Şou-biznes və siqaret

alt

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunmasına tərəfdar çıxanların sayı artır.

Xatırladaq ki, hətta bununla bağlı Azərbaycan parlamentində ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyacaq qanun layihəsi ətrafında müzakirələr də aparılıb.

Trend Life Azərbaycanın şou-biznes əhli arasında kimin siqaret çəkib-çəkmədiyini müəyyənləşdirmək üçün sorğu keçirib.

Məlum olub ki, «təcrübəli siqaret çəkən» xalq artisti Faiq Ağayev demokratik ölkədə belə qanunların qəbulu zamanı əhalinin bütün təbəqələrinin maraqlarının nəzərə alınmalı olduğunu düşünür. Bununla yanaşı, müğənni bu pis vərdişi tərgitməyin vacibliyinə də əmindir.

Meyxanaçı Namiq Qaraçuxurlu isə siqaretdən uzaqdır. O, siqaret çəkməklə «həm canına, həm də cibinə zərər vuran insanlara» görə, təəssüflənir: «Siqaretin qadağan olunması haqda qanun hələ bir neçə il əvvəl qəbul edilməli idi».

Müğənni Xuraman Şuşalı da siqaret çəkmir və yanında kiminsə bunu etməsinə pis yanaşır. İfaçı xüsusilə, siqaret çəkilən otaqda oxumağın çətin olduğunu söyləyib.

Müğənni Rüfət Mehtiyev özü siqaret çəkən olsa da, parlamentin ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunu qəbul etməsinə tərəfdardır.

Şou-biznes aləmində bu pis vərdişdən əziyyət çəyən daha bir nümayəndə klipmeyker Aqil M.Quliyevdir. O, günə təxminən 1 qutu siqaret çəkir və buna hələ 16 yaşında olarkən başlayıb. Aqil siqareti tərgitmək fikrində olmadığını da bildirib…

Aktyor Coşqun Rəhimovda isə vəziyyət fərqlidir. O, siqaret çəkən olsa da, yaxın zamanlarda bu vərdişi tərgitməyə hazırlaşır. Həm də növbəti dəfə… «Artıq bir neçə dəfə cəhd etmişəm. Amma alınmayıb. Bu vərdişi tərgitmək çox çətindir», – deyə aktyor bildirib.

Müğənni Röya Ayxan isə əvvəllər siqaret çəksə də, sonradan onun «daşını atıb». O, əvvəllər günə 1 qutu, sonra isə 3 günə 1 qutu siqaret çəkib. Siqaret çəkən qadınların xərçəng xəstəliyinə daha çox tutulması haqda məlumatlardan qorxuya düşən müğənni sonda bu vərdişdən birdəfəlik imtina edib.

Müğənni Ruhi ümumiyyətlə siqaret çəkmir, Nadir Qafarzadə isə hansısa problem haqda düşünən zaman buna əl atır. Amma sonradan siqaret çəkdiyi üçün özünü danlayır.

...::EMERALD::...

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    eziyyete gore cox sag ol…
  2. aznetin_gozeli dedi ki:
    Iradesi guclu olan insan hec vaxt siqara cekmez .ne kisi ne qadin ferq etmez..
    men iki halin da olmasina pis baxiram..umumiyytele qadagan olunasi bir seydir, amma mumkunsuz , cunki bu siqara biznesinden qazananlar var:)
  3. МиниК_Сердце dedi ki:

    ПРОЧЛА, СПАСИБО. КУРЕНИЕ ВРЕДИТ ЗДОРОВЬЮ И ЭТО НЕ ЭТИЧНО

  4. ADMIRAL-711 dedi ki:

    Sitat: Single Girl
    Maraqlanmiram bunlarla Mene ne cekirler ceksinlerde


    ya_za

  5. BalaM dedi ki:
    xebere gore cox sagol give_rose
  6. Pretty_girl dedi ki:

    xeber cun tewekkur;er

  7. merry-girl dedi ki:

    tewekkurler xebere gore

  8. fanya_ya dedi ki:

    Chox saq ol maraqli xabra gora gul

  9. KIVANC dedi ki:

    SUPER XEBERDI.SAG OL

  10. Ayselka dedi ki:

    zehlem gedır sıqaret cekenlerden fuuuuuuuuuuu

  11. BuBLiK dedi ki:

    ohlan cekmeyne elyade pis bahmiram amma qiz cekmegne coxxxxx pis bahiram howum gelmir vapwe sigaretten!!
    Namig kiwi adamidi!!!=)
    cox sagol canim hebyare gore=)

  12. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…

  13. Gunes dedi ki:

    siqaret insani mehv edir ne qeder uzaq dursaq o qeder yaxwi olar.tewekurler xebere gore

  14. dangerous_angel dedi ki:

    tesekkurler

  15. Seva_93 dedi ki:

    cox saq ol tesekkurler

  16. _Cinbala_ dedi ki:

    hmmmm cox sagol

  17. Single Girl dedi ki:

    Maraqlanmiram bunlarla Mene ne cekirler ceksinlerde gua onlar bilmirlerki siqaret ziyandi

  18. DaRk_AnGeL dedi ki:

    tewekkurler xebere gore

    tewekkurler xebere gore

  19. BEAUTIFUL_LIFE dedi ki:

    siqaret????????????? fuuuuuuuuuuu zeher aramizda kimse siqaret cekir?ceken varsa ayib olsun forgenc ailesine bele bir hereket yarawmazzzz

  20. Optimist... dedi ki:

    SIQARET CEKMEYIN. CUNKI SON PESMANCILIQ FAYDA VERMEZ…