah razi olsun…cox sag ol…

    ALLAH DUALARINIZI QƏBUL ETSİN.. AMİN!!!

    INwallah…Amin!!!

  2. ...::EMERALD::... dedi ki:

    COX MARAQLIDIR.SAG OL

  3. Jelannaya_013 dedi ki:

    Dua bir tərbiyə məktəbidir, insanin цz RƏBBİ qarşısında acizliyini etiraf etməsi və Sonsuz Qьdrət Sahibindən yardım istəməsidir.

    4ooox twk bele maraxli,menali xebere gore Allah razi olsun sennen. ALLAH TEALA hamimizin dualarini qebul elesin..Amin.

  4. Melekcik dedi ki:

    coox duz qeyd etmisen ALLAH butun muselmanlarin dualarini qebul elesin AMIN,,ve bu gunumuze COX WUKUR…tewekkur edirem bele gozel xebere gore

  5. Ayselka dedi ki:

    allah hamının duasını qebul etsın esasda bu gunku gunde

  6. DaRk_AnGeL dedi ki:

    tewekkurler Allah razi olsun

  7. New_Moon dedi ki:

    ALLAH DUALARINIZI QƏBUL ETSİN.. AMİN!!!
    Cox Sagol

  8. RED DEVIL dedi ki:

    ALLAH DUALARINIZI QƏBUL ETSİN.. AMİN!!!

  9. ZakonLubvi dedi ki:

    Sitat: BEAUTIFUL_LIFE
    Allah haminin duasin qebul elesin twkler


    AMIN AMIN angel

  10. BEAUTIFUL_LIFE dedi ki:

    Allah haminin duasin qebul elesin twkler

  11. BuBLiK dedi ki:

    ALLAH DUALARINIZI QƏBUL ETSİN.. AMİN!!!


    AMIN!!
    ALLAH raziii olsun hayatim!!
    ana sehifedeki wekil elya howuma geldi=)

  12. ayka21 dedi ki:

    coooooox sagol. ALLAH razi olsun.

  13. Single Girl dedi ki:

    En cetin Animda hemiwe ALlahima siginmiwam Indide belke heyatimin en cetin anlarini yawayiram Yenede Allahimlayam INwallah ALlah menimde sizinde dualarinizi qebul eder AMIN!

  14. EQoiSTKa dedi ki:

    …ALLAX Cumlemizin Dualarini Gebul Etsun Amin…