“EUROVİSİON-2009”-DA ermenileri AZƏRBAYCANLI HAZIRLAYIB

"EUROVİSİON-2009"-DA ermenileri AZƏRBAYCANLI HAZIRLAYIB

“Novosti Armeniya”nın yaydığı məlumata görə, Aslan Əhmədov Ermənistan təmsilçilərinin çıxışını hazırlayan “Fresh Art” şirkətinin təsisçilərindən biridir. O digər təsisçilər David Gevorkov və Aleksandr Siradekyanla birgə Anuş və İnqanın çıxışı üçün xüsusi kompozisiya tərtib edib. “Fresh Art”ın rəhbərləri Ermənistan təmsilçilərini “Eurovision-2009”-a hazırlamaq işinin məhz onlara tapşırılmasından qürur duyduqlarını bildiriblər: “Fəxr edirik ki, qüdrətli və qədim dövlət olan Ermənistanı özündə çoxəsrlik mədəniyyəti və etnosu təcəssüm etdirən qeyri-adi koloritli mahnı ilə təmsil etmək işini bizə həvalə ediblər”.

Qeyd edək ki, Ermənistan təmsilçilərinin “Eurovision-2009”-da çıxışının tərtibatı ilə məşğul olan Aslan Əhmədov 1973-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Bakıda İncəsənət Universitetini bitirən Aslan Əhmədov Sankt-Peterburqa köçüb. O orada ermənilər David Gevorkov və Aleksandr Siradekyanla birlikdə “Fresh Art” şirkətini təsis edib.

APA-nın müxbiri Ermənistan təmsilçilərinin çıxışını hazırlayan Aslan Əhmədovdan bununla bağlı açıqlama almaq istəsə də, o açıqlama verməkdən imtina edib

HosT (aLLiAnCe)

Şərhlər:

  1. weytAnO4kA dedi ki:

    мда… mda
    за новость спасибо!

  2. Devil_666 dedi ki:

    maladeS azerbaycana super

  3. fanya_ya dedi ki:

    Chox saq olun xaara gora