Kişilər Kimə Qadınım Deyər?

Kişilər Kimə Qadınım Deyər?

Kişilər Kimə Qadınım Deyər?

Bir kişinin həyatına kim bilər neçə qadın girər və çıxar? Hansına sevgilim, hansına qadınım deyə xitab
edər görəsən? İkisinin arasında nə fərq var deyəcəksiniz. çox fərq var. Bir kişinin həyatına girən qadınların hamısı sevgilidir. Amma bir dənəsi vardır ki ona yalnız “QADINIM” deyə xitab edər. Sevgilim dediyi, günlərini gün etdiyi, xoş vaxt keçirdiyi, bəzən boşluğunu dolduran, bəzən hüznünü paylayan, bəzən onu əyləndirən, bəzən onu dərdlərindən uzaqlaşdıran ya da boş zamanlarını doldurandır. Hətta onunla evlənə bilər belə. Uşaqları belə olar. O artıq uşaqlarının anasıdır. Bir insan olaraq onu sevər. Ona zərər gəlməsini istəməz. Bir zaman sevgilim dediyi indi rəsmi olaraq arvadıdır.
Bir kişi “qadınım” deyə xitab etdiyi zaman ona yüklədiyi məna tam fərqlidir. Onun içində şəfqət, sevgi, eşq, sahiblənmə, qısqanclıq, onunla qürur duyma, qoruma hissi və kimsəylə paylaşa bilməmə vardır. Artıq dünyaya səbəb gəldiyini bilir. Həyatının mənas(n)ı vardır artıq. Axtardığı yalnız odur. Onu tapmaq və onunla yaşamaq üçün doğulmuşdur. Onun olmadığı bir həyat düşünə bilməz. çox əmindir, tanrı onu yalnız öz üçün yaratmışdır. Dünyada bir tək o və özü vardır. Onun üçün canını verə bilər. Bu eşqdən də kənar bir şeydir. Bu bir ehtirasdır. Bu məntiqin bitdiyi yerdə başlayan bir duyğudur. Bu qadınım dediyi adamın rəsmi nigahlı arvadı olması şərt deyil. Amma zaman zaman arvadım deyə belə xitab edər.
Görüldüyü kimi kişilər yalnız nigahlı arvadlarına qadınım və arvadım sözlərini istifadə etmirlər. Bu tam fərqli bir duyğu. Bunun adı eşq. Təbiət üstü bir duyğu. İnsanın bədən kimyasını dəyişdirən, ruhunda vulkanların partlamasına səbəb olan bir duyğu. Onu tapdıqdan sonra itirmək isə çox ağrı verər.

PS: Booyy son zamanlar bu kisilerden ne cox yazdim ee 🙂

meymunka

Şərhlər:

  1. meymunka dedi ki:

    MILAQROS,
    sposibo)))

  2. Admin dedi ki:

    Bunlar hamsi zamanola olan weylerdir.Men bawqalarini bilmirem kiwinin heyatinda ne qeder qadin olur.Amma men onu biliremki menim sevdiyim isnan menim canimda qanimda olur ve o xanimda ele bir insan olmalidirki menim onu sevdiyimdende delicesine meni sevsin.O zaman sevgi hec vaxt olmur.Esl sevgi dost olaraq tapilir dost olub dost dediyin insani yaxindan taniyirsan ona yaxin olursan komek eleyirsen cetin aninda yaninda olursan eger o insan anlasaki sen onun heyatinin menasisan o zaman SEVGI ADLI BIR MELEK HER IKISININ UZERINE QONURR.elbet menle razi olarsiniz

  3. simon666 dedi ki:

    ssssssseeeeeeeeeeevvvvvvvggggggggiiiiiiiiiii yyyyyyyyyyyyyoooooooooxxxxxxxddddddddddduuuuuuuuuurrrrrrrrrrrrr.