İstəmirəm!!!

alt

İstəmirəm!… istəmirəm bu dünyada əl-əxsus da ki, indiki zamanda ailə həyatı qurmaq… İstəmirəm toy günümə yığışan yalançı simaları görmək (üzdən mənim üçün sevinirmiş kimi görünsələr də, əslində içlərində başqa fikirlərlə məcburi oturanlar, sanki güclə saxlıyan varmış kimi, zamanlarının, yəni toyun nə vaxt bitəcəyini və nə vaxt çıxıb gedəcəklərini gözləyənləri görmək istəmirəm)… İstəmirəm ünvanıma səslənən yalançı təbrikləri… İstəmirəm toy bitdikdən sonra sevinclə yola salan simaları (əslində isə “bunu da yola verdik, bu da getdi” deyə düşünənləri) görmək… İstəmirəm ailədə yaranan münaqişələri və ailə xatirinə nələrdənsə keçməyi, nələrisə qurban verməyi, məcburi nələrəsə qatlanmağı (istərəm həqiqi anlayış göstərilməsini, ortaq məxrəcdə razılaşıb anlaşaraq mehriban yola getməyi, həqiqi hörməti, sevgi və sayqıyı) görmək…

İstəmirəm bu dünyaya , indiki zamana övlad gətirməyi… İstəmirəm ailədə, ata ilə ana arasında yaranmış münaqişəyə, mübahisəyə, hansısa davaya övladların şahid olmağını. İstəmirəm valideyinlərin səhvinin, onların mübahisəsinin nəticəsini, sonucunu, cəzasını uşaqların çəkməyini… İstəmirəm valideyinlərinin ayrılığının acısını uşaqların çəkməsini… İstəmirəm buna görə uşaqların özlərini günahlandırmalarını, istəmərəm bunun fəsadlarını onların ödəmələrini, istəmərəm buna görə acı çəkib məyus olmalarını, bu dünyaya gəlmələrinə görə peşmançılıq çəkmələrini… İstəmirəm valideyinlərə görə uşaqların əzab çəkmələrini görmək…

İstəmərəm bu dünyaya qız uşağı gətirməyi… İstəmərəm (bir zaman məni aldatdıqları kimi) onu da aldatmalarını görmək, ona ümid verilməsini, bu ümidlərlə xəyallar qurmağını, sonra da ümidlərinin puça çıxmasını, istəmərəm (mənim kimi) göz yaşlarına qapılmasını, istəmərəm kiməsə görə acı çəkməsini, istəmərəm özünü deyil də saflıqla başqasını düşünüb onun dərdini çəkməyini, istəmərəm kimisə sevib də onun tərəfindən xəyanətə uğramağını, istəmərəm üzdə həqiqi, gerçəkdə isə yalançı dostlar tərəfindən arxadan vurulan zərbələrə məruz qalmağını, istəmərəm dünya haqsızlıqlarına görə həyatdan küsməyini, hər şeyə nifrət etməsini, tənhalığa qapılmasını, göz yaşı içində boğulmağını görmək…

İstəmərəm valideyin şəvqətindən uzaq qalmağını, sevgiyə, nəvazişə ehtiyac duyduğunda onu görməməsini və buna görə özünə qapanmasını, bir sığala möhtac olmağını, bir “necəsən?” sualına, yəni diqqətə möhtac qalmağını, qısaca istəmirəm qızımın olub da mənim həyatım kimi həyatının olmasını, o cür məcburi yaşamasını görmək…

İstəmirəm bu dünyaya oğlan uşağı gətirmək… İstəmərəm oğlumun avara, hörmətsiz, sayqısız, əhlikef, nadinc, yaramaz, ümumiyyətlə pis vərdişli biri olmasını görmək… İstəmərəm pis işlərə yönəlməsini (siqaret çəkməsini, içki içməsini, daha da qorxunc və pis vərdişlərə yoluxmasını)… İstəmərəm oğlumun olub da (indiki çoxu oğlanlar kimi) qızların qəlbini qırmasını… İstəmərəm oğlumun qızları aldatmasını, onlara yalanlar deyib ümidləndirməsini, sonra da ümidlərini puç edib üzməsini… İstəmirəm oğlumun bu cür haqsız olmasını… İstəmərəm oğlumun valideyninə qarşı soyuq münasibətinə şahid olmağı…

İstəmərəm oğlumun sadəcə əyləncə xatirinə yaşamağını. İstəmərəm gəlinin sözüylə oğlumun valideyinlərinə qarşı haqsız hərəkətlərini görməyi… İstəmərəm indiki çətin həyatda ailəni dolandırmaqdan ötəri yaşanan çətinliklərə şahid olmağı… İstəmirəm bu cür çətinliklə və problemlərlə dolu bir ailəni…

QINANILSAM DA İSTƏMİRƏM!!!

Zvezda

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    evvela FORGENC ailesine xow gelmisiz…ilk xeberiniz xeyirli ugurlu olsun…))..xebere geldikde cox elaaa sozleri var heqiqetende suppbbaa)))
  2. ::HappilY:: dedi ki:

    maraqli xeberdi cox sagol…

  3. meleyim dedi ki:

    axi bunlarsizda olmur heyat.host-un bir mahnisinin sozlerine oxsadi

  4. VERY_SHY dedi ki:

    ela sozderdi.duppeduz

  5. МиниК_Сердце dedi ki:

    aydaaaaa(((( coxxxxxxxxxxxxx gozəl sozlərdir(((( cox sag ol cry

  6. DaRk_AnGeL dedi ki:

    cox saol xebere gore

  7. BLACK STAR dedi ki:

    dik dik.)))xog priwolsuz..))))))))))))xemwe siz gelesuz))))))))))))xeberde superdi…amma oxumadim.)))))))))))))))))

    ZakonLubvi

    sen duzelmiyessen….!!!!!!!!!
  8. ADMIRAL-711 dedi ki:

    ela cox sag ol xebere gore.

  9. ZakonLubvi dedi ki:

    oyyyyyyyyyy mamacannnnnnnnnnnnn bash

  10. BalaM dedi ki:
    Forgence xow gelmisen..Xebere gorede tShK give_rose
  11. Gunes dedi ki:

    xow gelmisiz.cox maraqli xeberdi.istemirem ylandan dostum olsun.

  12. dangerous_angel dedi ki:

    tesekkurler superr

  13. New_Moon dedi ki:

    İstəmirəm!…Artiq Mende Isdemirem Cunki????
    Xebere Gore Cox Sagol Ela

  14. Single Girl dedi ki:

    shirin xosh gelmisen ailemize=)))Xebere geldikde ise chox beyendim Sozleri necede heqiqetleri eks etdirir..Men deyerdim Her sozunde bir mena var…

  15. taliya dedi ki:

    Soylediylerinin coxunu mende istemirem amma ne edek istemrem demekle deyil
    tesekkurler applause

  16. BuBLiK dedi ki:

    uje demiwtim bide deyim HOWWWWWWWWWWW gelmisen saytmiza=)
    Birinci hebyarun MUBIWTI=)
    Ela hebyardi arada mendedya olur bir an HECNE ISTEMIREM BEZIREM!!!
    cox sagol Zvozdochka=)