Yeni “NISSAN QASHQAI” Azərbaycanda!

 

 

 

 

 

 

 

 

 


Yeni Nissan Qashqai avtomobili modern dizaynlı kuzova, interyerdə bəzi dəyişikliklərə və yeni cihazlar panelinə malikdir. Yenilənmiş Qashqai avtomobilini daha da ensizləşdirilmiş qabaq işıqlara, çıxıntılı ştamplı kapota, yeni radiator çərçivəsinə və orijinal qabaq bamperinə görə tanımaq olar. Avtomobildə arxa bamper və işıq diodları quraşdırılmış arxa işıqlar da dəyişdirilib.

Qashqai-ın salonunun mərkəzində kristallmayeli monitoru olan daha sərt yeni cihaz paneli diqqəti çəkir. Monitora bort kompüterindən yanacaq ehtiyatı və avtomatik transmissiyanın işinin rejim göstəricisi haqqında informasiya daxil olur.

Yeni Nissan Qashqai bu dəyişikliklərdən sonra daha AQRESSİV görkəm alıb. Bundan başqa, xarici görkəmində baş verən dəyişikliklər nəticəsində aerodinamik müqavimətin əmsalı azalaraq 0,34-dən 0,33-ə enib. Bamperin aşağı hissəsinin forması havaqoruyucusunun ətrafında dəyişdirilərək havanın radiatora daxil olmasını asanlaşdırıb.

Krossover yeni 17 düymlü təkərlərə, işıqdiodlu dəyişdirilmiş arxa işıqlara və daha 2 yeni rəngə – Magnetic Red (qırmızı) və Titanium Grey (boz) rənglərinə sahib olacaq. Arxa işıqlara yeni duman ayıranlar (səpələyən), stop-siqnallara isə 12 işıqdiodu əlavə olunub.


Yenilənib işlənmiş qarmaq sayəsində komfortun və idarəçiliyin yaxşılaşması gözlənilir. Salonun yeni çoxqatlı izolyasiyalı materiallardan olması isə vibrasiya və səsin səviyyəsini azaldıb.

Avtomobilin daxilinə kristalmayeli monitor quraşdırılıb, yeni tərtibatlı cihazlar paneli, spidometr və taxometrin yeni dizaynı, taxometrdən solda termometr, iki əsas şkalanın arasında isə bort kompüterinin TFT ekranı, əşyaların saxlanması üçün əlavə bölmələr, həmçinin sürücünün və sərnişinlərin ayaqlarının altında işıqlandırıcı əlavə olunub. Qapı panellərinin yuxarı hissəsi və qabaq panel qara rəngdə, oturacaq və qapıların aşağı hissəsi açıq boz rəngdədir. Dəri işlənmə daha incə həyata keçirilib.

Audio sistemdə də dəyişikliklər baş verib. Belə ki, MP3 musiqi formatını dəstəkləyən və 6 kompakt diskli çeyncer quraşdırılıb. SE/SE+ və SV komplektasiyalarında avtomobilin dinamik stabilizə sistemi olan Electronic Stability Program sistemi vardır ki, bu da 1,6 l həcmli mühərriklərlərin ESP kurs dözümlülüyünü qorumağa imkan verir. 6 dinamikdən ibarət olan akustik sistem və kruiz-kontrol sistemində sürət həddi vardır. SV komplektasiyasının xüsusi versiyası şüşəli panorama lyuk və elektrik ötürücülü pərdələrə malikdir.

Leonel-207

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    mawin gorunuwune gore,yeni dizaynina gore,salonundaki deyiwikliyine gore,audio sistemindeki deyiwikliine gore qisacasi YENILENMW FERQLI ve meslehetli NISSAN QASHQAI HEQIQETENDE DEYIWIKLIKLERDEN SONRA BIR COX XUSUSI KEYFIYYETLERI ILE SECILIR…men cox beyendim..fulllllun fulllluuu))
  2. Leonel-207 dedi ki:
    rey yazan elleriniz var olsun…
  3. ZakonLubvi dedi ki:

    nocomp menimkindedi twk yaxwi mawindi piss deyil rahatdadir

  4. ...::EMERALD::... dedi ki:

    HAMIYA QISMET OLSUN.SUPERDILER

  5. merry-girl dedi ki:

    fullll avtolardir.

  6. kaktus dedi ki:

    ayda ne qewengdirler

  7. dangerous_angel dedi ki:

    hm thanks)

  8. BalaM dedi ki:
    Super mawnidi HAMIYYA QISMET OLSUN) Leo xebere gore tshk give_rose
  9. DaRk_AnGeL dedi ki:

    offffffff super mawindiki )))))))))))

  10. МиниК_Сердце dedi ki:

    ойда, очень классная машина. дай АЛЛАХ всем такую. спасибо лео

  11. BuBLiK dedi ki:

    papam buna nissan gawkaldah deyir=))))
    xaxa xaxa xaxa
    cox sagol Ruslan yahwidi amma menimki infinitidi=)

  12. taliya dedi ki:

    Sitat: МиниК_Сердце
    ойда, очень классная машина. дай АЛЛАХ всем такую.

    ALLAH agzindan esitsin baciska
    bayaca geriye baxis hec neyi evez etmir! bayaca

  13. TaTLiSHkA dedi ki:

    Masinlarla Hec Aram yoxtudaaaaaaa

    twk

  14. Single Girl dedi ki:

    Sitat: BuBLiK
    papam buna nissan gawkaldah deyir=))))


    azzzzzzz oldum burda)))))))))))))))xaxaxaxaxaxa

    Men chox beyendim =)))Bi dene inistuta girseydimmmmm mawin alaydilayyyyy mawin istiyemmmmmmmmaglaaglaagla

  15. ADMIRAL-711 dedi ki:

    cox sag ol fulldur.

  16. _Aynur_ dedi ki:

    Cox saq ol wekillere gore Ruslan…

  17. Optimist... dedi ki:

    masinlar qesengdi, hele surmeyi lap eladir…