Dünyanın Ən Yaxşı Qorxu Filmi

alt

“Saw” adlı qorxu filmi Ginnesin Rekordlar Kitabında yerini aldı!

Bütün dünyada 730 milyon dollar gəlir gətirən “Saw” (Mişar) adlı qorxu filmi “Dünyanın Ən Yaxşı Qorxu Filmi” olaraq Ginnesin Rekordlar Kitabında yerini aldı. Filmin prodüseri Mark Burg “Friday the 13th”, “Nightmare on Elm Street”, “Halloween” və “The Texas Chainsaw Massacre” kimi bir çox tanınmış qorxu filmlərini geridə buraxaraq “SAW”-ın dünyanın ən yaxşı qorxu filmi seçilməsinə heyrətləndiyini və sevindiyini bildirdi.

Kanada firması olan Lionsgate, 6 hissədən ibarət olan “Saw” filminin 30 milyondan çox DVD-nin satıldığını və bu sayı ilə bir çox qorxu filmini keçdiyini açıqladı. Prodüser Mark Burgun sözlərinə görə, Saw VII filmi 3D olaraq kinoteatrlarda olacaq.

Qeyd edək ki, gələcəkdə filmin növbəti seriyalarının çəkiləcəyi şübhə doğurmur. Belə ki, filmin yaradıcı heyəti “Saw XII”-ə qədər film adının müəlliflik hüquqlarını indidən alıblar.

Maraqlısı budur ki, filmin hər bir seriyası 100 milyon dollardan artıq gəlir gətirməsinə baxmayaraq seriyaların heç birinin büdcəsi 11 milyon dollardan artıq olmayıb.

Məsələn, Saw 1-in büdcəsi cəmi 1 milyon dollar, Saw 2-in büdcəsi 4 milyon dollar, növbəti seriyaların hər birinə isə 10 milyon dollar xərclənib. Bu mənada ən bahalı Mişar filmi 7-ci seriya olacaq: original adının “Saw 3D” olacağı dəqiqləşən 7-ci seriyaya 17 milyon dollar vəsait xərclənəcək.

Qeyd edək ki, filmin ən yeni seriyası 29 oktyabr 2010-cu ildə ekranlara çıxacaq.

...::EMERALD::...

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Qeyd edək ki, filmin ən yeni seriyası 29 oktyabr 2010-cu ildə ekranlara зıxacaq.

    maraqli melumat ucun cox sag ol sagol ama kinoya baxmaq ucun gerek iki ay heleki gozleyek

  2. Angelocka dedi ki:
    Tewekkurler canim.Bu haqqda melumatim variydi yenidne oxudum..Paylawdigin ucun tewekkurler..Ne qeder qorxu filmlerini izleyende "Ay maaamaaaaa" deyerek qiwqirsamda:))) cox sevirem.Nedense ele bu qorxu filmlerinin lezzeti qorxaraq baxmaqdir eyy:)) Tewekkurler wirinim opucuk ..
  3. gulshan dedi ki:

    xoshum gelir ama… baxanda doqurdan secret2 qorxuram ona gorede cox gec gec utancaq baxiram))) muallife tewekkurler

  4. KIVANC dedi ki:

    Qorxu fimlerini sevirem amma baxa bilmirem.Yaxsi filmdi yeqin.Sag ol canim…

  5. МиниК_Сердце dedi ki:

    haha=) obojayu ujastiki. film znakom

  6. ayka21 dedi ki:

    coox sagolun malumata gore. ama man qorxu filimlarina baxannan sora ela man da qorxudan olurem sora… ona gore da baxmiram.

  7. BEAUTIFUL_LIFE dedi ki:

    qorxulu filmlerden esasen de bu miwara baxa bilmirem mesele qorxmaqda deyil prostu iyrenirem qan ,bolunmuw beden fuuuuuuuuu vapwey bir az da qorxuram eeee hele qoyduguvuz wekil bax faint

  8. taliya dedi ki:

    qorxulu filmlerden xosum gelir ,baxiram sonrada qorxumdan yata bilmirem ele bilirem menimde dalimca gelecek evil ya_dobryi

  9. qeribelik dedi ki:

    filmin ən yeni seriyası 29 oktyabr 2010-cu ildə ekranlara зıxacaq.

    YEGİN Kİ,BAXARAM.CHUNKİ HER SHEYİN \"EN\"Nİ SEVİREM.O Kİ QALA HEYECANIN.SAQ OL BACISIM

  10. BuBLiK dedi ki:

    oy belya filmelere sevgiluynen bahasan…..=))))))))))

  11. New_Moon dedi ki:

    Xebere Gore Cox Sagol Qorxu Filimlerinden Otru Olurem
    give_rose

  12. RED DEVIL dedi ki:

    TWKLER,ASMA QORXULU KINOLAR HEC MENLIK DEYIL,BAXA BILMIREM ELE KINOLARA

  13. merry-girl dedi ki:

    maraqli melumat ucun cox sag ol sagol

  14. BEACH dedi ki:

    mence qorxulu filmler coxdu menim en sevdiyim qorxulu kino Men dahiyem Will Smith bash rolda oynadigi kinodu