qorxuram…

qorxuram...

1, 2, 3, 5, 7, 8, 10! Gəlirəm haa sizi tapmağa, gizləndiz?”

“eee sən cığallıq eliyirsənnn mamaya deyəcəm”

Hmm…baxın bir onlara…necə də xoşbəxtdirlər, necə də günahsızdılar. Mələkdilər sanki. Şirin şirin indi oynayırlar- Məndə bir vaxt uşaq idim, amma yadıma elə də gəlmir necə olduğumu. Bircə onu bilirəmki çox dəyişmişəm. 15 il sonra da dəyişəcəm bu qədər?

Dərdlərim ayrı, qorxum ayrı, ümidlər ayrı…niyə axı belədi? Bəlkə zəmanədəndir? Bəlkə doğrudanda uşaq olanda hər şeyə yaxşı gözlə baxırıq?

Uşaq olanda səhər oyananda ən çox qorxduğum o idiki birdən ayım yanımda olmaz. Yorğanımın arasında olmaz ona soyuq olar. İndi amma hər səhər qorxuramki durub anamı birdən görmərəm birdə. Yemək yeyəndə sonra anamdan nə şirniyyatı istəməyim dərdim idi. İndi isə dərdim odurki mən burda bu isti xörəyi yeyəndə orda o balaca mələklər acından bilmirlər neyləsinlər. Bilmirlər ölsünlər, bilmirlər yaşasınlar. Televizora baxanda ümidim o idiki, şirin buruna zəng edib düşərdim. İndi ama ümidim odurki birdə o şit şit “müğənnilərimizi” görməyim.

Bəs dərsə gedəndə? Dərdim o idiki birdən parta yoldaşım gəlməz tək qalaram. İndi isə birdən məni atamın pulunə görə universitetə qəbul edərlər? axı mən niyə tpoylaşmaq üçün pul verim?

Uşaq vaxtı metroya minəndə qorxurdumki birdən qapılar tez bağlanar anamdan ayrılaram. Bəs indi? Birdən metro partladı…

Qorxurdum rəfiqəm mənimlə danışmaz onun oyuncağını götürdüyüm üçün. İndi isə…birdən rəfiqəm narkoman oldu? Mən onun dərdini çəkəcəm onda.

Qorxurdumki qardaşımın telefonunu ona aparanda birdən əlimdən düşər..onda düşünmürdüm ki bir gün açıb porno tapa bilərdim…

Qorxurdumki mən o biri dostlarım kimi “modnu” ola bilmərəm….bəs indi? Yo indi qorxuramki artıq “modnu”luq birdən narkomanlıq olar, içmək olar, fahişəlik olar…qorxmursuz siz?

Mən atam evə gələndə hər dəfə ümid edirdimki əlində bir oyuncaq gətirsin. Ama indi bircə ümidim onun gəlməsidi. Birdən gəlmədi? Nə edəcəm?

Uşaq vaxtı qorxurdum səkinin yanında yıxılaram, ayağım qırılar indi ama ürəyimin qırılmasından qorxuram. Qorxuramkı xəyanət edərlər mənə sevdiklərim…mənə yaxın olanlar onu edirsə bəs başqaları nə etsin? Necə inanım insanlara?

Onda gecə yatanda pis yuxudan da qorxurdum…İndi isə gecə yatıb səhər oyanmamaqdan qorxuram…

İstəmirəm bu problemlərlə üzləşim. Uşaq olanda məktəbdə imtahandan qorxsamda indi əsl imtahandan qorxuram, həyatın imtahanından qorxuram…

mikus

Şərhlər:

  1. love_krasotka dedi ki:

    чох сагол smile

  2. mikus dedi ki:

    rey yazdginiza gore sagolun!! smile

  3. weytAnO4kA dedi ki:

    super cox sagol!! smile

  4. Maripoza dedi ki:

    Teshekkurler,meni de hal-hazirda en chox qorxudan shey yaxinlarimla bagli neyinse bash vermesidir,Tanrim saxlasin hamisini,her kes uchun yaxin olan insanlari,ichinde men qarishiq ve menim sevdiklerim…

  5. Admin dedi ki:

    Maripoza,
    ya_za

    Insan sevdiklerinden ayri yawaya bilmez ve onlara bir wey olmasina da hec cure doze bilmez

  6. HosT (aLLiAnCe) dedi ki:

    Sitat: mikus
    1, 2, 3, 5, 7, 8, 10! Gəlirəm haa sizi tapmağa, gizləndiz?\"
    \"eee sən cığallıq eliyirsənnn mamaya deyəcəm\"


    burasi qesengdi,Men en cox ayriligdan qorxuram

  7. meymunka dedi ki:

    Tek qalmaqdan qorxuram…..

  8. SIRAC_CEFEROV dedi ki:

    Uşaq vaxtı qorxurdum səkinin yanında yıxılaram, ayağım qırılar indi ama ьrəyimin qırılmasından qorxuram. Qorxuramkı xəyanət edərlər mənə sevdiklərim…mənə yaxın olanlar onu edirsə bəs başqaları nə etsin? Necə inanım insanlara?

    BASQA SOZ YOXDU !

  9. L_U_N_A_T_I_K dedi ki:

    sizi bilmirem menim qorxdugum bashima geldi )))