Hisslər Adası

 

Çox uzaqlarda belə bir ada var idi hansıki, orada insanın bütün hissləri yaşayardı.. Xoş əhval-ruhiyyə, Var-dövlət, Kədər, SEVGİ və.s

Günlərin bir günü ada batmağa başladı.Hamı öz gəmisini minib çıxıb getdilər.Təkcə SEVGİ ən son məqama kimi tək-tənha gözlədi.Adadan cəmi bir parça qaldığını görəndə isə SEVGİ kömək istəmək qərarına gəldi. Var-dövlət öz cah-cəlallı gəmisi ilə adanın yanından keçəndə SEVGİ dedi:

Mənidə özün ilə apar mən tək qalmışam..

Var-dövlət isə dedi:

Mən apara bilmərəm.Mənim gəmimdə o qədər qızıl gümüş varki sənə yer yoxdur..Həmdə mən olan yerdə sən heçvaxt ola bilməzsən..

SEVGİ kədərlənib üzünü çevirdi və gördüki Qürur öz gəmisi ilə gedir.. SEVGİ dedi:

Mənidə özünlə apar..

Qürur isə dedi:

Xeyr mən səni apara bilmərəm özümlə.Çünki məndə burda hərşey gözəldi sən gəlsən hərşey dağılacaq..!!

Kədər gəlib keçəndə SEVGİ ondanda xahiş etdi. Kədər isə cavab verdi:

Sən gedəndən sonra o qədər kədərliyəmki tək qalmaq istəyirəm.Ona görə səni özümlə apara bilmərəm!!

O tərəfdən Xoş əhval-ruhiyyə gedirdi..və o qədər xoşbəxt idiki heç kiminsə ona səsləndiyini belə eşitmədi..

 

Birdən ümidsiz SEVGİ ucadan bir səs eşitdi..

Gəl gedək səni özümlə apararam.!!!

Bu sözləri söyləyən yaşlı bir ağsaqqal idi.. SEVGİ o qədər xoşbəxt idiki hətta bu ağsaqqalın kim olduğunu bele soruşmağı unutdu..Sahilə çatanda isə ağsaqqal yoxa çıxdı..

SEVGİ həmin ağsaqqala nə qədər borclu olduğunu anlayıb AĞILDAN soruşdu:

Sən mənə deyə bilərsən o ağsaqqal kim idi??

AĞIL cavab verdi:

O ZAMAN idi.

SEVGİ təəccübləndi:

ZAMAN?? Sən bilirsən o mənə niyə kömək etdi??Axı heçkəs mənə kömək etmədi.

AĞIL dərindən ahhh çəkərək dedi:

SEVGİnin həyatda nəqədər vacib olduğunu təkcə ZAMAN bilir.Ona görə o səni xilas etdi…

nuri4ka

Şərhlər:

  1. Admin dedi ki:

    Menim cox xoshuma geldi Nuri4ka ellerine saglik))) request

  2. Ayselka dedi ki:

    cox gozeldi cox menalidi cox sagol

  3. BadBoy dedi ki:

    Sevgiye Inanmiramda!!!

  4. BadBoy dedi ki:

    Cox sag Olun….

  5. ...::EMERALD::... dedi ki:

    COOX MARAQLİDİ.THANKS

  6. МиниК_Сердце dedi ki:

    maraqli deyil

  7. merry-girl dedi ki:

    cox sag ol

  8. Optimist... dedi ki:

    SEVGİnin həyatda nəqədər vacib olduğunu təkcə ZAMAN bilir.

  9. nurlana77 dedi ki:

    supperrrrrrrrrrrrrrrrrr applause