Pulsuz yaşayan adam

alt


Ingiltərədə yaşayan 31 yaşındakı Mark
Boyl iki ilə yaxındır ki,
puldan imtina edib

İngiltərədə yaşayan 31 yaşındakı Mark Boyl 2008-ci
ilin noyabr ayından pulsuz dolanır. «Daily Telegraph « qəzeti yazır ki,
Mark Boyl Bristol yaxınlığındakı tarlada yaşayır. Yediklərini özü əkib
becərir, odun sobası yandırır, elektrik mənbəyi kimi Günəş
batareyalarından istifadə edir.

Cib telefonu ancaq gələn zənglər üçün açıqdır, bir də günəş enerjisi ilə
işləyən noutbuku var.

Mark Boyl 6 ildir ki, vegetariandır. O deyir ki, günlərin bir günü öz
dostu ilə sahibkarların adamları ucuz işçi kimi işlətməsindən, ətraf
mühitin çirklənməsindən, müharibələr və dünyadakı başqa problemlər
haqqında danışırmış:

«Onda bütün bunların kökündə pulun dayandığını qənaətinə gəldim. Elə
həmin andan puldan əl çəkmək qərarı verdim».

Mark Boyl bundan sonra Bristoldakı evini satır və işdən çıxır. Pulla
aldığı hər şeyin siyahısını tutur. Bunların yerinə nədən istifadə edə
biləcəyi düşünür. Axtarır və tapır.

Dişlərini yumaq üçün razyana toxumlarından və diş fırçası kimi balığın
kiçik sümüklərindən istifadə edir. iPod kimi şeyləri yadından çıxarıb,
onun yerinə quş səslərini dinləyir.

Mark Boyl etiraf edir ki, pulsuz hər şey daha çox vaxt aparır, adam daha
çox axtarışlarda olur. O, paltarlarını soyuq suda yuyur. Paltar yumaq
üçün kimyəvi maddə yerinə sobasında qaynatdığı qabıqlı yemiş suyundan
istifadə edir. Paltar yuması 2 saat çəkir. Ancaq o, həyatından çox razı
olduğunu, həyatını belə davam etdirəcəyini bildirir.

Deyir ki, əvvəllər heç vaxt indiki kimi rahat yaşamayıb:

«Uşaqlığım normal keçib. Ailə üzvlərim əvvəl mənim bu hərəkətlərimdən
təəccübləndi. Ancaq indi məni dəstəkləyirlər, fikirləşirlər ki, onlar da
mənim kimi yaşaya bilərlər».

Mark Boyl Şimali İrlandiyada böyüyüb. Orada dostlarını nəyəsə qonaq
etmək kişiliyin göstərici sayıldığından indi də o, dostlarını yaşadığı
yerə dəvət edir. Onları ocaq başında özünün hazırladığı alma şərabına
qonaq edir.

Mark Boyl «Pulsuz adam: 1 illik qənaətcili həyat» («The Moneyless Man: A
Year of Economic Living») adlı kitab da yazıb.

Mark Boyl deyir ki, onunla çox az qadın maraqlanır. Hazırda isə o,
təkdir. Təkcə bir səbəb – vegetarian olması özünə uyğun qadın tapmasına
çox mane olur. Deyir ki, pulsuzluğu özünə dərd etmir. Özü kimi pulsuz
yaşamaq istəyən bir qadın tapsa, özünü bəxtəvər sayar.


Ayselka

Şərhlər:

  1. BalaM dedi ki:
    Aselka xebere gore cox sagol give_rose
  2. alone-boy dedi ki:

    pulsuzzz olmasada belke kredit karti var ??? rah

  3. merry-girl dedi ki:

    Aselka xebere gore cox sagol

  4. DaRk_AnGeL dedi ki:

    cox saol xebere gore

  5. Single Girl dedi ki:

    Bir bu chatmirdi Bunuda eshitdik=)

  6. ...::EMERALD::... dedi ki:

    ELE BIL DAS DOVRUNDE YASAYIR.XEBERE GORE SAG OL

  7. Leonel-207 dedi ki:
    vegetiriandirsa ne desen gozlemek olar…cox sag ol xeber ucun…
  8. New_Moon dedi ki:

    Xebere Gore Cox Sagol

  9. Seva_93 dedi ki:

    cox saq ol xebere gore.tesekkurler.

  10. ZakonLubvi dedi ki:

    ewi yalankidi buuuuuuuu ,inanmiram suyu hardan alir ?ekib begerdiyini sulamaq lazim deyil meyer?ewi nagildi bu inanmiram

    Sitat: ADMIRAL-711
    pul el cirkidir deyib bir defelik.=)). amma indiki zamanda hecde el cirki deyil ele reylerde buna eyani olaraq subutdur=


    oda duzdu amma pulsuzda olmur

  11. taliya dedi ki:

    mene le gelir heyati bizim ucun darixdirici olar!

  12. ADMIRAL-711 dedi ki:

    pul el cirkidir deyib bir defelik.=)). amma indiki zamanda hecde el cirki deyil ele reylerde buna eyani olaraq subutdur=))

  13. МиниК_Сердце dedi ki:

    puldan imtina edib faint

  14. BEAUTIFUL_LIFE dedi ki:

    BuBLiK,
    qatiliram xixixi

    en duzgununu edib deyecekdim amma ne bilim e vegeteriyandi et yemir bele heyatda yawamaq olar??

  15. BuBLiK dedi ki:

    onda o elya subay galacah=))))))))indiki gizlara PUL lazimdi=))))soyug suynan paltar yuyallar deli olub eee=)cox sagol maraglidi ohumag=)