Kasıb və varlı

alt

Bir kasıb KISI ruzi əldə etmək üçün evdən çıxdı. Bilmirdi hara getsin. Təsadüfən yolu məscidə düşdü. Moizə edən alim məclisi coşduraraq insanları salavat göndərməyə həvəsləndirirdi. Kasıb kişi orada dayandı və moizə edənin sözlərinə qulaq asmağa başladı.

O, deyirdi ki, salavat göndərməkdə səhlənkarlıq etməyin! Əgər varlı şəxs salavat desə Allah Təala onun malına bərəkət verər. Əgər kasıb səlavat desə, Allah Təala onun ruzisini asimandan göndərər.

Kasıb məclisdən xaric olaraq yol gedə-gedə salavat göndərməyə başladı: “ Allahummə səlli əla Mühəmmədin və ali Muhəmməd.”

Üç gün bu hadisədən keçdi. O, hələ də salavat göndərirdi. Yolu bir xarabalığa düşdü. Ayağı bir daşa dəydi. O, daşı qaldırdı və gördü ki, altında qızılla dolu bir bağlama var. Öz-özünə dedi: -Mənim ruzimin vədəsi asimandandır. Mən yerin ruzisini istəmirəm.

Daşı yerə qoydu. Evə qayıdaraq əhvalatı yoldaşına danışdı. Kasıb kişinin yəhudi bir qonşusu vardı. Əhvalatı danışarkən damda dayanıb onun sözlərinə qulaq asırdı. Bunu eşidən kimi özünü xarabalığa çatdırdı və bağlamanı evinə gətirdi. Onu açdıqda gördü ki, içi ilan və əqrəblə doludur. Ailəsinə dedi: -Bizim bu müselman qonşumuz bizim düşmənlərimizdir. Mən damda olanda o, bu sözləri danışırdı ki, mən tamaha düşüm gedib o şeyi evə gətirdim, ilan və əqrəblər bizi sancsın! İndi ki, belə oldu mən bunu dama qaldırıb onların başlarına tökəcəyəm, qoy həlak olsunlar. Bizim üçün zərər istəyirdilər qoy öz başlarına gəlsin. O, dama qalxaraq gördü ki, kasıb kişi yoldaşı ilə mübahisə edir.

həyat yoldaşı deyir: -Ay kişi, heç rəvadırmı ki, sən bu qədər var dövlət tapasan və onu götürməyəsən, biz də bu kasıbçılıqda qalaq?

Kasıb kişi dedi: -Mən ümüd edirəmki, Allah bizim ruzimizi asimandan nazil edəcək.

Elə bu vaxt yəhudi kişi bağlamanın ağzını açaraq, içindəkini onların başına tökdü. Kasıb kişi gördü ki, damdan səs gəlir. Başını qaldiranda evə qızıl yağdığını gördü. Səsləndi: -Ay arvad, bax göydən qızıl tökülür.

Tez salavat göndərməyə başladı və qızılları topladı. Yəhudi gördü ki, bağlamadan qızıl səsi gəlir. Onu qaldırıb içinə baxdıqda ilan və əqrəb gördü. Yenidən onu aşağı əyərək qalanını da tökdü. yəhudi anladı ki, bu qeybi sirlərdəndir. Xatırladı ki, bu hadisə Musa(ə)-nın zamanında baş vermiş əhvalat kimidir. Nil suyu Qutbilər üçün qan, Sibtilər üçün su olmuşduş. Yəhudi o anda kasıb kişini evinə dəvət elədi və onun vastəsilə müsəlman oldu.

Crazy

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    cox sag ol oxudum redakte ederken…burdan bir daha subut olundu ki,varli ve ya kasib ferq etmir heqiqetende Allah herenin oz ruzisini verir…
  2. Crazy dedi ki:

    Leonel-207,
    REDAKTE UCUN COX SAG OL

    OXUYUB OZ REYLERINIZI BILDIRDIYINIZE GORE COX SAG OLUN .ALLAH HER KESIN RUZISIN OZUNE VERSIN AMIN

  3. cool girl dedi ki:

    VAUUUUUUUUUUUUU SUPER ELE MARAQLA OXUDUMM KI

  4. BLACK STAR dedi ki:

    uydaaaaaa dostik coxx maraqlidi ee.xamsini oxudum…..))))ALLAH senden razi olsun…

  5. ayka21 dedi ki:

    ALLAH razi olsun xabare gore coox sagolun.

  6. BuBLiK dedi ki:

    ALLAH rAZi OlSun SeNneN!!!

  7. xerceng dedi ki:

    Cox maraqliydi,sagolun applause

  8. ZakonLubvi dedi ki:

    AALAHHHHH RAZI OLSUN TEWEKKUR heart

  9. BEAUTIFUL_LIFE dedi ki:
    maraqla oxudum cox sagol cox maraqli idi
  10. gulshan dedi ki:

    oxudum cox maraqliydi ellerine saqliq

  11. ...::EMERALD::... dedi ki:

    COOOOX MARAQLIDIR.ALLAH HAMININ OZ RUZISINI VERSIN

  12. New_Moon dedi ki:

    Niye Allah Pislere Pul Verir Kasiblara vermir?
    Allah Razi Olsun Xebere Gore

  13. taliya dedi ki:

    ALLAH RAZI OLSUN.Ellerin yorulmasin applause

  14. _Cinbala_ dedi ki:
    cox marqlıdı kasıbında Allahı vare

    oxumaga deyer

  15. KIVANC dedi ki:

    Sag ol canim xebere gore.Minnetdaram

  16. Single Girl dedi ki:

    Esas insanin icinde insanligi olmalidir vicdani olmalidir…Ureyi temiz olan kasib ureyinin zenginliyine gore her bir varlidan varlidir

  17. DaRk_AnGeL dedi ki:

    tewekkurler xebere gore menali idi

  18. Ayselka dedi ki:

    oy oy ne maraqlıdı cox sagol

  19. BEAUTIFUL_LIFE dedi ki:

    maraqlidi…twklerrr

  20. EQoiSTKa dedi ki:

    …Bele Olarda ALLAXA inanmyanda Zexlem Gedir Evreylerden…SanX Hebere Gore Xevesle Oxudum…