Mene ruhum de…


mene ruhum de

Mənə ömrüm demə,o bir gün alınacaq səndən.Dözmərəm buna…Sənsiz olmaz…

Mənə nəfəsim demə,bir gün gedəcək o nəfəs.Axı səndən getmək istəmirəm…

Mən yalnızca səninəm…

Mənə ürəyim demə,dayanacaq o bur gün.Axı mən heç vaxt səni sevməkdən doymaram…

Mənə sevgilim demə,sevgililər qalmır bu gün bu qara şəhərdə.

Qalmır sevgilər sevən könüllər olsa da bu Yer üzündə.

Mənə sevgim demə,hər nə qədər biz təmiz bir sevgiylə sevsək də,onlar anlamır.

Çünki pak olmur sevgi bu yerlərdə…

Mənə çiçəyim,gülüm demə,solacaq axı o bir gün…

Mənə birdənəm demə,mən tək deyiləm axı,mən və sevgim var dünyanda…İkimiz varıq…

Mənə hər şeyim də demə,çünki mümkünsüz bir şeyi necə arzulasın insan?!

Mənə gözəlim demə,itəcək o gözəllik onsuz da bir gün…

Mənə canım demə,səni yaşadan tək mən deyiləm axı…

Mənə şirinim demə,o şirinlik sevgimdədi…

Mənə ümidim de,qoy ən sonda mən gedim…

Mənə ruhum de,qoy həmişəlik qalım dünyanda…Qoy bir olsun ruhlarımız,ikimiz bir olaq.Bir sevgi nağılının qəhrəmanları.Ayrı dünyalardayıq bəlkə də,amma eyni bir qəlbin içində,eyni bir sevginin dünyasındayıq.Eyni ümid,eyni amal…

Səni sevirəm.Bir də bunu de mənə hər an,hər saniyə.

Çünki məni yaşadır bu müqəddəs cümlə.

Hiss etdirir sevdiyini,gözlərindəki sevgini,


İnan ki,ruhum,mən səni çox sevirəm,bütün qəlbimlə…

Miss_Azericka

Şərhlər:

  1. BuBLiK dedi ki:

    Cox sagol canim eladi….. gul


    Mənə nəfəsim demə,bir gьn gedəcək o nəfəs.Axı səndən getmək istəmirəm…

    Bu lap howuma geldi…

  2. dangerous_angel dedi ki:

    tesekkurler

  3. ...::EMERALD::... dedi ki:

    COOX BEYENDIM.ELLERINE SAGLIQ

  4. New_Moon dedi ki:

    Mən yalnızca səninəm…Senin Olaraqda Qalacam
    Superdiiii Cox Sagol Ellerine Sagliq twk greeting give_rose

  5. МиниК_Сердце dedi ki:

    yene sevgi xeberi(((((( sevgiye ait xeber az atinda((ondansa mahni video ve s. xeber atin…

    sevgiye inanmiram sevgi yoxdur…bow weydir.

  6. KoRpE dedi ki:

    cox sagol ellarne salig eladi=)

  7. _Cinbala_ dedi ki:
    Cox sagol ciciwka

    İnan ki,ruhum,mən səni зox sevirəm,bьtьn qəlbimlə…

  8. AristokraT dedi ki:

    Twkler Guzel cumleler.. Ama Sevgi deyilen 1 wey yok benim kitabimda… Yinede caliwan ellerin var olsun, derd gormesin…

  9. VERY_SHY dedi ki:

    İnan ki,ruhum,mən səni зox sevirəm,bьtьn qəlbimlə…

    thanks

  10. TaTLiSHkA dedi ki:

    Səni sevirəm.Bir də bunu de mənə hər an,hər saniyə.

    Зьnki məni yaşadır bu mьqəddəs cьmlə…..Cox Sagol Maragli Idi Balaca

    applause

  11. Optimist... dedi ki:

    Səni sevirəm.Bir də bunu de mənə hər an,hər saniyə.

    Cunki məni yaşadır bu muqəddəs cumlə.

    Hiss etdirir sevdiyini,gozlərindəki sevgini,

    İnan ki,ruhum,mən səni cox sevirəm,butun qəlbimlə… wiyinka