Qədr gecəsinin əməlləri

alt

1-ci Qədr gecəsi

Ramazanın 18-dən 19-na keçən gecə Avqustun 29-dan 30-na keçən gecə

1) Şam namazına yaxın qüsl almaq.

2)100 dəfə “Əstəğfırullahə rəbbi və ətubu iləyh” demək

3)100 dəfə “Əllahumməl`ən qətələtə Əmirəlmumininə” demək

4) İki rükət namaz qılmaq. Hər rükətdə “Həmd” (“Fatihə”) surəsindən sonra yeddi dəfə “İxlas” surəsini oxumaq. Namazı qılıb qurtardıqdan sonra 70-dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək.

5) Quranı açıb başa qoyaraq bu duanı oxumaq

“Əllahummə inni əsəlukə bikitabikəl munzəli və mahifi və fihi ismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxafu və yurca ən təcələni min utəqaikə minən nar”.

(Allahım! Səndən nazil etdiyin kitaba xatir istəyirəm. Onda olanlara xatir isteyirəm. Onda olan böyük adına və gözəl sifətlərinə xatir istəyirəm. Həm qorxur, həmdə ümid edirəm ki, məni odundan nicat tapanlardan qərar verəcəksən).

6) Quranı açıb bu duanı oxumaq

“Əllahummə bihəqqi hazəlqurani və bihəqqi mən ərsəltəhu və bihəqqi kulli muminin mədəhtəhu fihi və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə minkə.”

(Allahım! Səni and verirəm nazil etdiyin Qurana. Səni and verirəm onu göndərdiyin şəxsə. Səni and verirəm onda tərif etdiyin hər bir mömin bəndənə. Səni and verirəm onların üzərində olan haqqına. O haqqına ki, onu Səndən savayi kimsə dərk etməz).

7)Sonra Quranı baş üzərinə qoyub aşağıdakı adların hərəsinə 10-dəfə and vermək lazımdır.

1.Bikə ya Allah,

2.Bi Muhəmmədin (s)

3.Bi Əliyyin (ə)

4.Bi Fatimətə (s.ə)

5.Bil Həsəni (ə)

6.Bil Huseyni (ə)

7.Bi Əli ibn Huseyn (ə)

8.Bi Muhəmməd ibn Əli (ə)

9.Bi Cəfər ibn Muhəmməd (ə)

10.Bi Musa ibn Cəfər (ə)

11.Bi Əli ibn Musa (ə)

12.Bi Muhəmməd ibn Əli (ə)

13.Bi Əli ibn Muhəmməd (ə)

14.Bi Həsən ibn Əli (ə)

15.Bil Huccəti (ə)

Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir.

8)100-rükət (sübh namazına kimi) müstəhəbbi namaz qılmaq,Boynunda qəza namazı olan şəxs 6-günlük namazlarını qıla bilər. Bunun savabı həm 100-rükətli müstəhəb namazın savabını ödəyər,həm də 6-günlük qəza namazını qılmış olar.

9)Peyğəmbər və onun Əhli-Beytinə salavat göndərmək.

Əllahummə səlli əla Muhəmmədin və ali Muhamməd.

10) 100-dəfə Əstəğfirullahə rəbbi və ətubu iləyh demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm.

2-ci Qədr gecəsi

Ramazanın 20-dən 21-nə keçən gecə Avqustun 31-dən Sentyabrın 1-nə keçən gecə

21-ci günün fəziləti 19-cu günün fəzilətindən daha çoxdur.

1) Qüsl almaq.

2) Gecəni səhərə qədər əhya saxlamaq.

3) 2 rükət namaz qılmaq. Hər rükətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas”surəsini oxumaq.

4) Quranı başa qoyub 19-cu gecədə oxunan zikri təkrar etmək.

5) Coşən-kəbir duasını oxumaq.

3-cu Qədr gecəsi

Ramazanın 22-dən 23-nə keçən gecə Sentyabrın 2-dən 3-nə keçən gecə

Əvvəlki gecələrdə yerinə yetirilən əməlləri təkrar etdikdən sonra açağıdakı əməlləri də yerinə yetirmək tövsiyə olunur.

1) “Ənkəbut” (29-cu), “Rum” (30-cu), və “Duxan” (44-cü) surələri oxumaq.

2) Qədr surəsini 1000 dəfə oxumaq.

3) İmam Zamanın (ə.f) duasını oxumaq.

gulshan

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    Allah butun muselmanlarin namaz,orucunu ve etdiyi dualari qebul etsin!!! Amin!!! buna aid bir xeberde men atmiwdim cox sag ol…
  2. ZakonLubvi dedi ki:

    ALLAH RAZI OLSUN …..BUNLARI CAWKI EVEL QOYSAYDIZ ,TEWEKKUR EDIREM SAG OL angel

  3. gulshan dedi ki:

    Allah her kesin dualarini qebul etsin Amin Inshallah…

    rey yazan elleriniz var olsun

  4. ...::EMERALD::... dedi ki:

    MARAQLİDİR.ELLERİNE SAGLİQ

  5. DaRk_AnGeL dedi ki:

    tewekkurler Allah razi olsun

  6. Ayselka dedi ki:

    cox sagol mende qalmaq ısdeyırdım ama qala bılmedım ıwledıyıme gore

  7. RED DEVIL dedi ki:

    ALLAH RAZI OLSUN,YUKLEDIM

  8. Jelannaya_013 dedi ki:

    4oox twk bele gozel ve vacib xebere gore ALLAH razi olsun sennen..mende 2 qedr gecesi mescidde oyaq qalib namaz qilan olmasamda qedr gecesinin namazini ve 100 ruketli namazi qildim ve forgencliler aranizda namaz qilmayanlar 4aliwin 3cu qedr gecesinin namazini qilin Allaha xatir bunu edin..bir daha Gulshan 4oox twk bele vacib xebere gore..

  9. gulshan dedi ki:

    Single Girl,
    bacish Namaz qilmasan olar oturmaq…

  10. taliya dedi ki:

    ALLAH razi olsun baciska angel

  11. BuBLiK dedi ki:

    CoXxXxXxX SaGoL HaYaTiM UkLeDim AhRaCan HaMsInA Gulah AsACaM opucuk opucuk opucuk ALLAH rAzI OlSuN SeNnen!!!

  12. Single Girl dedi ki:

    Men qeder gecesi oyaq qalka bilmirem cunki onda namaz qilmaqda lazimdir amma men hele namaza bawlamamiwam Inwallah bawlayaram…Allah razi olsun

  13. ayka21 dedi ki:

    cooox sagol. ALLAH razi olsun.

  14. gulshan dedi ki:

    KIVANC,

    Sag ol amma mp3 niye rus dilinde goresen nedi?Mьtleq gerek yukleyem

    Qedr gecesinin Emelleri mp3

  15. KIVANC dedi ki:

    Sag ol amma mp3 niye rus dilinde goresen nedi?Mьtleq gerek yukleyem

  16. New_Moon dedi ki:

    Cox Sagol Xebere Gore Allah Razi Olsun
    give_rose

  17. _Cinbala_ dedi ki:
    cox sagol men xeberi indi oxuyuram ama uje gecdi

    1gece qaldim oxudum ama seytan yoldan cixartdi yuxu tutdu

    Allah bagislasin