Sevgi haqqında düşüncələrim

alt

Sevgi qəlbin ən dərin küncündə gizlənib saxlanılan bir səltənətə bənzəyər, kimisi üçün bu səltənət həyat amalı, kimisi üçün sınaq ocağı, kimisi üçün saxtalıq yuvası, kimisi üçün limanına çatmayan uzaqdan göyərtəsi görünən gəmiyə bənzər.

Sevgi qanadsız quş kimi göylərdən havaya buraxılar, kimisi onu tuta bilməyib əlindən buraxar, kimisi yerə düşməyindən hər an qorxaraq ondan yapışar.

Sevgi danışmayan ürəyin titrəyişidir, kimisinə o mahnı oxuyar, kimisinə yas saxlayar.

Sevgi bitməyən sonsuzluğun ümanıdır, sonu olduğu zaman cismi məhv edər, kimisi bu dərdən ölər, kimisi dərdini öldürər.

Sevgi damlalar axıdan gözləri yaşardar, kimisi bu yaşı həyatı boyu anar, kimisi o yaş üçün başqa gözlərdən damar.

Sevgi bir canlıya, bir quşa, bir insana Allah tərəfindən verilən hədiyyədir, kimisi onu yaşayar, kimisi onu yaşadar.

Sevgi sevirəm sözünü dilə gətirməsədə qəlbində həmişə sevirəm deyər.

Sevgi solan ümidlərin son vidasıdırsa, ölən arzuların birincisidir.

Sevgi hiss etməyən üçün mənasız, yaşayıb aldanan üçün acımasız, eşidib yaşamayan üçün müqəddəsdir.

Sevgi S hərifi ilə başlayar “Sən” , İ hərifi ilə bitər “İncimə” deyə.

Sevgi gəlin paltarı həvəsində olan gənc bir qızın qəlbində yaşanılan ülvi duyğudur,gəlmə tarixi gözlənilmədiyi kimi, getmə tarixidə öncədən söylənilməz.

Sevgi gəldiyi istiqaməti unudaraq getdiyi istiqaməti həmişə xatırlayar.

Sevgi bir çiçəyin ətrində, bir quşun lələyində, bir yağışın damlasında, bir dənizin sahilində, bir gecənin işığında amma cüt insanın canında yaşar.

Seva_93

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    SeVgi HeYaTdir SevgisiZ heyat yoxdur…indi hami yazacaq ki sevgi yoxdur… sevgi deyende ele niye axi sevgilini nezerde tutursuz?sevgi var anaya,ataya,vetene,dile,dine,…..,…..,…..,…..,QISACASI bir sozle SEVGISIZ HEYAT YOOOOXDUR!!! XEBERE GORECOX SAG OL ELA applause
  2. BuBLiK dedi ki:

    Sevgi danışmayan ьrəyin titrəyişidir, kimisinə o mahnı oxuyar, kimisinə yas saxlayar.

    Sevgi qanadsız quş kimi gцylərdən havaya buraxılar, kimisi onu tuta bilməyib əlindən buraxar, kimisi yerə dьşməyindən hər an qorxaraq ondan yapışar.

    superrrrrrrrr cox sagol howuma geldi ellarine salik=)


    Sevgi S hərifi ilə başlayar ”Sən” , İ hərifi ilə bitər ”İncimə” deyə.


    bu sozzeride ohirradim=)) blush

  3. BalaM dedi ki:
    Seva xebere gore tShK give_rose
  4. ADMIRAL-711 dedi ki:

    SEVGI hersheydir=)) xebere gore cox sag ol.

  5. Single Girl dedi ki:

    Sevmediyini desende sadece olaraq kimise yandirmaq ucun ….gua…=(((

  6. _Aynur_ dedi ki:
    Sevgi bir cicəyin ətrində, bir quşun lələyində, bir yağışın damlasında, bir dənizin sahilində, bir gecənin işığında amma cut insanın canında yaşar.
    Coooox gozel sozlerdi…xebere gore tewekkurler…
  7. _Cinbala_ dedi ki:
    Cox sagol yene-SEVGI
  8. DaRk_AnGeL dedi ki:

    cox saol cana super xeberdi menim cox xowuma geldi

  9. taliya dedi ki:

    SEVGI INSANI YASAMAGA HEVESLENDIRIR.
    girl_ang geriye baxis hec neyi evez etmir! girl_ang

  10. Ayselka dedi ki:

    Sevgi bir canlıya, bir quşa, bir insana Allah tərəfindən verilən hədiyyədir, kimisi onu yaşayar, kimisi onu yaşadar.

  11. New_Moon dedi ki:

    Sevgi S hərifi ilə başlayar ”Sən” , İ hərifi ilə bitər ”İncimə” deyə.
    Cox Sagol En Coxuda Bu Soze Gore Minnetdaram

  12. МиниК_Сердце dedi ki:
    любовь это бред… Любви нет… это просто оч сильное влечение и страсть .ЕЁ просто придумала наивная молодежь которая верит В любовь. тупо считать что любовь это чувства, которые так дают нам необычную силу.Нет, это глупость, пустые чувства, которые создают помехи в жизни.Нет любви,есть симпатия…привязанность.но не ЛЮБОВЬ.!!!!!!!
  13. dangerous_angel dedi ki:

    hm tesekkurler ama sevgi qokku=)