Günahsız və günahlı şəxslər

Günahsız və günahlı şəxslər

Ey Rəbbim, məni bağışla. Ancaq mənə əziyyət verən fikirləri yazmaq qərarına gəldim. Nəyə görə bu fani dünyamız belə haqqsızdır? Namaz qılan, oruc tututan və ən əsası səndən qorxan insanın təbii ki yeri cənnətdir. Amma müqəddəs Qur`ani Kərimdə şeytana uyan, pis bir insanı Sən tövbə etməyə çağırırsan. O “şəxs” ki qumar oynayır, zina edir, içki içir, insanlara ağıla sığmaz pislikər etməklə gününü keçirir. Sonra namaza gəlir, oruc tutur, ibadət edir və ən sonda “həci” statusu almaq üçün ziyarətə gedir. Sən onun tövbəsini qəbul edirsən. Çünki, ey böyük Allahım, Sən bağışlayansan! Tövbəsi qəbul olunmuş şəxs gözəl məkana – Cənnətə daxil olur. İnşallah hamımıza müqəddəs kitabda adı çəkilən Cənnətlərin biri qismət olar. Lakin, ey uca Tanrım, nəyin haqlı, nəyin haqsız olduğunu Sən yaxşı bilirsən… Əgər bir “şəxsiyyətsiz” insan mömin bir insana pislik etsə, əsl Cəhənnəm oduna layiq olarsa və ömrünün son illəri Sənə dua edib, Sənin Peğəmbərimizə nazil etdiyin Qur`ani Kərimdə Əmr etdiyin hər bir hökümə riayət edir. Və sonda, bəlkə onun etdiyi dualar qəbul olunur, Sən onu bağışlayırsan. O, Cənnətlərin birinə düşür. Onu bizim bilmədiyimiz meyvə ağacları, əvvəllər ins-cins əli toxunmamış hürilərin əhatəsində olur, hər bir möminin arzusunda olduğu bildirçin ətini xurma ağacının altında ləzzətlə yeyir. Birdən gözü pislik elədiyi insana sataşır.

Fani dünyada özünə qarşı pislik görən, Axirətdə ədalətlə rastlaşacağını ümid edən, əməlləri ilə Cənnət qazanmış insan özünü necə hiss edəcək?

Ey Rəbbim, Sən hər şeyi bilənsən, hikmət sahibisən!!! Ən layiqli höküm verən SƏNSƏN!

gulshan

Şərhlər:

  1. Miss_Azericka dedi ki:

    Allah razi olsun gul

  2. EQoiSTKa dedi ki:

    Ey Rəbbim, Sən hər şeyi bilənsən, hikmət sahibisən!!! Ən layiqli hцkьm verən SƏNSƏN!

    …ALLAH RAZI OLSUN…Cumlemizin Gunaxlarini Bagiwdasun…AMiN…

  3. ceka dedi ki:

    Bildiyim məlumat idi.. hər kəsə faydalı , bilməsi gərəkən bir xəbərdir.. əziyyətə gцrə təşəkkьr…

  4. ...::EMERALD::... dedi ki:

    COOOX MARAQLIDIR.SAG OL

  5. ZakonLubvi dedi ki:

    ALLAH RAZI OLSUN angel

  6. taliya dedi ki:

    Ey Rəbbim, Sən hər şeyi bilənsən, hikmət sahibisən!!! Ən layiqli hцkьm verən SƏNSƏN!
    Bilib bilmeyerekden elediyimiz gunahlarimizi bagisla AMIN!

  7. Single Girl dedi ki:

    Allah Komeyimiz Olsun bizi oz yolundan ayirmasin AMin!

  8. _Aynur_ dedi ki:
    Ey Rəbbim, Sən hər şeyi bilənsən, hikmət sahibisən!!! Ən layiqli hokum verən SƏNSƏN!

    Cooox saq ol…Allah razi olsun…

  9. _Cinbala_ dedi ki:
    Зьnki, ey bцyьk Allahım, Sən bağışlayansan!

    cox sagol Allah razi olsun senden oxudun xeberini ezyetine gore cox sagol!
  10. ADMIRAL-711 dedi ki:

    Sitat: Leonel-207
    Allah butun muselmanlarin namazini ve etdiyi dualari qebul etsin,dine imana gelenlerin gunahini bagiwlasin…Amin!!!


    Amin!!! xebere gore cox sag ol oxudum.

  11. VERY_SHY dedi ki:

    Allah razi olsun

  12. Leonel-207 dedi ki:
    Allah butun muselmanlarin namazini ve etdiyi dualari qebul etsin,dine imana gelenlerin gunahini bagiwlasin…Amin!!! xebere gorede ayrica tewekkurler…
  13. BalaM dedi ki:
    Sagol Allah razi olsun
  14. BuBLiK dedi ki:

    ALLAH razi olsun canim sennen!!
    opucuk opucuk opucuk

  15. _Sia_ dedi ki:

    Ey Rəbbim, Sən hər şeyi bilənsən, hikmət sahibisən!!! Ən layiqli höküm verən SƏNSƏN!

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…