Sevəcəyəm…Dönməyəcəyəm eşqimdən…

alt

Bu mənim sevgimin hekayəsidir.Hekayəmi deyim,ürəyimin səsinin dərd qoxan təzahürü mü deyim,bilmirəm.Amma bu bir nəfəri sevib,sonra ona çata bilməyən,daim həsrət içərisində onu gözləyən qəlbimin həsrət dolu sevgi məktubudur…Oxuyun,indi mənim nələr çəkdiyimin bir də siz şahidi olun…O ola bilməsə də…

Seveceyem...Donmeyecem esqimden..

Mən çox sevdim…Həddindən artıq çox…Heç bu qədər sevmək sizə belə acı verdimi???Mənə verdi…Verməyə də davam eliyir.Amma dözməliyəm…Dözəcəyəm…

Seveceyem...Donmeyecem esqimden..

Sevgi belə mi olur?Sevəndə gərək acı mı çəkəsən?Əgər belədirsə,niyə var bu sevgi?!

Ancaq yox,bu hissiz yaşamaq mümkün deyil heç vaxt mənə.Sevgi əgər günahdırsa,mən ən böyük günahkaram.

Seveceyem...Donmeyecem esqimden..

Günahkar???Sevən günahkar olmur!Günah da deyil sevgi!Amma nə gözəldir sevginə qarşılıq almaq…Ancaq mən ala bilmirəm sevgimin qarşılığını…Ala bilmirəm…

Ancaq yox…Secəcəyəm,acı çəksəm də,onun məni sevməyəcəyini bilsəm də sevəcəyəm…

Seveceyem...Donmeyecem esqimden..

Ömrümü gəncliyimi hədər eliyəcəyəm bəlkə də…Ancaq sevəcəyəm,dönməyəcəyəm eşqimdən,saf məhəbbətimdən…

Qəlbimə dünyanın ən böyük yükünü verəcəyəm.Ancaq sevəcəyəm,dönməyəcəyəm eşqimdən…

Seveceyem...Donmeyecem esqimden..

İllər keçəcək…Mənim olmayacaq o…İllərlə çəkdiyim əzablara son qoyulmayacaq…

Onu tamamilə itirmək qorxusu bədənimin hər yerini bürüyəcək zərrə-zərrə…Qorxularla yaşayacağam ömrüm boyu bəlkə də…

Ancaq sevəcəyəm,dönməyəcəyəm eşqimdən…

Seveceyem...Donmeyecem esqimden..

Sənin sevgisizliyinə rəğmən dözəcəyəm…

Seveceyem...Donmeyecem esqimden..

Onun nəfəs aldığını və bu nəfəsini başqa birisiyçün tükətdiyini biləcəyəm.Bu mənə həyatın ən böyük zərbəsi olacaq bəlkə də…

Seveceyem...Donmeyecem esqimden..

Ancaq sevəcəyəm,dönməyəcəyəm eşqimdən…

Ən şirin kəlməm adı olacaq onun…

Dünya darlıq edəcək mənə…

Ehtiyacında olduğum heç bir nəvazişi göstərməyəcək mənə…

Məni sevmnəyəcək…Başqasının olacaq…

Mənsə bu kədərlə,bu nakam sevgimin atəşilə qovrulacağam…

Onun sevgisi soyuq bir yağış olsa da,yağmayacaq üstümə…

Qəlbimin,könlümün yanğısını söndürməyəcək bəlkə də…

Seveceyem...Donmeyecem esqimden..

Ancaq sevəcəyəm…Dönməyəcəyəm eşqimdən…

O olacaq yalnız mənim ürəyimin yarasına məlhəm…

Amma o məlhəmin heç vaxt yaramı sağaltmayacağını biləcəyəm…

Bu hiss yandırıb kül edəcək məni…

Seveceyem...Donmeyecem esqimden..

Ancaq sevəcəyəm…Dönməyəcəyəm eşqimdən…

Gecələr gözlərimdən onun varlığı ilə bəzədiyi yuxularım qaçacaq…

Yoxluğu yandırıb yaxacaq məni…Əlim uzanıqlı qalacaq.Tutmayacaq əlimdən heç vaxt…

Minlərlə,milyonlarla insanların içindən gözlərim yalnız onun gözlərini axtaracaq…

Axan göz yaşlarımı əl uzadıb silməyəcək…

Onun eşqilə axıtdığım hər bir göz yaşımın düşdüyü yer od tutub yanacaq…!

Əzabların ən böyüyünü çəkəcəyəm…

Seveceyem...Donmeyecem esqimden..

Ancaq sevəcəyəm…Dönməyəcəyəm eşqimdən…

Ömür boyu arzuladığım qələbəm onu unutmaq olacaq…

Amma həmişə məğlub olacağam bu sevgisizliyinə qarşı olan savaşımda…Unuda bilməyəcəyəm onu….

Heç unutmayacağam da…O olmasa da,yaşadacağam bu sevgini qəlbimin dərinliklərində…

Sevgin də mənimlə öləcək sevdiyim…

Seveceyem...Donmeyecem esqimden..

hər nə qədər çətin olsa da,sevəcəyəm…Dönməyəcəyəm eşqimdən…Nakam məhəbbətimdən…

Qəlbimin səsidir bu…Onun səsini dinlədiniz sanki…

Bilirəm,haqq vermirsiniz mənə,bəlkə də inanmırsız…Amma szi inandırım ki,bu mümkündür.Belə çarəsiz bir vəziyyətdəyəm indi…Bəlli etməsəm də qəlbimdə məni sevməyəcək,heç vaxt mənim olmayacaq birinin sevgisini yaşadıram…

Seveceyem...Donmeyecem esqimden..

Neyniyim axı??? Sevirəm onu… Sevirəm…

Seveceyem...Donmeyecem esqimden..

O sevməyəcək…Amma mən sevirəm…

Single Girl

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    elaaa sevgide mubarize yaxshi elametdir)) applause
  2. DaRk_AnGeL dedi ki:

    cox saol maraqli idi

  3. ADMIRAL-711 dedi ki:

    cox sag ol gozel xeberin ucun.

  4. ...::EMERALD::... dedi ki:

    YENEDE SUPER.THANKS

  5. BalaM dedi ki:
    wirinkam cox sagol Elaaaaa give_rose
  6. New_Moon dedi ki:

    Mən зox sevdim…Həddindən artıq зox…Heз bu qədər sevmək sizə belə acı verdimi???Mənə verdi…Verməyə də davam eliyir.Amma dцzməliyəm…Dцzəcəyəm… cry cry cry
    Bu Sozlerin Her Bir Herifi Mene Aiddi
    Cox Sagol Xebere Gore Cox Minnetdaram

  7. taliya dedi ki:

    sevgi
    here bir cur yasayir biri aci cekir biri qovusur, sevginin qovusmagi da qosusmamagi da sevgi hekayesidir herenin bir sevgi hekayesi var hamimiza sonunda qovusmagi arzulayiram heart

  8. ZakonLubvi dedi ki:

    cry sevgi angaq agi verir duzdur amma yenede sevmeye sevilmeye caliwirik ,mende herden oz ozume bu suali verirem nedense hec seving getirmedi sevgi mene bes niye yenede sevmeye caliwiram sevilmeye caliwiram ,ehhhhh kim tapsa bu suallaRA CAVAB MENEDE DESIN
    cry COK MARAQLI BIR MEQALEYDI COK SAG OL

  9. Azeri Girl dedi ki:

    can ne zulmdi garwilih olmiyan sevgi(((

  10. МиниК_Сердце dedi ki:

    sevgi

  11. BuBLiK dedi ki:

    Sevgi belə mi olur?Sevəndə gərək acı mı зəkəsən?Əgər belədirsə,niyə var bu sevgi?!

    SEVGIDE HEMWE ACI OLUR ONU KECDINSE SORAM DUZELECEY!!


    Ancaq yox…Secəcəyəm,acı зəksəm də,onun məni sevməyəcəyini bilsəm də sevəcəyəm…


    Neycun bunun ahri ne olacah????????


    Neyniyim axı??? Sevirəm onu… Sevirəm…

    O sevməyəcək…Amma mən sevirəm…

    Bu sevgin ahri yoxtu axi….=(UNUTMAG VE BAWKASIN SEVMEG DAHA YAHWI OLACAH ONU SEVIB ACI CEKMEYDENSE!!!

    Hayatim sozler cox tesir elir=((((((( cry cox sagol omrum…. opucuk

  12. VERY_SHY dedi ki:

    can baci can.sev.o sevmese de olar.