5 dirhəmlik möcüzə

alt

Peyğəmbər (s.ə.a.s.) buyurur: “Qiyamət günü insanlar arasında məhşər başlar və həmin gün hər kəs öz sədəqəsinin kölgəsi altında olar”


Səkkiz yaşlı Məryəm valideynlərinin kiçik qardaşının ağır xəstə

olduğu barədə etdikləri söhbəti eşidir. Müalicə üçün çoxlu pul lazım idi. Lakin onların

o qədər pulu yox idi. Atası təzəlikcə işini itirmişdi, anası isə evdar qadın idi. O,

atasının asta səslə anasına – “Oğlumuzu yalnız möcüzə qurtara bilər” dediyini

eşidir. Məryəm otağına qalxıb rəfdəki daxılı götürür. Daxılı sındırıb dəmir pulları

yatağının üstünə tökür. Balaca əlləri ilə pulları sayır.


Cəmi 5 dinar! O, pulları bir kisəyə töküb evdən çıxır və yaxınlıqdakı aptekə gəlir. Bir qədər piştaxtanın kənarında dayanıb satıcının ona müraciət etməsini gözləyir. Amma satıcı ona əsla

məhəl qoymur. Xeyli gözlədikdən sonra qızın hövsələsi daralır, piştaxtaya yaxınlaşıb kisədəki dəmir pulları satıcının qarşısına tökür. Satıcı çaşqın halda


Məryəmdən soruşur: “Nə istəyirsən, qızım?”. Məryəm cavab verir: “Qardaşım ağırxəstədir, gəlmişəm möcüzə alam”. Satıcı təəccüblə deyir: “Başa düşmədim”. Bu dəfə Məryəmin məsum gözləri yaşla dolur, birtəhər özünü ələ alıb içini çəkə-çəkə satıcıya deyir: “Atam deyir, qardaşımın başına nəsə girib, onu yalnız möcüzə sağaldar, mən də gəlmişəm möcüzə alam, möcüzə neçəyədir?”. Satıcı qızcığaza yaxınlaşır, həm özünün, həm də onun göz yaşlarını silib deyir: “ Təəssüf edirəm, bizdə möcüzə satılmır”. Məryəmin göz yaşları sel kimi yanaqlarına axır və israrla satıcıya deyir: “Xahiş edirəm, mənə deyin görüm möcüzəni haradan almaq olar?

Atamın pulu yoxdur, daxılımda olan-qalan pul budur”. Bu hadisəni kənardan izləyən imkanlı bir şəxs Məryəmə yaxınlaşaraq ondan soruşur: “Qızım, de görüm nəqədər pulun var?”.Məryəm ovcunda sıxdığı dəmir pulları həmin imkanlı şəxsə göstərir və içini çəkə-çəkə deyir: “Budur, olan pulum bu qədərdir”.


İmkanlı şəxs

Məryəmin göz yaşlarını silib təbəssümlə deyir: “Mənə elə gəlir qardaşın üçün möcüzətapa biləcəyik, onu mənə göstərərsənmi?”. Bu şəxs İraqın mərkəzi xəstəxanasınınbeyin və əsəb həkimi professor Heydər Səlim idi.Səhəri gün Məryəmin qardaşının beynində cərrahiyyə əməliyyatı aparılır.Əməliyyat uğurla başa çatır. Məryəmin atası həkimin yanına gələrək öz

minnətdarlığını bildirir və nə qədər borcu olduğunu soruşur. Professor Heydər Səlim gülümsəyərək deyir: “Cəmi 5 dinar”.


Ətrafınıza nəzər salın, baxın görün xəstəlikdən əziyyət çəkən nə qədər gözüyaşlı körpələr, nə qədər qəlbindən qara qanlar axan ata-analar var. Villalar, şadlıq sarayları tikmək əvəzin ə onların dərdinə şərik çıxmaq olmazmı?!

gulshan

Şərhlər:

  1. Single Girl dedi ki:

    Indiki Zamanda kimdiye kiminse xeste ushaqini fikirleshen here ucun esas ozunun rahatliqidir..Aci Olsada Bu bir Heqiqetdir…Etrafimizdada Bele xeyirxah Insanlar tessufler olsunki cox azdi…Chox sagol bacish xebere gore…Amma eslinde Here etrafindaki Insanalri fikirleshib onlarin derdine serik cixsaydi her shey dahada Gozel Olardi

  2. ceka dedi ki:

    ELLERINE SAGLIQ.SUPER

  3. BuBLiK dedi ki:

    Cox sagol hayatim ALLAh razi olsun!!
    opucuk

  4. Pretty_girl dedi ki:

    maraqli hekaye cun muellife tsk

  5. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIQ.SUPER

  6. Seva_93 dedi ki:

    cox saq ol.maraqlidir

  7. Ayselka dedi ki:

    cox maraqli ibratamiz heyayedi cox sagol

  8. DaRk_AnGeL dedi ki:

    cox saol maraqli hekaye idi

  9. МиниК_Сердце dedi ki:

    crypasib

  10. _Aynur_ dedi ki:

    Maraqli hekayeye gore coooox saq ol((((

  11. _Cinbala_ dedi ki:

    Duzdu olar ama pul gordukce birazda wirnikirler
    Allah kasiba yetirsin!

  12. BalaM dedi ki:
    xebere gore cox sagol
  13. New_Moon dedi ki:

    Xebere Gore Sagol Minnetdaram

  14. BEAUTIFUL_LIFE dedi ki:

    Ay daaaaaaaa ne qeweng hekayedi lap aglamagim geldi ye twklerrrrrrrrrr

  15. ADMIRAL-711 dedi ki:

    cox sag ol Allah razi olsun.tam oxudum=)) El tutmaq Eliden qalib.amma nedense bele insanlar zamanemizde barmaqla gosterilecek qeder azdir.

  16. Leonel-207 dedi ki:
    cox sag ol ibretamiz hekaye ucun…heqiqetende indiki dovrumuzde el tutan insanlar cox azdir…imkanli olanlar bele etrafdaki ehtiyaci olan insanlara el tutmurlar…
  17. Бакинка dedi ki:

    ALLAh razi olsun!!