Hər sətiri sevgi dolu


Kaş səni heç zaman görməz olaydım,


Könlümü verib də,sevməz olaydım.

Yada bu dünyaya gəlməz olaydım.

Qəlbimin ahına dözə bilmirəm.



Xatirəm qalıbdı o günlərdə

Sözlərin səslənir daim dodaqda.

Görürəm gəzirsən məndən uzaqda.

Dayanıb doyunca süzə bilmirəm.



Mən bir gəmi idim, sənsə yelkəni.

Dalğalar içində itirdim səni.

Nə qədər unudub atsanda məni.

Həqiqi sevgidən bezə bilmirəm.



Səs verə bilmədin mənim hayıma

Gedincə bir dəniz düşdü payıma

Qərq olub gedirəm onun suyuna

Tükənib taqətim, üzə bilmirəm.



Sevdiyim eşqimi yelə veribdir.

Könlümün sarayını viran edibdir.

Bu mənim sevdam boşa gedibdir.

Əzəldən bilirdim, təzə bilmirəm….





Yaşadıq ikimiz gizli məhəbbət.

Heç zaman etmədin mənə mərhəmət.

İşıqlı sevgidə yarandı zülmət.

Günəşim zülmətə doğmayacaqdır.

Uzatsan əllərin çatmayacaqdır.



Yadından çıxıbdır mənim sözlərim

Amma sən olmusan mənim əzbərim

Sevgi ilə gözünə baxan gözlərim

Bir daha üzünə baxmayacaqdır.

Uzatsan əllərin çatmayacaqdır.



Ayırdın əlinlə göz ilə qaşı

Ürək yox,sinəndə saxladın daşı.

Yolunda axıtdım gözümdən yaşı.

Qurudu gözlərim axmayacaqdır.

Uzatsan əllərin çatmayacaqdır.



Çox şirin eşitdim sənin dilindən.

Faydalar görmədim onun birindən.

Əllərim tutacaqdı sənin əlindən.

Vəfasız əllərin tutmayacaqdır.

Uzatsan əllərin çatmayacaqdır.



Bir zaman sənindim sənin əlində.

Məni də itirdin günün birində.

Mənim sevgim durub önündə.

Daş olan qəlbini oxlayacaqdır.

Uzatsan əllərin çatmayacaqdır.

meymunka

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Bir zaman sənindim sənin əlində.
    Məni də itirdin gьnьn birində.
    Mənim sevgim durub цnьndə.
    Daş olan qəlbini oxlayacaqdır.
    Uzatsan əllərin зatmayacaqdır.

    good spasibo radost thank_you

  2. meymunka dedi ki:

    vefasiz_giz,
    nezashto bacishkam!

  3. Yagmur dedi ki:

    Yadından зıxıbdır mənim sцzlərim
    Amma sən olmusan mənim əzbərim
    Sevgi ilə gцzьnə baxan gцzlərim
    Bir daha ьzьnə baxmayacaqdır.
    Uzatsan əllərin зatmayacaqdır.

    clapping

  4. meymunka dedi ki:

    Yagmur,
    deymez beyendinse sevindim…

  5. MILAQROS dedi ki:

    meymunka,
    ok

  6. Yagmur dedi ki:

    Meymunka

    Cox beyendim goodgood

  7. New_Moon dedi ki:

    Bir zaman sənindim sənin əlində.
    Məni də itirdin gьnьn birində.
    Mənim sevgim durub цnьndə.
    Daş olan qəlbini oxlayacaqdır.
    Uzatsan əllərin зatmayacaqdır.