kok, yumurta, qehve nagili

kok, yumurta, qehve nagili


Yerkökü,yumurta,qəhvə


Hər şeydən şikayət edən bir qız var idi. Həyatın dözülməz olduğunu düşünürdü. Mübarizə aparmaqdan yorulmuşdu. Bir problem qurtarmamış başqası ilı üzləşirdi. Atası qızının bu vəziyyətini görüb ona dərs verməyi qərara aldı. Qızın atası aşpaz idi. Bir gün qızını mətbəxə apardı. Üç qab götürüb ocağın üzərinə qoydu.Su ilə doldurduqdan sonra altını yandırdı. Su qaynamağa başlayanda birinə yerkökü, o birinə yumurta, üçüncüsünə isə qəhvə tumları qoydu. Qızına bir kəlimə də demədən gözləməyə başladı. Qızı heç bir şey başa düşmədiyi üçün sakitcə baxır və bu işin nə ilə qurtaracağını bilmək istəyirdi.Ancaq o qədər səbirsiz idi ki, bir az keçməmış sual verməyə başladı.Atası dinmirdi. İyirmi dəqiqə sonra ata qabların altını söndürdü. Əvvəl yerkökünü çıxarıb bir qaba qoydu. Sonra yumurtanı çıxardı. Nəhayət üçüncü qabdakı qəhvəni götürüb bir fincana tökdü.
Üzünü qızına tutub soruşdu:
– Nə görürsən?
smile Yerkökü, yumurta, qəhvə – deyə qızı saymazyana cavab verdi.
– Daha yaxından bax, dedi atası.
– Yerkökünə toxun.
Qız deyiləni etdi. Yerkökü yumşalmışdı.
– İndi də yumurtaya bax.
Yumurtanın qabığı əvvəlkindən də bərk idi.
– İndi də qəhvənin dadına bax.
Qızı qəhvədən bir qurtum aldı, çox gözəl dadı var idi.Qızın üzünə xoş təbəssüm yayıldı.Amma yenədə heç nə başa düşməmişdi.
– Bütün bunlar nə deməkdi ata?
– Ata belə izah etdi. Yerkökü, yumurta və qəhvə hər üçüdə eyni şeyə məruz qaldı. Ancaq hər birinin də ‘münasibəti’ başqa başqa idi.
– Yerkökü əvvəlcə bərk, güclü və amansız görünsə də, qaynar suyun içərisində yumşaldı, gücdən düşdü.Yumurta isə zərif idi. Nazik qabığı ilə içindəki mayeni qoruyurdu. Ancaq qaynar suda qatılaşdı. Amma qəhvə tamam başqa idi. Qaynar suda həm özü dəyişdi, həm də suyu dəyişdirdi.
– Sən bunlardan hansısan?
Həyatda bir problemlə qarşılaşdıqda necə ‘münasibət’ göstərəcəksən? Yerkökü kimi yumşalıb, əziləcəksənmi? Yumurta kimi qatılaşacaqsanmı?
Yoxsa, qəhvə kimi başına gələn bir hadisənin həyatına yeni bir dad verməsinəmi çalışacaqsan?
Qız artıq atasının nə demək istədiyini başa düşmüşdü…

Bəs siz həyatda qarşılaşdığınız hadisələrə necə münasibət göstərirsiz ?

aznetin_gozeli

Şərhlər:

  1. meymunka dedi ki:

    aznetin_gozeli super krsvica ne poverish ya procitala!mende qehve kimi olmaq isterdim bu heyatda…thankssss za trud

  2. Angelocka dedi ki:
    Men ise qehve olmagi secerdim..Cox sagol heyatim
  3. IzYuMinKa dedi ki:

    L_U_N_A_T_I_K,
    mene papam hemishe deyib ki nagillara inanma bala 🙂 xaxa

    SPASIBKI ZA TRUD

  4. L_U_N_A_T_I_K dedi ki:

    mene papam hemishe deyib ki nagillara inanma bala 🙂

  5. Admin dedi ki:

    Yoxsa, qəhvə kimi başına gələn bir hadisənin həyatına yeni bir dad verməsinəmi зalışacaqsan?

    Super thanx

  6. weytAnO4kA dedi ki:

    Sitat: vefasiz_giz
    Da vi cto ?????????? Fotki ya stavlyu tut mnogim novostyam
    ya imela vidu cto ya ne v temu postavila i menya vse ponyali potomu cto znayut cto fotki ya stavlyu v novostui Ponyala radost ????

    аааааа ясно!ну я же не знала что ты ставишь картинки к новостям.. smile

  7. VeFaSiz_Giz dedi ki:

    MILAQROS,

    Sitat: weytAnO4kA
    да ладно мась,хватит критиковать..



    Da vi cto ?????????? Fotki ya stavlyu tut mnogim novostyam xaxa
    ya imela vidu cto ya ne v temu postavila xaxa i menya vse ponyali potomu cto znayut cto fotki ya stavlyu v novostui xaxa Ponyala radost ????

  8. weytAnO4kA dedi ki:

    Sitat: vefasiz_giz
    fotka ne v temu


    да ладно мась,хватит критиковать.. smile

  9. MILAQROS dedi ki:

    vefasiz_giz,
    xaxa

    aznetin_gozeli spasibo radost oc interesno respekt

  10. VeFaSiz_Giz dedi ki:

    fotka ne v temu xaxa