Şahmat haqqında

Şahmat haqqında
Şahmat
haqqında müxtəlif rəvayətlər olsa da, bu sirli oyunun ilk dəfə bu
eranın 570-ci ilində Hindistanda meydana gəldiyini güman edirlər.


Digər
tərəfdən, şahmatla bağlı ilk yazılı sənədlər də Hindistanla bağlıdır.
Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya
yayıldı. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi.
Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı.

Əvvəllər
şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki
uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini
artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda
(1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə
qədər bu qaydalar olduğu kimi qalır.

İspaniyadan sonra İtaliya,
Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox
sürətlə yayılmağa başladı. 19-cu əsrin sonlarında isə artıq şahmatın
ilk “ulduzları” məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits.
1850-ci illərdən başlayaraq, ilk peşəkar turnirlər keçirilməyə
başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı
Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits
bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.

Bəzi
sənədlər şahmatın hindistanlı bir alim tərəfindən kəşf olunduğunu
göstərir. Alim bu oyunu kəşf etdikdən sonra şaha hədiyyə edir. Şah bu
hədiyyədən razı qalır və: “Oyunu bəyəndim, buna görə məndən nə
istəyirsən?” – deyə soruşur. Alim: “Bir qədər buğda istəyirəm”, – deyə
cavab verir. Sonra isə: “Şahmat taxtasının birinci xanası üçün 1, 2-ci
xanası üçün 2, 3-cü xanası üçün 4 və hər sonrakı xana üçün əvvəlkindən
iki dəfə çox buğda istəyirəm”, – deyir. Şah onun kimi uca və qüdrətli
bir hökmdardan bu qədər az buğda istədiyi üçün alimə qəzəblənir və ona
dərs vermək üçün əyanlarına: “Onun dediklərini hesablayın və artıq bir
dənə də buğda verməyin”, – deyə tapşırır. Hesablamaya başlayanda ilk
xanalar rahat gedir: birinci xanaya bir, ikinci xanaya iki, üçüncü
xanaya dörd buğda… Ancaq 10-cu xanaya çatanda 1023 buğda vermək lazım
gəlir. Bu isə orta hesabla bir ovuc buğda demək idi. Əyanlar hesabın
axıra kimi belə gedəcəyini və alimə ən çoxu bir kisə buğda
verəcəklərini düşünürdülər. Çünki 15-ci xanaya cəmi bir kiloqram yarım
buğda düşürdü. 25-ci xanaya bir ton yarım buğda düşəndə də əyanlar
təəccüblənmədilər. Ancaq 31-ci xanaya çatanda bu işin heç də zarafat
olmadığını başa düşdülər. Çünki onların alimə verməli olduqları
buğdanin miqdarı 92 ton idi. 49-cu xanaya çatanda şahın verməli olduğu
buğdanın miqdarı 24 milyon ton təşkil edirdi. Bu isə orta hesabla bir
ölkənin illik buğda istehsalından təqribən 15 dəfə çox idi. 54-cü
xanada artıq 771 milyon ton buğda lazım idi. Bu isə bütün dünyada il
ərzində istehsal olunan buğdanın 1,5 misli demək idi. Hesablamaların
sonunda (yəni 64-cü xanada) alimə veriləcək buğdanın miqdarının bugünkü
rəqəmlərlə dünyanın 1500 illik buğda istehsalına bərabər olduğu məlum
oldu. Üstəlik, bu qədər buğdanı yetişdirmək üçün dünyadan 64 dəfə böyük
bir əraziyə ehtiyac var idi. Beləliklə, şah alimi təbrik etdi və onun
elmi qarşısında nə qədər gücsüz olduğunu başa düşdü

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Admin dedi ki:

    Wahmati cox sevirem oynamagi super oyndur.guman edirem melumaylar sizin ucun faydali oldu

  2. Avtosh_227 dedi ki:

    cox sagol qaqam.maraqlidir.

  3. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram size

  4. _Aynur_ dedi ki:

    cox sag ol maraglidi

  5. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  6. CooL_Man dedi ki:

    bilirdim teshekkurler!