YALAN

YALAN
Yalan

Biz demək olar ki, hər gün yalanla üzləşirik. Ən pis bizə təsir edəndə göz görə görə bizə yalan danışılmasıdır. Əlbəttə ki, yalan danışmaq yaxşı deyil- ancaq hər bir xırda şeyə görə yalan danışmaq mümkün olur. Deyillər ki, kimisə nədənsə xilas etmək üçün yalan danışmaq olar. Burdan belə çıxır ki, kiminsə xeyrinə görə yalan danışanda digərinə ziyan vurmuş olursan.
Son zamanlar insanlar tez tez yalan danışır. Dost dosta, sevgili sevgiliyə, övlad valideyinə, şagird müəlliməyə. Bəs biz hardan bilə bilərik ki, bizə yalan danışılır? Gəlin baxaq ki, psixoloqlar nələri məsləhət verirlər.

1 Yalan danışan insan çox vaxt, yalan dediyi insanın gözlərinə baxmır. Bir sözlə gözlərini gizlədir
2 Əgər yalan danışan insan öz yalanını deyən zaman gülümsəyirsə, deməli yalan danışdığını gülüş vasitəsilə gizlətməyə çalışır.
3 İnsan yalan danışanda istər istəməz qarşı tərəfin dedikləri ilə razılaşır, yəni ki onun dediklərini qəbul edir ki, dediyi yalanı başa düşməsin
4 Əgər siz temanı dəyişsəz o zaman yalan danışan insan rahatlaşar, çünki təcrübəli yalançı yalan danışsa belə istər istəməz çətinlik çəkir. Lakin düz danışan insan yenidən həmin temaya qayıtmağ istər
5 Əgər insan yalan danışırsa, öz danışdığı yalanın içində azar.
6 Yalan danışan insan sadəcə gülümsəyər
7 Çox vaxt yalan danışan insan, burununa, boyununa, üzünə və qulağına toxunur.
8 Yalan danışan insan özünü öz qabında hiss etmədiyindən sizinlə söhbəti tez bitirib, hansısa səbəbdən təcili getməli olduğunu söyləcək
9 Yalançı danışarkən demək olar ki, fasilə vermir. Buna ona görə baş verir ki, qarşı tərəfin ona sual verməsini istəmir.

Görəsən yalansız insan varmı? Məncə yoxdur. Kiçik yalanda olsa hamımız yalana əl atırıq. Kimisi vəzifəsini itirməmək üçün, kimisi sahib olduğu varı dövləti, kimisi valideyinini, kimisi sevdiyi insanı. Lakin xeyir naminə yalan söyləmək günah deyildir deyənlər artıq bundan sui istifadə etməyə başlayıblar.Bu nə dərəcədə düzgündür? Bəs siz bilirmisiniz ki, hər bir söylədiyimiz yalana görə hesab verməliyik? Hətta bu balaca yalan olsa belə. Bir anlıq özünüzə sual verin. Həyatda qazandıqlarınız yalanla qazanılıb yoxsa həqiqətlə? Düzdür, çox zaman həqiqətlə nəsə qazanmaq mümkün olmur. Mən belə fikirləşirəm ki, yalan içimizdə olan bir şeytandır, hansı ki bu şeytanla biz özümüz mübarizə aparmalıyıq əks halda bizi uçuruma aparıb bədbəxt edə bilər..

P.S: Yalan danışdıqda sizi vicdanınız rahat buraxırmı? Heç dediyiniz yalanlara görə peşmançılıq hissi çəkmisinizmi?Və..
Ən böyük yalanınız nə olub?

star

Şərhlər:

  1. meymunka dedi ki:

    star xebere gore teshekkur!

  2. Admin dedi ki:

    tewekkurler goze xebr idi.

    Heleki SHukur ALLAHIMA boyuk yalanim olmayib.Hec neyede pewman deyilem.Nashukurluk etmek gunahdir

  3. Badi_Seba dedi ki:
    Cox gozel sozlerdir ! Insan gerek her yalanin axirinda fikirleshsin ki ne vaxtsa bu yalan qayidib mene qarshi cixacaq !
  4. star dedi ki:

    eger canimdan cox sevdiyim bir insani soylediyim ve ya soyleyeceyim heqiqet uzerse,onun uzulmemesinden oteri yalan daniwaram,amma tebii ki baxir yalana.belede ise \"heqiqet ne qeder aci olsa bele min yalandan wirindir\"prinsipine arxalanmaga caliwiram…allah heckimi yalan daniwmaq weraitine duwurmesin,,amin!!!!cunki yalan ayaq tutar yerimez……allah insanlari yalanin \"agindan\"qorusun.en pis yalan ag yalandir. goodgood

  5. polo dedi ki:

    cox sagol mende calisirem ki yalan demeyim