Bir Gün Səni Sevdiyimi Anlarsan

Yuxuların qaçar gecələri
Heç cür səhər olmaq bilməz
Tikilər gözlərin tavanda bir nöqtəyə
Dəli edən bir uğultudur başlar qulaqlarında
Nə çarşaf haldan anlar, nə yastıq
Girməz pəncərələrdən gözlədiyin işıqlıq
Bağlanar yatağına çarəsizliyinə şəbəkələrsən
Onun unuda bilmədiyin xəyali
Siqaretdən dərin bir nəfəs almışcasına dollar içinə
Sevmək nəymiş bir gün anlarsan
Bir gün anlarsan əslində hər şeyin boş olduğunu
Şərəfin, fəzilətin, yaxşılığın, gözəlliyin
Gün gələr səsini bir dəfəcik eşitmək üçün
Vurarsan başını soyuq daş divarlara
Böyüyər get-gedə incimişliyin, qırılmışlığın
eşidərsən
Ta dərindən ağrısını çarəsiz qalmışlığın
Sevmək nəymiş bir gün anlarsan
Bir gün anlarsan nə işə yaradığını əllərinin
Nə üçün yaradıldığını
Bu iyrənc dünyaya niyə gəldiyini
Uzun uzun seyr edərsən aynalarda gözəlliyini
Boşuna keçib gedən illərinə yanarsan
Dolar gözlərin üçün burxular
Sevmək nəymiş bir gün anlarsan
Bir gün anlarsan sevilən dodaqların
Sevilən gözlərin çatılmazlığını
O heç gözlənilməyən saat gəldimi
Düşər saçların önünə amma dümağ
Uzanar səmaya əllərin
Amma çarəsiz
Amma yorğun
Amma əldən düşmüş
Bir zaman keçmiş günlərin yuxusuna dalayarsan
Sonra düzülər bir-biri ardınca gerçəklər ağrılı
Sevmək nəymiş bir gün anlarsan
Bir gün anlarsan xəyal qurmağı
Gözləməyi
Ümid etməyi
Bir çirkli köynək kimi çıxarıb atmağın gəlir
Bütün bədənini qucaqlayan o qorxunc gecəni
Lənət edərsən yaşadığına
Keçmişdən nə qalmışsa cırıb atarsan
O zaman bir çiçək böyüyər qəbrimdə özbaşına

Bir Gün Səni Sevdiyimi Anlarsan

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. meymunka dedi ki:

    Bir Gьn Səni Sevdiyimi Anlarsan
    cray

    Amin cox sag ol

  2. weytAnO4kA dedi ki:

    cox sagol dostik!

  3. VeFaSiz_Giz dedi ki:

    spasibo, za trud thank_you

  4. Sip_Sirin dedi ki:

    Cox sagol dosdik