Namaz

Bu gün də həmişəki kimi, işdən gəlmişdi. Saata baxdı. Məğrib namazının vaxtının çıxmasına 15 dəqiqə qalmışdı. Dəstəmaz alıb namazını qıldı. Çox yorğun idi. Divana uzandı. Yuxuya getdi…
Yuxudan yatdığı yerdə deyil, başqa yerdə oyandı. Oyandığı yerdə xeyli insan toplanmışdı. İnsanlar nəyisə gözləyirdilər. Nə olduğunu başa düşə bilmirdi. Kimsə siyahıdan insan adları oxumağa başladı. Adı çəkilənlər sırasında onun da adı var idi. Adı çəkilən kimi iki nəfər ona yaxınlaşdı və onu sürüyə-sürüyə harasa aparmağa başladılar. Onu aparanlarda zərrə qədər də olsa, mərhəmət hissi yox idi. Onların cəhənnəm mələkləri olduqlarını anladı. Onu cəhənnəmə apardıqlarını başa düşdü və ağlaya-ağlaya qışqırmağa başladı:
– Bəs mənim namazlarım? Axı mən həmişə namazlarımı qılırdım? Allahım, bağışla məni? Ya Rəbbim əfv et məni. Bəs, mənim namazlarım nə olacaq?
Onu aparan mələklər onu alov yanına gətirdilər və onu alovun içinə atdılar. Yenə də eyni sözləri təkrar edə-edə alova doğru yuvarlanırdı:
– Bəs mənim namazlarım?
Getdikcə alova daha da yaxınlaşırdı. Alova düşəcəyi anda ona doğru bir əl uzandı və onu alovdan qurtardı. Onu xilas edənin üzünə baxdı. Bu bir qoca idi. Ondan kim olduğunu soruşd və Qoca belə dedi:
– Mən sənin namazlarınam. Necə ki, sən məni həmişə gec qılardın, gecikdirərdin, mən də səni xilas etmək üçün gecikdim.
Elə bu anda azan səsi onu yuxudan oyatdı. İşa namazının azanı oxunurdu. Ayağa qalxdı. Cəld qaça-qaça dəstəmaz almağa getdi. Dəstəmaz alıb namazını qıldı. Əllərini açıb tövbə etdi. Allahdan onu əfv etməsini istədi və bu hadisədən sonra bir daha namazını gecikdirmədi.
Yenilənib:
Fikirlerinizi bildirmeyi unutmayin
OZUDE EN VACIB !
COx Sagol
Cox sagol Bele Gozel xeberler yazdigina gore
ELA cox maraglidir sagol Camka
sag ol hansi isi tutursan tut hemse o is basa vur axiracan apar Allah hamini namazini qebul elesi icindede menim amin
Cox sag Olun mINNETDARAM SIZLERE!!!
Camka Spasibo…
ALLAH HAMIYA QISMET ELESIN
raziyam
Allah razi olsun
Chox saq ol
ALLAH razi olsun