Şeytanın sevgisi

seytanin sevgisi

Şeytan Bir gün Mən də sevim deyə düşünər. Və ən gözəl Mələk qiyafəsinə girər. Mənim şeytan olduğumu bilən heç kim mənə, inanmaz deyərək başqa bir şəhərə gedər. Bir yer axtardı özünə yalanlarıyla bir-birinə saldığı insanlardan uzaq bir şəhər. Əslində onun pisliyinin çatmadığı bir yer yox idi amma O doğulduğu torpaqlara getməyə qərar verdi. Çünki bilmirdi kəndliləri onun şeytan olduğunu. Kənddən ayrıldıqlarında cox kiçikdi yəni hələ olmayan ürəyinə, fitnə düşməmişdi.
Qəflətən çıxıb gəldi bir gün, babasının torpaq evinə. Elə bir gəldi ki, hər kəs izah etdi; min məscid etdirmiş, min hayrat etdirmiş, min kasıba analıq etmiş deyə. Ətrafda mələk olduğuna dair söz-söhbətlər yayıldıqca, daha bir günahsızlaşıb gözəlləşdi ətrafın gözündə artıq qanadsız bir mələk idi O. Əslində bu “Mələk” sözünə dəli olurdu amma artıq körpünü keçənə qədər səbr edəcəkdi. Bura bir məqsəd üçün gəlmişdi. Elə kiçik səbəblərdən ötəri iti quyruğunu, insanlara göstərmək istəmirdi. Aşiq olmalı idi, aşiq… Həyatda hər şeyi etmiş amma bu eşq deyilən, qızların huşsuz huşsuz izah etdikləri şeyi heç cür yaşamamışdı. “Mən” dedi öz özünə, “Elə bir aşiq olacağam ki; bundan sonra eşq deyilincə mən ağla gələcəyim.”.
Aradan günlər, aylar keçdi. Mələk üzlü şeytanın işvəli halları bütün kişilərin dilində gəzər oldu. Möhkəm dostlar, dostlar,; satdılar bir-birlərini Onun uğruna. Gözəl sözlər unudulub küfrlərlə başlar oldu cümlələr və quyuları qazılar oldu yoldaşların, qanadsız mələyə qovuşmaq üçün. Qanadsız mələk isə günahsızı oynamağı çox yaxşı bildi. Bəzən iki qardaşın ikisinə də aşiq olmağı sınadı, sırasıyla. Bəzən evlilərə sallandı, bəzən eli xınalı yeni nişanlılara. Həmişə gözəl sözlər söylədi, bığı yeni tərləmiş cavanlara. Niyə belə budaqdan dala atladığını soruşanlara isə həmişə məntiqli cavablar verməyə çalışdı: Bəlkə mənim nəsibimsən, nə bilirsən? Bir-birinə düşmən oldu birlikdə oynayaraq əsgərə gedənlər. Qaranlıq, zülmət örtdü ortalığı. Belə ki; bulaqlar belə kinlənib axmaz, torpaq məhsul verməz oldu.
Bir gün bir xəbər duyuldu: şəhərdə mələyimiz aşiq olmuş, deyə. Ondan sonra kimsə görmədi mələk üzlü şeytanı bir daha. Və aşiq olduğu cavanı da… O günlərdə zibil yığanlar fərqinə varmadan bir cəsəd atdılar, şəhər qəbiristanlığına.
Başqa bir eldə, başqa bir diyar qaynadı aylarca. Və bir müddət sonra oranın zibil yığanları da bir cəsəd buraxdılar fərqində olmadan, qəbiristanlığa.
Minlərlə gəncin qanına girən şeytan anlaya bilmədi heç cür, aşiq ola bilməyəcəyini… Anlaya bilmədi; əgər aşiq olsa başqa bir varlığa çevriləcəyini. Hələ davam edir, bilmədiyimiz bir şəhərdə bilmədiyimiz gənclərin qanına girib , “Bəlkə mənim nəsibim” deməyə.

Miss_Azericka

Şərhlər:

  1. TaTLiSHkA dedi ki:

    twk tskkkk balaca:)

  2. dangerous_angel dedi ki:

    tesekkurler

  3. BalaM dedi ki:
    maragli xeberidi twk give_rose
  4. Crazy dedi ki:

    cox sag ol cox maraqli idi hemcinin dehsetli

  5. BuBLiK dedi ki:

    cox sagol canim maraglidi…amma ahrina cihhammadim=)

  6. BEAUTIFUL_LIFE dedi ki:

    …::EMERALD::…,
    ya_za

  7. Miss_Azericka dedi ki:

    utancaq sizde sag olun canlarim

  8. VERY_SHY dedi ki:

    eladi.coxsagol canim menim

  9. KIVANC dedi ki:

    COX MARAQLIDIR.SAG OL

  10. Single Girl dedi ki:

    cox maraqliydi dogurdanda dehwetttttttt

  11. МиниК_Сердце dedi ki:

    oho faint

  12. ZakonLubvi dedi ki:

    nono hmmmmmmm maraqliydi cok sag ol

  13. ...::EMERALD::... dedi ki:

    SEYTANIN SEVGISI BASINA DEYSIN.COX SAG OL

  14. New_Moon dedi ki:

    Cox Sagol Maraqli Idi THANKS