Virtual Sevginin Gətirdiyi Bədbəxtlik

Virtual Sevginin Gətirdiyi Bədbəxtlik



İki il bundan əvvələ kimi Rusiyada yoldaşım və iki uşağımla birgə yaşayırdım.Bir gün evdə işimlə əlaqədar internetdə bəzi hüquqi saytlara baxırdım(vəkiləm).Birdən bir nəfər mənim e-mail adresimə yazdı,yəni belə şeylər çox olurdu.Həmişə əhəmiyyət verməsəm də,bu dəfə mən də cavab yazdım.Beləliklə,onunla tanışlığım başladı.Həmin gün telefon nömrəsini mənə yazdı,mən də ona verdim.Və o,Azərbaycanda,mənsə Rusiyada mesajlaşmağa başladıq.Artıq günlər keçirdi.Bir-birimizə elə bağlanmışdıq ki,bir an belə mesaj və yaxud telefon zəngləri susmurdu.O məni,mən də onu virtual görmüşdük.Artıq3 ay idi ki,tanış idik,biz ailəvi Gəncəyə gələsi olduq.And olsun ki,o,Azərbaycana gəldiyimdən xəbərsiz idi.Artıq mən əzab çəkirdim…..Çünki onun məni dəli kimi sevdiyini bilirdim.Görüşdük,mənim öz evimdə.Böyük risk idi,mənim ölümümlə nəticələnən risk!Allaha qurban olum,məni saxladı,o gün yoldaşım heç nə bilmədi.Nə isə,o gəldi.Mən o görüşü bütün təfərruatı ilə yazmıram,sadəcə deyirəm ki,əsl sevənlər bilir bu necə görüşdür:göz yaşı,sevgi,ehtiras bir arada…Artıq imkan olduqca görüşürdük.Vaxt keçirdi.Biz Rusiyaya qayıtmalı idik.Mən ölümümə razı idim,amma ora qayıtmağa yox.Çünki nə o məni buraxardı,nə də özüm getməzdim.Mənim istəyimlə yoldaşım da qaldı,uşaqları Azərbaycanda məktəbə düzəltdik.İşimi də bura köçürtdüm.Artıq o,məndən uşaq istəyirdi,mənsə yox.Böyük risk altında onunla görüşürdüm.Bu əlaqəmizi onun anası və bibisi bilir,etiraz etmirdilər.Mənim ailəmdə nələr baş verirdi,dəhşət idi!Ərim məni sevir,mənsə onu görmək istəmirdim.Nə isə…Artıq 6 ay idi ki,görüşürdük.O mənə çox yalvarırdı ki,bir uşağımız olsun.Buna etirazım yox idi,lakin onunla ilk dəfə intim əlaqədə olan gündən yoldaşımla intim əlaqəni tam kəsmişdim(müxtəlif xəstəliklərə düçar olduğumu uydurmuşdum).Çünki mən ancaq onunam!Buna görə dünyaya necə uşaq gətirə bilərdim?Çox çətin idi mənə.Artıq bir gün hamilə olduğumu bilib,şoka düşdüm.Qabaqda ailəm: 12 və 8yaşlı iki övladım,həyat yoldaşım….Nə deyərdim bu uşaq hardan oldu desəm?Bir gün yoldaşım toydan içkili vəziyyətdə gəlmişdi.Səhər ayılanda birgə olduğumuzu dedim.Bir müddətdən sonra hamilə olduğumu dedim.Sevindi uşaq kimi…O yazıq necə sevindi,bunu gözlə görmək lazım idi.Dillə ifadə olunmaz!Aylar keçdi,ötən ilin oktyabrında sevdiyimidən bir oğlum dünyaya gəldi.Bir bilsəydiniz onun sevincini!Artıq oğlumuz 7aylıqdır.Görüşürük,uşağı tez-tez görür,zorla ayrılır ondan.Artıq o,mənsiz,mən də onsuz dözə bilmirik.Ailəmi dağıtmaq istəyirəm!çox çətindir belə yaşamaq.Sevgilim subay oğlandır,məndən 5 yaş kiçikdir.Onun həyatının ilk qadını mən olmuşam

Allah Heç Kimin Ağlını Başından Almasın Amin, İnşallah!!!

esmeralda

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Virtual Sevgiyə Gцrə Ailəni Dağırtmaq Olarmı?

    Olar, Ozude cox yaxwi ayle gurmaq olar !!!

    Ailəli İnsanın Əyləncə Axtarması Nəyə Gərəkdir ?

    Sizcə bu nə dərəcədə dьzgьndьr?

    Sozlerim xetirine deymesin, men oxudum bu xeberi yoxlayanda,
    Men onu deye bilerem ki Aylesi olan insan bele elemeli deyil, Bu duzgun deyil axi, Senin aylen var sen oz ayleni oz ovladlarini fikirewmelisen, eger aylen i ovladlarin olmasayd olardi, amma senin aylen var, i mence bu duzgun deyil, Sen gerek evvelden deyeydin ki senin aylen var, i bele bir yaxinlik mence duzgun deyil !!!
    Eger sozlerim xetrine deydise uzr isteyirem.

  2. star dedi ki:

    vallah men bunu oxudum lap esebleshdim.bunun harasi sevgi olur?mence bu dupeduz exlaqsizliqdi.evvela \"ANA\"liq hissinin ne demek oldugunu bilen qadin bucur wey elemez.insanlar hisslerinin esiri olur,sonra da deyir \"sevgi\".mence insan oz taleyini ozu yazir.bu qadinin ise o korpelerinin uzune nece baxmasi mene coox maraqlidir.bu qadin ne ana adina ne de bir \"xanim\"adina layiq deyil,ele o oglan da bunnan beter.yuva dagidanin yuvasi olmaz.hem de bu dunyanin o bir yani da var axi…….

  3. simon666 dedi ki:

    1ci ayib olsun
    2 sen ana deyilsenmis
    3 erin seni seve seve sen onu aldatdin basina gelsin
    4 bes deyirsiz oglanlar vefasiz olur????????

  4. star dedi ki:

    Sitat: simon666
    1ci ayib olsun
    2 sen ana deyilsenmis
    3 erin seni seve seve sen onu aldatdin basina gelsin

    bu 3 fikrinle 100%raziyam.4cu fikre gelince ayriseckilik salma.cunki vefasizliq her yerde vefasizliqdir.o oglana qiza,kiwiye yaxud qadina baxmir.hec de her weyi hamiya aid etme.

  5. avtoritetka dedi ki:

    olmaz bele hereket elemek!!!!!evvelden o gorende ki,cox baglanir hemin adama gerek ayrilardi,cunki onun ailesi vardi!!!!aile dagidilmaq ucun qurulmur!!!!inanmiram ki, bu sevgi olsun!!!en azinnan ehtiras olub…..vessalam!!!!!!!