Sms niye 160 herf ile mehdudlasir?

Qısa mesaj indiki vaxtda, xüsusilə gənc istifadəçilərin imtina edə bilmədikləri bir xüsusiyyətdir. Lakin bir də bu 160 hərf sərhədi olmasa… Sırf buna görə bir çox istifadəçi qısaltmalardan istifadə etmək məcburiyyətində qalır. Amma niyə qısa mesaj 160 hərf ilə məhduddur? Niyə 150 və ya 200 deyil, məhz 160? Bunun səbəbinin texniki bir zərurət ilə əlaqədar olduğunu düşünə bilərsiniz. Lakin işin doğrusu, bu 160 hərf sərhədinin hər hansı bir texniki səbəbi yoxdur. Bunun bütün günahkarı Friedham Hillebrand adlı bir Almandır.
1985-ci ildə, ünsiyyət araşdırmacısı olan Friedham Hillebrand və bir neçə həmkarının əhəmiyyətli bir vəzifəsi vardı. Vəzifələri daşına bilər telefonların göstərə biləcəkləri mətn əsaslı mesajlar ilə əlaqədar standartları meydana gətirmək idi. Hillebrand bir mesajın ən çox neçə hərf tuta biləcəyinə qərar verməli idi. Makinasının başına oturdu və yazmağa başladı. İnsanların bir qısa mesajda yaza biləcəkləri təsadüfi qeydlər və suallar yazaraq bütün bir kağızı doldurdu. Sonra bu qeydlərin hamısını oxudu. Görünüşə görə 160 hərf hər istifadəçi üçün kafi olacaqdı və o gündən sonra 160 hərf standart olaraq qəbul edildi.
Yenilənib:
maraqlidi cox sagol.
dogurdane az herf verirlerde adam 1 mesaja fikrin 4atrdira bilmirem gerek nib soz olsunda
nib yox min yazmaliydim
Cox saq ol dostik
Maraqlidi tewekkur
Bilmirdim