Mən sevilmək istəyirəm


alt

Mən də sevilmək istəyirəm, mənim üçün narahat olan, mənim üçün darıxan bir nəfəri istəyirəm. Mənə tez-tez zəng edib hardasan deyə soruşan, fasiləsiz mesajlarını yazan bir nəfəri istəyirəm. Məni hər zaman gözləyən, bir dəqiqə də olsun məndən ayrı qalmayan bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm…

Mən də sevilmək istəyirəm, mənim üçün xoş sözlərini deyən, mənim üçün yaşayan, mənim üçün nəfəs alan bir nəfəri istəyirəm. Həyatını mənimlə paylaşan, mənimlə sirrini bölüşən, dərdimə şərik çıxan bir nəfəri istəyirəm. Mənə baxınca özünü, özünə baxınca məni görən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm…

Mən də sevilmək istəyirəm, hər görüşə gedəndə çiçək almaq istəyirəm və hər görüşə gedəndə onun gecikməsini gözləmək istəyirəm. Onunla bir yerdə gəzib, ona saatlarla baxmaq istəyirəm. Saçlarına sığal çəkib, dünyanın ən gözəl sözlərini demək istəyirəm. Əllərini əllərim içinə alıb, onun istiliyini duymaq istəyirəm. Axı mən də sevilmək istəyirəm…

Mən də sevilmək istəyirəm, məni qısqanan, məni öz sual atəşinə tutan bir nəfəri istəyirəm. Hər gün məndən küsən və mənim də onun nazı ilə oynamaq istədiyim bir nəfəri istəyirəm. Və bəzəndə məni qısqandıraraq, mənim boynuma sarılacaq bir nəfəri istəyirəm. Dözərəm hər şeyə. Axı mən də sevilmək istəyirəm…

Mən də sevilmək istəyirəm, yağışlar altında gəzib, tökülən hər damlalarda sevgimi bölüşmək istəyirəm. Keçdiyimiz küçələrdə, yollarda sevgimizin izini qoyub, hər daşda, hər bir şey də xatirələrlə iz qoymaq istəyirəm. Yaşadıqca nəfəsimə nəfəs verən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm…

Mən də sevilmək istəyirəm, elə bir sevgilə ki, heç zaman məni atıb getməsin. Elə bir sevgilə ki, bu sevginin sonu olmasın. Elə bir sevgilə ki, qabağımızda heç bir maneə olmasın. Elə bir sevgilə ki, o sevgilə yaşayım, o sevgilə nəfəs alım və o sevgilə ürəyim döyünsün. Və elə bir sevgilə ki, bizi ölüm də ayırsa belə sevgimiz ruhlarımızda yaşasın. Axı mən də sevilmək istəyirəm…

Mən də sevilmək istəyirəm, sevdiyimlə xoşbəxt həyatımızı qurmaq istəyirəm. Heç nə yox, bir şey istəyirəm – mən də sevilmək istəyirəm…

Miss_Azericka

Şərhlər:

  1. BLACK STAR dedi ki:

    xmmm oxudum…maraqli ve gozel idi..)))

  2. New_Moon dedi ki:

    give_rose Miss_Azericka give_rose
    Superdi Cox Sagol
    Men Hecne Isdemirem Bu Heyatdan >>>>>Artiq<<<<< cry

  3. dangerous_angel dedi ki:

    hm tesekkurler

  4. taliya dedi ki:

    Mən də sevilmək istəyirəm, mənim ьзьn xoş sцzlərini deyən, mənim ьзьn yaşayan, mənim ьзьn nəfəs alan bir nəfəri istəyirəm. Həyatını mənimlə paylaşan, mənimlə sirrini bцlьşən, dərdimə şərik зıxan bir nəfəri istəyirəm. Mənə baxınca цzьnь, цzьnə baxınca məni gцrən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm…

  5. Gunes dedi ki:

    tewekurler xebere gore

  6. El3ktra dedi ki:

    Dogru insani tapmaq cetindi.Onu tapana kimi cox yollardan kecirsen…uzulursen…belke xeyallarin umidlerin de puch olur…ama bir gun o gelir….mutleq gelir… wirin

  7. _Cinbala_ dedi ki:
    Mende isdeyirem mende Sevilmek bu yazilanlarin hamisini yasamaq isdeyirem…

    Xeber superrr eger olsma buna oxsar xeber yene qoy applause

  8. Single Girl dedi ki:

    Men sevilmek isteyirem…Saf sevgiyle saf mehebbetle..Men Seninle dunyadan yeniden gelib senle boyumek isteyirem…

  9. KoRpE dedi ki:

    men ne sevmek istirem nedya sevilmek….!

  10. VERY_SHY dedi ki:


    Mən də sevilmək istəyirəm, mənim ьзьn xoş sцzlərini deyən, mənim ьзьn yaşayan, mənim ьзьn nəfəs alan bir nəfəri istəyirəm. Həyatını mənimlə paylaşan, mənimlə sirrini bцlьşən, dərdimə şərik зıxan bir nəfəri istəyirəm. Mənə baxınca цzьnь, цzьnə baxınca məni gцrən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm…

    elaa zor,oxudum

  11. ZakonLubvi dedi ki:

    Mən də sevilmək istəyirəm, yağışlar altında gəzib, tцkьlən hər damlalarda sevgimi bцlьşmək istəyirəm. Keзdiyimiz kьзələrdə, yollarda sevgimizin izini qoyub, hər daşda, hər bir şey də xatirələrlə iz qoymaq istəyirəm. Yaşadıqca nəfəsimə nəfəs verən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm… cry cry EEEEE YADIMA DUWDU cry

  12. ...::EMERALD::... dedi ki:

    QELB SINANDAN SONRA……