SEVGINI BILENLER

SEVGINI BILENLER

Bir gün yaşlı insanın birindən soruşurlar: ?Sevginin sadəcə dildə deyənlərlə, onu yaşayanların nə fərqi var?

-Baxın göstərim!- deyə o cavab verir.

Əvvəlcə sevgini dildən könülə gətirə bilməyənləri çağıraraq onlara bir süfrə hazırladır. Hamısı yerlərinə otururlar,hamısı da ac. Boşqabların içərisində isti şorbalar gətirilir və arxasıycan da ?dərviş qaşıqları? deyilən bir metr uzunluğunda qaşıqlar.

Yaşlı insan:

-Bu qaşıqların ucundan tutub şorbanı yeyəcəksiniz -deyə şərt qoyur.

?Yaxşı? deyirlər və yeməyə təşəbbüs g?stərirlər. Amma qaşıqlar uzun olduğundan heç cür yeyə bilmirlər.Biri deyinir,digəri qışqırır, ağlayır.Amma heç biri yeyə bilmir,süfrədən ac qalxırlar.

Yaşlı kişi gülümsəyir:

İndi də əsl sevməyi bacaranları çağıraq ?əlləri şəfəq saçan, gözləri sevgi ilə gülümsəyən insanlar gəlib oturur süfrəyə.

?Buyurun? deyincə hər biri həmin uzun qaşıqla şorbanı qarşısında oturana yedizdirir. Beləcə hər biri digərini doydurur və şükr edərək süfrədən qalxırlar.

Budur,- deyir yaşlı insan.

– Kim ki, həyat süfrəsində yalnız özünü görür,özünü fikirləşir və doymağı düşünürsə o ac qalacaq,əzab çəkəcək.

Kim digərlərinidə düşünür və doydurursa , o da digəri tərəfindən şübhəsiz doydurulacaq,sevinc hiss edəcək.

Əgər sənin qəlbində sevgi,xeyirxahlıq varsa harda olmağından asılı olmayaraq cənnəti hiss edəcəksən,əgər sənin qəlbində bədxahlıq,ehtiras,qəddarlıq varsa özündə cəhənnəmi gəzdirəcəksən.

star

Şərhlər:

  1. love_krasotka dedi ki:

    ммм сагол ureyim

  2. MILAQROS dedi ki:

    spasibo solnishko,no izveni za zamecaniye na fotke yest loqa druqoqo sayta postaraysa takiye ne stavit,a to reklama bivayet.ok sladenkaya mac teba opucuk

  3. star dedi ki:

    Sitat: MILAQROS
    spasibo solnishko,no izveni za zamecaniye na fotke yest loqa druqoqo sayta postaraysa takiye ne stavit,a to reklama bivayet.ok sladenkaya mac teba

    da ya toj znala,no uje pozdno bilo pastavit druqovo,i ll take it into consideration next time,dont worry!!!