Microsoftun ən gənc istifadəcisi
“QayNar.info”-nun “Cnews”-a istinadən verdiyi məlumata görə, M.Lavinaşri kompüter animasiyasının yaradılması ilə maraqlanır və Corel Draw, Photoshop, Illustrator və Flash qrafik paketlərlə işləməyi yaxşı bacarır. Qızın atası K.Muniasaminin sözlərinə görə, onun övladı kompüter biliklərinə öz təşəbbüsü ilə yiyələnməyə başlamışdır.
Qeyd etmək lazımdır ki, bu, M.Lavinaşrinin həyatında ilk nailiyyət deyil. Belə ki, üç yaşında olarkən uşaq Tirukkural qədim Tamil eposundan 1,3 mindən çox şeir əzbər öyrənib danışa bilmişdir. Hətta 2006-cı ildə o, bu böyük nailiyyətinə görə Hindistan höküməti tərəfindən təqdim olunan Milli Uşaq Mükafatına layiq görülmüşdür.
Bununla belə, gənc Lavinaşri yüksək səviyyəli sistem administratoru pilləsini əldə etmək üçün Microsoft Certified Systems Engineer imtahanlarına hazırlaşır. Bu barədə The Hindu qəzeti yazır. Lavinaşri deyir ki, o, Hindistanın əvvəlki prezidenti Abdul Kalam kimi alim olmaq istəyir. Qızın sözlərinə görə, məhz Abdul Kalam nümunəsi onu gələcək uğurlara ruhlandırır.
Yenilənib:
да очень интересно! спасибо
Oyyy daaa ne deyim haladi xebere gore tewekkurler))
Cox sag Olun Minnetdaram!!!
Cox sag Olun Malades…
cox sag ol
waaaaaaaaaaaaaaww
thanks…