Namazın olar-olmazları

alt

1.Namaz qılarkən mərhəm olan qardaşımdan arxada durmaq nə dərəcədə doğrudur?


İstər məhrəm, istərsə naməhrəm olsun, yaşından asılı olmayaraq qadın cinsinə mənsub olan şəxslər kişilərdən arxada namaz qılmalıdırlar.


2. Bəzi məscidlərdə cavanların yatdığını görürük. Bu, haram deyil?


Məscidlərdə yatmaq haram olmasa da, məkruh, yəni dini baxımdan bəyənilməyən əməllərdəndir.


3. İsti yay günlərində ayaqyalın namaz qıla bilərəm?

Bəli, qıla bilərsiniz və bunun heç bir maneəsi yoxdur. Qadınlar istər namaz, istərsə də adi halda üz, ayaq və əllər istisna olmaqla, bədənlərinin bütün üzvlərini örtməlidirlər.


4. Bəzi namaz qılanlar salam verib qurtardıqdan sonra başlarını sağ və sol tərəflərə əyərək yenə də salam verirlər. Bilmək istərdim bu salamlar kimə ünvanlanır? Ümumiyyətlə, bu, vacib əməldir?


Namazın vacib salamlarından sonra sağ və sol tərəflərə əməl dəftərlərini yazan mələklərə də salam verilir, amma bu vacib əməl deyil.


5. Yaş saça və ayağa məsh çəkmək olarmı?


Baş və ayağın yaşlığı çəkilən məshi bəlli edəcək qədər olmamalıdır. Yəni baş və ayağa məsh çəkildikdə onun əlaməti bəlli olmalıdır.


6.Deyirlər, uzun köynəklə şalvar geyinmək haramdır. Bu, doğrudanmı belədir?


Xeyr, şalvar geyinmək heç də haram deyil. Xüsusilə də uzun köynəklə. Əksinə, şalvar geyinməklə bədəninizi naməhrəmlərdən gizlətmiş olursunuz. Allah imanınızı kamil etsin!


7.Yaş başla namaz qılmaq olar?


Yaş başla namaz qılmaq olar. Əlbəttə ki, əgər cənabət qüslü almısınızsa və qüsl aldığınız zaman dəstəmazı pozan hallar baş verməyibsə. Başınızı qurutmadan da dəstəmazsız namaz qıla bilərsiniz. Yox, əgər dəstəmazı pozan hallardan biri baş vermişsə, qüsl aldıqdan sonra başınızı qurulayıb dəstəmaz alın və artıq bundan sonra namaz qılın. Allah qəbul etsin!!!

Leonel-207

Şərhlər:

  1. BalaM dedi ki:
    Leo sagol xebere gore
  2. _AyDaN_ dedi ki:

    ALLAH razi olsun AMIN tkr xebere gore

  3. Pretty_girl dedi ki:

    xeber cun cox sagolun

  4. Leonel-207 dedi ki:
    rey yazan elleriniz derd gormesin…
  5. ADMIRAL-711 dedi ki:

    cox sagol lazimli ve vacib xebere gore.

  6. FaNi_HeYaT_QoNaGi dedi ki:

    [b][i]Allah (c.c)razi olsun Insallah…2 elave etmek isterdim 6.)namaza kiwinin dar geyinmeyi beyenilmeyen emeldir ve 7.)mustehebdir ki,biraz gozleyesen ki,sacin da quruya amma bu detemazi batil etmir…Allah (c.c)xeyir emel sahiblerinden razi olsun…Allah-Taala itaet ve ibadetde guc versin Insallah…

  7. ...::EMERALD::... dedi ki:
    COOOOOOOOOOOX SAG OL XEBERE GORE SONUNCU SUAL MENEDE MARAQLİ İDİ
  8. _Aynur_ dedi ki:

    Maraqli xebere gore cooox saq ol Rusi…Allah Razi Olsun…

  9. _Cinbala_ dedi ki:

    Allah razı olsun!

  10. taliya dedi ki:

    Leonel-207, TESEKKURLER ELLERIN YORULMASIN

  11. МиниК_Сердце dedi ki:

    aze uttiii. cox sag ol. ALLAH namaz qilanlarin namazini qebul etsin

  12. BuBLiK dedi ki:

    ELYASI VAR NAMAZ GILSADA GIRAHDA POZHUNNUH ELIR GUNAHA BATIR!!AMMA ALLAH HAMSIN GORIR!!!
    ZEHLEM GEDIR EEE elyancik adamlardan!!olmaz olarin namazinnan!!

    Ruslanchik cox sagol=)
  13. New_Moon dedi ki:

    Xebere Gore Cox SAgol Ayqa Minnetdaram

  14. Single Girl dedi ki:

    EGer namazi qiliriqsa olduqu kimi qilmaliyiq ozumuzden Amerika cixardmaqla yox

  15. ceka dedi ki:

    ALLAH razi olsun AMIN tkr xebere gore