Təyəmmüm almağın qaydaları


alt

Təyəmmümdə dörd şey vacibdir:


1.Niyyət (niyyətin dilə gətirilməsi vacib deyil, qəlbdən keçsə də kifayət edər)
2.İki əlin içini, təyəmmümün səhih olduğu şeyə vurmaq.
3. İki əli birlikdə alnın tük bitən yerindən iki tərəfinə çəkmək.
4. Sol əlin içini sağ əlin üstünün hər yerinə və sağ əlin içini sol əlin üstünə eyni qaydada çəkmək.


Təyəmmümün vacib olduğu hallar
a) dəstəmaz və qüsl almaq üçün lazım olan suyu tapmaq mümkün olmadıqda;
b) qocalıq, təhlükə və bu kimi səbəblər üzündən suyu əldə etmək mümkün olmadıqda;
c) su insanın səhhətinə zərər verəcəyi və ya sudan istifadə etməklə xəstələnəcəyi təqdirdə. Lakin isti su olduqda ondan istifadə etmək lazımdır.
ç) sudan istifadə etməklə insanın özü, yaxınları, eləcə də özünün və başqalarının istifadə etdikləri heyvanların susuzluqdan tələf olacağı təqdirdə
d) bədən və ya paltar nəcisə bulaşdığı və suyun yalnız bədəni və ya paltarı yumağa kifayət edəcəyi təqdirdə. Əgər təyəmmüm almaq üçün bir şey olmasa, o suyu dəstəmaz və ya qüsl üçün istifadə edib namazı nəcisli paltar və ya nəcisli bədənlə qılmalıdır.
e) istifadəsi haram olan qab və ya sudan, başqa qab və ya su olmadığı təqdirdə
ə) vaxt az olacağı təqdirdə. Yəni qüsl və ya dəstəmaz alındığı və namaz qəzaya getdiyi təqdirdə.


Təyəmmümün səhih olduğu şeylər
Pak olan torpaq, qum, daş-kəsək, bişmiş palçıq (kərpic, kuzə və s.). İnsan susuz çöllükdə olduqda su tapmağa ümidini itirənə qədər su axtarışında olmalıdır. Dörd tərəfdən heç birində su olmadığına əmin olduqda isə axtarış aparmağa lüzum yoxdur. Namaz vaxtına kifayət qədər çox vaxt qaldıqda və su axtarışı insanı zəhmət və çətinliyə salmadıqda uzaq məsafəyə getməli, dəstəmaz və ya qüsl almalıdır. İnsan özü su axtarışına çıxa bilməsə, bu işi etibar etdiyi başqa bir şəxsə də tapşıra bilər.


Təyəmmüm ardıcıl olaraq yerinə yetirilməli və arada fasilə verilməməlidir.
Dəstəmazı pozan hallar təyəmmümü də pozur.
Dəstəmaz əvəzi ilə qüsl əvəzi arasındakı fərq onların niyyətindədir.

ADMIRAL-711

Şərhlər:

  1. _Aynur_ dedi ki:

    ADMIRAL-711 cox saq ol lazimli melumata gore…Allah razi olsun…

  2. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  3. ceka dedi ki:

    Teskkurler ALLAH razi olsun

  4. _AyDaN_ dedi ki:

    ALLAH RAZI OLSUN AMIN XEBERE GORE TKR

  5. New_Moon dedi ki:

    Xebere gore Cox Sagol Allah Razi Olsun<

  6. taliya dedi ki:

    Teskkurler ALLAH razi olsun
    bayaca geriye baxis hec neyi evez etmir! bayaca

  7. gulshan dedi ki:

    cox saq ela xeberdi… ellerine saqliq

  8. Dj_Robot dedi ki:

    Allah razi olsun tewekkur

  9. ADMIRAL-711 dedi ki:
    rey yazan elleriniz yorulmasin.
  10. BalaM dedi ki:
    ADMIRAL-711 xebere gore cox sagol Allah razi olsun
  11. МиниК_Сердце dedi ki:

    Təyəmmьmьn səhih olduğu şeylər
    Pak olan torpaq, qum, daş-kəsək, bişmiş palзıq (kərpic, kuzə və s.). İnsan susuz зцllьkdə olduqda su tapmağa ьmidini itirənə qədər su axtarışında olmalıdır. Dцrd tərəfdən heз birində su olmadığına əmin olduqda isə axtarış aparmağa lьzum yoxdur. Namaz vaxtına kifayət qədər зox vaxt qaldıqda və su axtarışı insanı zəhmət və зətinliyə salmadıqda uzaq məsafəyə getməli, dəstəmaz və ya qьsl almalıdır. İnsan цzь su axtarışına зıxa bilməsə, bu işi etibar etdiyi başqa bir şəxsə də tapşıra bilər.

    applause
  12. morgan dedi ki:
    eladir
    bezilerini bimirdim
    amma indi deqiq emin oldum
  13. DaRk_AnGeL dedi ki:

    cox saol cox maraqli idi

  14. BuBLiK dedi ki:

    ALLAH razi olsun senne Bratiwka!!

  15. dangerous_angel dedi ki:

    TeSEKKurLEr mArAqLiDi ALLAH RaZi olSuN

  16. _Cinbala_ dedi ki:
    Cox sagol Allah razi olsun!
  17. Miss_Azericka dedi ki:

    ALLAH razi olsun.Tesekkurler xebere gore.

  18. VERY_SHY dedi ki:

    coxsagol ela xeberdi.Allah razi olsun

  19. Single Girl dedi ki:
    Chox Sagol Allah razim olsun bu cur gozel melumatlari bizimle paylawdigin ucun!
  20. El3ktra dedi ki:

    Bilmek vacibdi.
    ALLAH razi olsun.Tesekkurler xebere gore.