İftar menyusu


alt

-İftar şorbası
500 q sümüksüz ət
5 stəkan su
2 x.q. marqarin
1 x.q. kərə yağı
3 x.q. un
1 yumurtanın sarısı
Yarım limonun suyu
Duz, istiot, qırmızı bibər


Qazana su, kiçik kvadrat şəklində doğranmış ət, duz, istiot əlavə edib ət yumşalana qədər bişirin, sonradan suyunu süzüb ətləri yenidən bulyona atın. Başqa bir qazana marqarin və unu əlavə edib unu saralıncaya qədər qovurun. Qovrulan una yavaş-yavaş bulyonu əlavə edin və qaynadın. Bir kasada yumurta sarısı və limon suyunu çırpın. Bulyon qaynadıqda yumurtanı az-az içinə əlavə edin. 2-3 dəqiqə qaynatdıqdan sonra tavada kərə yağı və qırmızı bibəri qızardıb sous hazırlayın. Sousu şorbaya boşqabda ikən əlavə edin.


kotlet
750 q qiymə
2 soğan
yarım stəkan düyü
2 x.q. yağ
4 yumurta
1,5 stəkan su
Duz, istiot


Tavada 2 x.q. yağda doğranmış soğanları saralıncaya qədər qovurun. Qovrulan soğana 1,5 stəkan su, düyü, duz əlavə edib düyü yumşalıncaya qədər bişirin. Qiymənin içinə 2 yumurta, istiot, duz, bişmiş düyünü əlavə edib yoğurun. Qiymədən kiçik küftələr düzəldərək ovcunuzda yastıladın. 2 yumurtanı bir kasada çırpın, kotletləri yumurtaya batırıb yağda qızardın.


-Şokoladlı armudlu keks
125 q marqarin
1 stəkan qarğıdalı unu
1 stəkan şəkər tozu
4 yumurta
1 paket vanilin
1,5 stəkan su
1 paket qabartma tozu
50 q xırdalanmış şokolad
Yarım stəkan kişmiş
2 armud


Marqarini əridib soyudun. Keksqabını bir az marqarinlə yağlayıb üstünə 1 x.q. qarğıdalı unu səpin. Şəkər tozundan 1 x.q. ayırın, qalanını çırpma qabına tökün. Marqarin, yumurta, vanilin, qarğıdalı unu, un, qabarta tozu və bir az duz əlavə edib 5 dəqiqə çırpın. Şokolad və kişmişi əlavə edib qarışdırın. Xəmiri keksqabına töküb, üstünə incə dilimlənmiş armudu, üstündən isə 1 x.q. şəkər tozunu səpib 170 dərəcə qızdırılan sobada 40-50 dəqiqə bişirin.


Nuş olsun!!! Allah orucunuzu qəbul etsin!!!

ADMIRAL-711

Şərhlər:

  1. ...::EMERALD::... dedi ki:
    COOOX SAG OL.ELLERINE SAGLIQ
  2. Mix-Girl dedi ki:

    Allah Qebul Elesin!

  3. merry-girl dedi ki:

    cox sag ol xebere cekdiyin eziyyet ucun…

  4. BEAUTIFUL_LIFE dedi ki:

    sokoladli armudlu keksi etdim superdi ama armud vurmadim armudu xowlamiram twklerr

  5. ADMIRAL-711 dedi ki:

    Sitat: gulshan
    gerek hazirlayam))…cox saq ol menyuya gore )


    hazirla alinacaqdir=))

    Sitat: Leonel-207
    cox sag ol menyuya gore saytimizin 10.000-ci xeberi idi bu xeber sen tarixe duwdun)))


    tarixe duwdum=)) hani bes tebrikler((=

    Sitat: aznetin_gozeli
    Ayyyyyy, cox xosuma geldi bu armudu keks resepti.cox sagolun tewekkurler, indi netden cixan kimi mutleq hazirlayavagam , mutleq, sonra da nece dadli oldugunuz gelib yazacam.bele maraqli reseptlerinizi gozleyirem!


    ok caliwariq mende sizden dadli olub olmadiginin cavabini gozleyecem=))

    REY YAZAN ELLERINIZ VAR OLSUN!!!
  6. aznetin_gozeli dedi ki:

    Şokoladlı armudlu keks



    Ayyyyyy, cox xosuma geldi bu armudu keks resepti.cox sagolun tewekkurler, indi netden cixan kimi mutleq hazirlayavagam , mutleq, sonra da nece dadli oldugunuz gelib yazacam.bele maraqli reseptlerinizi gozleyirem!

  7. Leonel-207 dedi ki:
    cox sag ol menyuya gore saytimizin 10.000-ci xeberi idi bu xeber sen tarixe duwdun)))
  8. _Cinbala_ dedi ki:

    cooox sagol Allahın olanından yeyım ıfdarımızı acırıq

  9. New_Moon dedi ki:

    Allah orucunuzu qəbul etsin!!!
    Cox Sagol Menyu Ucun Minnetdaram

  10. BuBLiK dedi ki:

    Allah orucunuzu qəbul etsin!!!AMIN!

    CoX SaGOl GaGa=)

  11. Single Girl dedi ki:

    Allah her bir oruc tutan muselmanin orucunu qebul edsin! Amin!

  12. Ayselka dedi ki:

    hamısının yerı var cox sagol

  13. gulshan dedi ki:

    gerek hazirlayam))…cox saq ol menyuya gore )

  14. KIVANC dedi ki:

    Gozun cixmasin.Oruc oruc medem siqnal gonderdi.ZZZ ,Sag ol canim minnetdaram….

  15. RED DEVIL dedi ki:

    ALAH BUTUN ORUC TUTYANLARIN ORUCUNU QEBUL ETSIN,AMIN

  16. _Aynur_ dedi ki:
    Menyuya gore cox saq olun…

    ALLAH ORUCUNUZU QEBUL ETSIN!!!!