Şou Biznesdən Son Xəbərlər WwW.ForGenC.Net saytinda

Şou Biznesdən Son Xəbərlər WwW.ForGenC.Net saytinda

Aysel Teymurzadə: “Bu dəqiqə təhsilim hər şeydən vacibdir”

“Araşın bəstələdiyi mahnıları oxuyacağam”

Moskvadakı 54-cü “Eurovision” yarışmasının 3-cüsü olan Aysel-Araş cütlüyünün işbirliyi davam edəcək. SİA-nın məlumatına görə, Aysel yarışmada türk dünyasından da tam dəstək aldığını bildirib.
Azərbaycan Dillər Universitetindəki (ADU) təhsilinin hər şeydən vacib olduğunu söyləyən Aysel, təhsillə bərabər musiqi ilə də məşğul olacağını qeyd edib. “ Önümüzdəki günlərdə çox yaxşı işlər görəcəyik”, – deyən 20 yaşlı müğənni Araşın bəstələdiyi mahnıları ifa edəcəyini vurğulayıb.

Araş Azərbaycanda evlənmək istəyir

“Bizi musiqi birləşdirir. İfa etdiyimiz mahnılar bir-birinə yaraşır”

Müğənni Araş “Eurovision 2009” mahnı müsabiqəsində birgə çıxış etdiyi Aysel Teymurzadə ilə münasibətlərinə aydınlıq gətirib.
Mənbələrin məlumatına görə Araş nişanlı olduğunu açıqlayıb. O, toyunun gələn il baş tutacağını bildirib.
Əslən İrandan olan müğənni hətta toyunu Azərbaycanda keçirməsinin mümkünlüyünü də dilə gətirib. Bununla yanaşı, Araş Ayselə simpatiyasının olduğunu vurğulayıb: “Ayseli özümə dost bilirəm. Bizi musiqi birləşdirir. İfa etdiyimiz mahnılar bir-birinə yaraşır”.

Türk müğənnisi Hadisə menecerindən ayrılıb

Menecer sənətçi ilə birgə işləməkdən imtina etdi

“Eurovision” 2009 musiqi müsabiqəsində Türkiyəni təmsil edən Hadisə menecerindən ayrılıb. Menecer Süheyl Atay müğənni ilə işləməkdən imtina edib.
“Eurovision” musiqi yarışması müddətində verilən şərtlər və tənqidlər üzündən bundan sonra Hadisənin menecerliyini etməyəcəm”, – deyən S.Atay bildirib ki, bu müddətdə Türkiyədə bənzəri olmayan məşqlər keçirilib və bütün bunlar daxili maliyə vəsaiti hesabına həyata keçirilib.
“Bu müddətdə bizə təklif olunan 120 konsertdən imtina etdik. Yüksək səviyyədə ölkəsini təmsil edərək 4-cü olmasına baxmayaraq, gənc sənətçini komandası ilə birgə tərk edirəm”, – deyə menecer bildirib.

esmeralda

Şərhlər:

  1. weytAnO4kA dedi ki:

    goodgood xebere gore cox sagol!

  2. O_Z_I_L dedi ki:

    TWK EDERIM YANI

  3. Бакинка dedi ki:

    saol xebere goreeee

  4. Avtosh_227 dedi ki:

    tewekkurlerrrrrrrrrrr

  5. simon666 dedi ki:

    SUPER MARAGLI smiles

  6. VeFaSiz_Giz dedi ki:

    Shou biznesle maraxlanmiram

  7. Admin dedi ki:

    esmeralda,
    imzani deyiwdir dostik oldumu??

  8. esmeralda dedi ki:

    muellife xususi tesekkurler uzune demek olmasina mma super qizdiyeeee 🙂

  9. Admin dedi ki:

    weytAnO4kA,
    ya_za yerivar Hec bunlari bilmirdim 🙂