Şuşanin işğalindan duz 17 il kecir

Şuşanin işğalindan duz 17 il kecir





Şuşa – şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757 ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.Şuşa şəhəri – Azərbaycanın Şuşa rayonunun mərkəzidir.XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş shikkə zərb edilirdi.
Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. “Xəzinə qala” mağarası da orada yerləşirdi.Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firudin bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Leyli və Məcnun poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə kecməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib.
Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib

Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır

HosT (aLLiAnCe)

Şərhlər:

  1. Admin dedi ki:

    smiles her defe bu xerberleri gorende cox pis oluram 🙁 ALLAH lenet elesin onlara

  2. simon666 dedi ki:

    bu hamimizin derdidi cox pis oldum esidende … HER SEY VETEN UCUN

  3. IzYuMinKa dedi ki:

    MILAQROS,
    ya_za

  4. MILAQROS dedi ki:

    Admin,
    vefasiz_giz,
    HosT (aLLiAnCe),
    Sip_Sirin,
    aznetin_gozeli,
    ya_za

  5. aznetin_gozeli dedi ki:

    BIZ SAVASLARDAN QALIB CIXAN, BIZ SOZUMUZU SONDA DEYEN, BIZ TARIXI BASDA YAZDUARN AZERBAYCANLILARIQ!
    INSALLAH YAXIN GELECEDKEN BIZ ARTIQ BU TIPLI MELUMATALRI qelb agrisi ile teqdim etmeyeceyeik.
    ALLAH SEHIDELRIMIZN QANINI YERDE QOYMAMAQ YOLUNDA BIZLERE YARDIUMCI OLSUN !

  6. Sip_Sirin dedi ki:

    insallah butun torpaqlarimiz alinar.onlarin icinde SUSA olmaqla AMIN!

  7. HosT (aLLiAnCe) dedi ki:

    mende sizin fikirlerinizle raziyam

  8. VeFaSiz_Giz dedi ki:

    Admin,
    meymunka, ya_za

  9. Avtosh_227 dedi ki:

    cox tewekkurler.inwallah iwgaldan qurtular torpaqlar.