Sevginin yeni tərifi…

alt

Ağıl ilə ürək arasında məntiq olur. Ona görə eşq ürəyimizlə əlaqədardır. İçinə məntiq girməz. Dəli divanə aşiq olmaq quru sevdaya düşmək ağıllı insan işi deyil. Leyla düşünmə və mühakimə etmə sistemini dövrəyə salsaydı Məcnunun yolunumu gözlərdi? Məcnun ürəyinin səsini dinləməsəydi çöllərdəmi gedərdi?

Artıq dövran döndü belə eşqlər yoxdur. Dəyişdik. Təkamül keçirdik. Çevrildik. Nə qədər çox sevdiyimizi düşünsək də artıq heç birimiz dağları deşmirik. Eşq üçün verilən mübarizənin qovuşana qədər sürdüyünü düşünməyə başladım.

Fərdilik! Özünə inam! Eqo! Özünü sevmək! Həyatın içində ən az ziyanla irəliləyə bilmək və günümüz şərtlərində ayaqda dayana bilmək üçün daha bir çox xüsusiyyətə sahib olmamız lazımdır.

Yaxşı eşqə nə oldu? Ağıl ürəyi məğlub etdi!

Bütün dünya nizamının dəyişməsi texnologiya kosmos dövrü milenyum dəyişməyən nə qaldı ki? Qonşuluq əlaqələri? İndi eyni mənzildə oturan və heç tanımadığınız qonşularınız yoxmu?

Uşaq böyütmək? İndi bütün ailənin nizamı uşağa görə nizamlanır əvvəllər uşaq dünyaya gəldiyi vaxt evin nizamına uyğunlaşırdı.

Bunlar kimi daha nə qədər nümunələr verilə bilər. Dəyişmənin qarşısında dayana bilmərik. Elm tibb irəliləyir. Əlbəttə çevrilmək məcburiyyətindəyik. Yediyimiz yeməklər, paltarlarımız, dinlədiyimiz musiqilər hər şey fərqliləşir. Uyğunlaşacağıq məcburuq.

Genimiz belə çevrilməyə uyğunlaşma təmin edir. Fiziki xüsusiyyətlərimiz fərqliləşir. Yaxşı bu dəyişməyə sevginin qatılmamış olması mümkünmü? Əlbəttə deyil!

Eşq və dostluq kimi insanı insan edən bir çox faktor nə qədər müqavimət göstərsə də dəyişməyə qarşı gələ bilməmişdir. Xüsusilə bu iki anlayış tək bir təməlin üzərinə qurulurdu. Özündən çox sevmə! Dost üçün aşiq olduğunuz adam üçün nələr fəda edilməzdi ki? İndi belə bir lüksümüz yoxdur! Kimsəni özümüzdən çox sevə bilmərik. Cibimizdə iki qəpiyimiz varsa bir qəpiyini paylaşa bilərik. Əgər pulunuz onsuz da bir qəpikdirsə onu da özümüzə saxlamaq məcburiyyətində qalarıq. Həyat bir döyüşə çevrildi. Ya öldür ya öl! Həyatda qalmaq istəyiriksə əvvəl mən demək məcburiyyətindəyik. Eşq bu sistemin içində köhnə halıyla yaşaya bilməzdi. O da dəyişdi! Artıq birini seviriksə içinə məntiq qoyuruq. Ancaq bu da dəyişəcək. Ağıl indi ürəyi məğlub etdi amma bir gün gələcək ağılı da başqası məğlub edəcək!

Seva_93

Şərhlər:

  1. BuBLiK dedi ki:

    cox sagol hebyare gore hebyarrerun hamsi ewkdendi=)deyasen ewke duwmusen=))))))))

    Rusi blum3 seni gabahladim=)

  2. Pretty_girl dedi ki:

    cox sagol un xeber cun

  3. BalaM dedi ki:
    Seva xebere gore cox sagol give_rose
  4. ADMIRAL-711 dedi ki:

    cox sag ol xebere gore.

  5. МиниК_Сердце dedi ki:

    мянлик дейил

  6. aznetin_gozeli dedi ki:

    ne qeder agilli olursan ol, sohbet esl sevgiye gelende inanin ki, agil da ona teslim olur….men teslim deyir…

  7. KIVANC dedi ki:

    COX SAG OL.MARAQLIDI

  8. qeribelik dedi ki:

    mence,mentiq daha chox ustunluk teshkil etmelidi.qeyd olunduqu kimi mentiqi arxa plana salmaq aqılsız insanların ishidir.xbr ucun saq ol

  9. Ayselka dedi ki:

    bu xeberı ewıtmıwdım

  10. ...::EMERALD::... dedi ki:

    MARAQLIDIR.SAG OL

  11. DaRk_AnGeL dedi ki:

    cox saol cox beyendim

  12. Single Girl dedi ki:

    chox sagol bacishka xebere gore sevgi haqda hechne yazmiyacam artiq=)

  13. dangerous_angel dedi ki:

    tesekkur edirem

  14. fanya_ya dedi ki:

    oxumusham bunu twk