Dünya ölkələrinin atalar sözləri


atalar sozleri

* Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar.(U. S. A)

* Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman o qədər az inciyərsən.(TİBET)

* Tikanlar arasında güllər yetişər.(ALMAN)

* Qadınlar gülə bildikləri zaman gülərlər, istədikləri zaman ağlarlar.(VENESUELA)

* Qadın kölgə kimidir, özünü izləyəndən qaçar, qarşısından gedənin arxasından qaçar.(KONGO)

* Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın.(PORTUQALİYA)

* İnsanlar yaşadıqca qocaldıqlarını sanarlar, halbuki yaşamadıqca qocalarlar.(ŞOTLANDİYA)

* Həqiqi sevgi ayrılıqda unudulmaz.(BELÇİKA)

* ALLAHın gülü tikanlı yaratdığına heyrətlənəcəyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin.(ƏRƏBİSTAN)

* Biri o biri qədər zəngin olunca, qardaşlar bir-birlərini sevərlər.(UGANDA)

* Evlilik, bir qala kimidir. Çöldəkilər oraya girmək üçün,içindəkilər də çölə çıxmaq üçün məşğul olar dayanarlar.(TAYLAND)

* Tez gələn pis şans, gec gələn yaxşı şansdan yaxşıdır.(ALBANİYA)

* Başqalarını danlayar kimi özünü danla, özünü bağışlayar kimi başqalarını bağışla.(ÇİN)

* Kişi yaşını saxlamağa, qadın isə saxlamamağa başladığı zaman yaşlanmışdır.(PERU)

* Gözəllik, qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir.(ÇİLİ)

* Yatağa yatdığım zaman, problemlərimi paltarlarımda buraxaram.(HOLLANDİYA)

* Daşı deşən, suyun qüvvəti deyil, damlaların davamlılığıdır.(BRAZİLİYA)

* Heç bir mətbəx, iki qadını alacaq qədər zəngin deyil.(SUDAN)

* Üç daşınma, bir yanğına əvəzdir.(YAPON)

* Aprel yağışı May çiçəyi gətirər.(KANADA)

* Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu yetişib keçər.(KENİYA)

* Kiçik hüznlər danışarlar, böyük dərdlər dilsizdir.(NİGERİYA)

* Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir.(U. S. A)

* İlk həyat yoldaşını sənə ALLAH, ikincisini insanlar, üçüncüsünü isə şeytan göndərər.(YAPON)

* İdeallar ulduzlar kimidir, onları tutmaq mümkün olmaz amma qaranlıq gecələrdə yolumuza onlar rəhbərlik edərlər.(FRANSA)

* Yalan, dörd nala gedər; gerçək, addım-addım yeriyər lakin, yenə də vaxtında yetişər.(NORVEÇ)

* Biri sizi bir dəfə aldatsa günah onundur. İki dəfə aldatsa günah sizindir.(RUMINİYA)

* Bir şəkildə doğular, lakin min bir şəkildə ölərik.(YUQOSLAVİYA)

* Haqq, məğlub yeyilər amma həzm edilməz.(YUNAN)

* Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər.(İRLANDİYA)

* Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər.(ÇİN)

* Kiçik qazanclar sərvət gətirər.(YAMAYKA )

Miss_Azericka

Şərhlər:

  1. TaTLiSHkA dedi ki:

    * Nə qədər az yьksəkdən uзsan, dьşdьyьn zaman o qədər az inciyərsən.(TİBET) twk tsk Balacam 🙂

  2. _AyDaN_ dedi ki:

    cox sagol maraqliydi tkr xebere gore

  3. МиниК_Сердце dedi ki:

    * Nə qədər az yьksəkdən uзsan, dьşdьyьn zaman o qədər az inciyərsən.(TİBET)

  4. Berkay SONAY dedi ki:

    sağ ol…

  5. morgan dedi ki:

    Sitat: ] yoldaşını sənə ALLAH, ikincisini insanlar, ьзьncьsьnь isə şeytan gцndərər.(YAPON)[/quote

    Sitat: ]* Biri sizi bir dəfə aldatsa gьnah onundur. İki dəfə aldatsa gьnah sizindir.(RUMINİYA)[/quote

    BAX BUNLAR SUPERDIR
  6. Miss_Azericka dedi ki:

    MOON GIRL,
    mosking mosking

  7. New_Moon dedi ki:

    * Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar.(U. S. A)
    Cox Sagol Ela Atalar Sozleridi twk give_rose

  8. taliya dedi ki:

    * Həqiqi sevgi ayrılıqda unudulmaz.(BELЗİKA)znacim menim sevgim esl sevgidir

  9. BuBLiK dedi ki:
    Single Girl,
    men bilmirem ohiram enyade bilmirem=))))))looooooooooooooool=)))))))))))))))))))

    cox sagol canim ellarine salih=)

  10. Single Girl dedi ki:

    cox sagol canim bax bele xeberler lazimdiki bilmediklerimizi oyrenek=)

  11. VERY_SHY dedi ki:

    coxsagol.ay qiz oz yawadigin olkenin atalar sozunu nie yazmamisan?))

  12. fanya_ya dedi ki:

    * Tikanlar arasında gьllər yetişər.(ALMAN)
    Super chox beyandim chox saq ol djana