Acını görməkmi istəyirsən? Gözlərimə bax!

Acını görməkmi istəyirsən? Gözlərimə bax!

Bilirəm məni sevdiyini
Acını daddığını da məndən uzaqlarda
Amma heç mənə sənə aid bir şeyi vermədin?
Acı tək tərəfli olsaydı,
Nə ürək dözərdi nə həyatın bir mənası olardı.
Amma yoxluq pis sevdiyim.
Bir bədən olmaq istəyən ürəklərdə ayrı-ayrı yaşamaq pis.

Sənə hər fürsətdə qaçmaq istəyərkən məni dayandırmaların,
üzünə həsrət qaldığım günlərdə
Məni incitmələrini hələdə anlamış deyiləm.

Əminəm yenə oxuyunca bu yazdıqlarımı büzəcəksən dodaqlarını
Və Əminəm ağlayacaqsan.
Ağlamaq səni mən edər sevdiyim
Və məni sən edəndə içimdə sənin üçün yanan bir ürəklə yaşamaq.

Mən dənizi seyr edərkən gözlərində boğulmağı sevdim.
Yosun tutdu gözyaşlarım sənsizliyin dalğalarında.

Nə zamandır bir hüzn gəzir otağımda.
Divarlar bir şeylər söyləyir sanki
Addım-addım yox meydana gəlməsni izləyirəm
Hər batan günəşin qaranlığı gətirməsiylə.
Səhərlərə qədər yuxusuz gözlərimlə uzaqlara,
qaranlıqlara baxıram
Sayrışan hər ulduzda tək bir şey diləyirəm?
Tutduğum diləklə eyni olması və sonra ümidimi itirmədən
Rəbbimin bir bildiyi var deyib
Qəbul olmadığında dualarımın
Təkrar təkrar yalvarmalarım.

Səni okeanların diblərində
İncini görmə ehtimalımın olmadığı kimi qəbul etdim eşqim
Və səni heç çatıla bilməyəcək dağların zirvəsində
İyləyə bilməyəcəyim bir çiçək olduğunu fərz etdiyimdə
Tək bir şey düşündüm?

Toxuna bilmədən bədəninə,
Öpə bilmədən öpüləsi dodaqlarını məhşərə təxirə saldım.
Mən o qarışıqlıqda nə edərəm bilməm amma
İnsan məhşərdə sevdiyiylə bərabərdir deyərlər
Səni sevirəm.

Səni tapdığımda sevgi məna qazandı
Hər xatırladığımda yaşamamım oldu gülüşlərin
Heç tükənmədi içimdə sənin üçün yanan atəş
Və mən o odla yanmağı,
Sırf səni sevmək olduğu üçün
İnan mənə çox sevdim.

Halbuki
Ad günümdə belə təbrik etmədin.
Əgər yanımda olsaydın
Həyata daha bir möhkəm sarılacaqdım..
İndi ölüm nə məna daşıyır?
Yaşamaq nə məna?
Heç anlaya bilməyəcəm
Sənsiz bədənim torpağa girmədikcə



meymunka

Şərhlər:

  1. love_krasotka dedi ki:

    сагол джана opucuk opucuk

  2. Admin dedi ki:

    Spasibki dostik superrrrrrrrrrrrrr ellerine saglik

  3. MILAQROS dedi ki:

    spasibo doroqaya gul

  4. meymunka dedi ki:

    love_krasotka,
    Admin,
    MILAQROS,
    vseqda pojalusta!

  5. important life dedi ki:

    tewekkur.sevmek gözeldir