Təhlükəli yeməklər…

alt

ABŞ Pediatr Akademiyası insanlar, xüsusən də uşaqlar üçün təhlükəli olan yeməklərin adlarını açıqlayıb.

Aparılan tədqiqatlar göstərib ki, 10 yaşından kiçik uşaqlarda boğulma hallarının 17 faizindən çoxu sosiska yemək zamanı baş verir.

İncə dilimlərlə satılan fuqu balığı da təhlükəlidir. Fuqu balığında tetrodoksin adlı çox təsirli bir zəhər var. Bu balığı bişirən aşbazların xüsusi hazırlıq keçməsi lazımdır. Qərbi Afrika və Yamaykada yetişən acke meyvəsindən də fuqu balığı qədər ehtiyat etmək lazımdır. Kəsildikdən sonra qabığının qırmızıya dönən bu meyvə koma və ölümə yol aça bilir.

Fıstıq da siyahıda yer alıb. Dünya əhalisinin 1 faizinin fıstığa qarşı allergiyası var. Ölümlə nəticələnən allergiya olaylarının böyük hissəsi fıstıqla bağlıdır. İspanaq kimi salatda istifadə olunan bitkilər isə yaxşı yuyulmadıqda bağırsaq bakteriyaları üçün münbit şərait yaradır. Asiyada bitən işgin adlı bitkidən isə çox yeyildikdə bitkidəki toksinlər zəhərlənməyə yol açır.

Siyahının növbəti pilləsində ton balığı yer alıb. Dünyada ən çox yeyilən balıq olmasına rəğmən, bu balıqdan çox yeyən şəxsin sinir sistemində problem yaranır, ürək xəstəlikləri meydana çıxır. Manyok adlı nişastalı bitkinin kökü də düzgün istifadə olunmazsa, zəhər badəsinə çevrilir. Qəhvəni də çox içdikdə ürək tutmasına, yuxusuzluğa və dişlərin saralmasına səbəb olur. Manitar adlı bitkinin yabanı olanları da zəhərlənmələr yol açır.

Hamburger hazırlanarkən ən zərərli yağ olan trans yağlardan istifadə edilməsi ürək-damar xəstəliklərinin meydana çıxmasına əlverişli zəmin yaradır. Spirtli içkilər də beyin və sinir sisteminə ciddi zərər verir. Üzüm isə şəkəri yüksək olan xəstələr üçün zərərlidir. Şokolad isə qandakı xolesterinin miqdarını artırır.

Cipsi də təhlükəli yeməklərdəndir. Cipsi xərçəng xəstəliyindən şişmanlığa, şəkərdən alzhemrdən qədər bir çox xəstəliklərin inkişafı üçün əlverişli zəmin y aradır. Dondurmanın vaxtının ötməsi, keyfiyyətsiz hazırlanması bağırsaqlar üçün ciddi problemlərə yol açır. Qazlı sular mədə və bağırsaqların düşmənidir. Qidaların dondurulması zamanı səhvlərə yol verilməsi də mədə və bağırsaq xəstəliklərinə səbəb olur.

Xəmirli yeməklər bədəndə xolesterinin tənzimlənməsini pozur. Paketlərdə hazır halda satılan, toz halında olan şorbalardan da qaçmaq lazımdır. Belə şorbalar xərçəng xəstəliyi yaradır. Çox krem yemək də məsləhət deyil, çünki ürək üçün zərərlidir.

Gözlənilməz sayılsa da, rus salatı da içərisində olan mayonezin sirkə və limon suyundan hazırlanması səbəbindən mədə-bağırsaq xəstəliklərinə yol açır. Makaronu da çox yemək lazım deyil, əks halda mədə xəstəlikləri üzə çıxacaq. Tortla da ehtiyatlı davranmaq gərəkdir, mədəni pozur. Qovurulmuş qarğıdalını da uşaqlara çox vermək məsləhət görülmür. Çünki yüksək kalorili olduğu və içərisində yüksək faizli doymuş yağ olduğu üçün xüsusən uşaqlarda mədə-bağırsaq xəstəlikləri yaradır.

BEAUTIFUL_LIFE

Şərhlər:

  1. ZakonLubvi dedi ki:

    heart qabuyqeyyyyyy oluyemde qabuyqey ucun ,cipside istiremmmmmm dash

  2. alone-boy dedi ki:

    wekildeki ne iyrenc gorunur ee happy

  3. KIVANC dedi ki:

    XEBERE GORE SAG OL

  4. dangerous_angel dedi ki:

    hm twkler
    Pretty_girl,
    lol

    yixilin olun acinnan sarcasti

  5. Pretty_girl dedi ki:

    hm demeli acinnan olecem=)

  6. ...::EMERALD::... dedi ki:

    YAXSHI MELUMATDI.SAG OL

  7. Seva_93 dedi ki:
    xebere gore tesekkurler!
  8. МиниК_Сердце dedi ki:

    спасибо родная. прочла. согласна yerivar

  9. DaRk_AnGeL dedi ki:

    hamisi ucun oluremde cox saol

  10. BuBLiK dedi ki:

    Cipsiden otkaz gedmeremmmm=)
    cox sagol canim hebyare gore=)
    Uriiii Rusyani gabahladim blum3

  11. ADMIRAL-711 dedi ki:

    heqiqetende indiki zamanda ele nefes almaqda ziyandir=)) saygac qoyacaqlar pul yazir=)).xebere gore cox sag ol.

  12. BEAUTIFUL_LIFE dedi ki:
    BLACK STAR,
    qamburger ..yemeye super dadliiiiiiiii ama cox ziyanliiiiiiii
    BLACK STAR,
    _Aynur_,
    Single Girl,
    New_Moon,
    _Cinbala_,
    Leonel-207,
    BalaM,
    BuBLiK,
    rey yazdiginiz ucun TEWEKKURLER
  13. BLACK STAR dedi ki:

    xmmmmmm en sevdiyim yimeydi hambrgen.))icinde ne olur olsun ancaq elimde yiyim.)))ona gore toppuwam da..))))))))xebere gore saol

  14. _Aynur_ dedi ki:

    Yediyimiz her bir wey ziyanli imiw kiiii…Xebere gore cox saq ol…

  15. Single Girl dedi ki:

    Ewi indi ziyansiz ne vare bir azdan deyeceklerki nefes almayin oda ziyandi Cox sagol bacishka xebere gore

  16. New_Moon dedi ki:

    Xebere Gore Cox Sagol THANKS

  17. _Cinbala_ dedi ki:
    Cipsi də təhlьkəli yeməklərdəndir.

    cıpsısız qalmarameee wacko

    cox sagol xebere gore,,,

  18. Leonel-207 dedi ki:
    bahooo daha ne qaldi ki her qidanin ziyani var ki…))) cox sag ol xebere gore…
  19. BalaM dedi ki:
    BEAUTIFUL_LIFE xebere gore cox sagol give_rose