Ermənistan Aysel və Araşa valeh olub!


Ermənistan Aysel və Araşa valeh olub!


“Avroviziya-2009” müsabiqəsində Aysel və Araşın möhtəşəm çıxışı heç kimi laqeyd qoymamışdır. “Avroviziya-2009” müsabiqəsində Aysel və Araşın möhtəşəm çıxışı heç kimi laqeyd qoymamışdır. Ermənistan da Azərbaycan duetinin çıxışına valeh olmuşdur. Özü də bu, təkcə “şüursuz” erməni gənclərinin alın təri ilə qazandıqları dramları Azərbaycana səs vermək üçün xərcləməsi ilə ifadə olunmur. Ermənistanda səsvermənin nəticələrini elan edən müsabiqənin keçənilki iştirakçısı Siruşo əlində Azərbaycana sevgi və Aysel ilə Araşın çıxışına heyranlıq ifadəsi kimi, üstündə Azərbaycan mədəni abidəsi – “Biz və bizim dağlar” abidə kompleksi əks olunmuş bloknot tutmuşdu. Arxa plandakı elektron tabloda da həmin şəkil görünürdü. Şübhəsiz, bu abidənin vətənini təmsil edən Azərbaycan duetinin çıxışı, həqiqətən, təkrarolunmaz idi! Ümumiyyətlə, qonşularımızın zövqünə söz ola bilməz. Onlar öz hisslərini geniş ifadə etməyi bacarırlar. Məsələn, Sovet hakimiyyəti illərində Ermənistan SSR-nin gerbi yaradılarkən müəlliflər türklərə məhəbbətlərini gizlədə bilməmiş və Türkiyənin rəmzi olan Ağrı dağını gerbə daxil etmiş və bununla da uzun əsrlər tərkibində yaşadıqları ölkəyə səmimi münasibətlərini bildirmişlər. Ümidvarıq ki, gələn il Arşakyan bacıları Ermənistanda səsvermənin nəticələrini elan edərkən növbəti dəfə Azərbaycana məhəbbətlərini ifadə edərək üstündə Təzəpir məscidi, Qız qalası, hətta Azərbaycanın üçrəngli bayrağı əks olunmuş plakat qaldıracaqlar. Öz tərəfimizdən Azərbaycanın mədəni abidələrini dünya televiziya ekranlarında təbliğ etdiyi üçün Siruşoya (daha doğrusu, bu ideyanı ona təklif edənlərə) dərin təşəkkürümüzü bildiririk.

HosT (aLLiAnCe)

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Xebere gore, Cox saq ol dostik

  2. AYSANKA dedi ki:

    maraqlidi…….thank

  3. Devil_666 dedi ki:

    ayselin gozelliyine 1ci yer duwurdu

  4. MILAQROS dedi ki:

    Devil_666,
    ireful

  5. weytAnO4kA dedi ki:

    maragliidi cox sagol!

  6. IzYuMinKa dedi ki:

    spas za interesnuyu novost smile

  7. HosT (aLLiAnCe) dedi ki:

    Sitat: Devil_666
    ayselin gozelliyine 1ci yer duwurdu


    onsuzda avroviziya gozeli cixdida birinci yere aysey cixdi gozelliyie gore